Məhkəmə qərarları › İş №2(055)-171/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-171/2025

06.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-171/2025 06.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam mülkiyyət hüququ ilə ona məxsus olan Saatlı şəhəri, H.Əliyev prospekti ev 292/7, mənzil 15 ünvanında yerləşən mənzildən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – Mənzil) tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hal-hazırda onun tam mülkiyyətində olan mənzildə qanunsuz yaşayırlar. Bununla da onun mülkiyyət hüququmu pozurlar. Dəfələrlə cavabdehlərdən mənzilini boşladılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun həyat yoldaşı Ehtiram Qarabağ qazisi olub. Onun üçündə həmin ev dövlət tərəfindən onlara verilmişdir. O evin çıxarışı olmayıb və heçbir sənədi olmamışdır. Sonradan Ehtiram həmin evə çıxarış almışdır. Ehtiram Sabirdən kredit götürmüşdür. Krediti ödəyə bilmədiyi üçün Ehtiramla iddiaçı arasında alqı-satı olmuşdur. O, da notariat ofisinə gedərək razılıq ərizəsi vermişdir. Yoldaşından soruşduqda demişdir ki, avtomobil satır. Onun evin alqı-satqısından məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Saatlı şəhəri H.Əliyev prospekti ev 292/7, mənzil 15 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, keçmiş ünvan 2 ünvanı ilə indiki ünvan 3dır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin mövcudluğu iş materialları ilə tam sübuta yetirlir. İşin mübahisəsiz halıdır ki, iddiaçı Mənzilin mülkiyyətçisidir və onun Mənzilə mülkiyyət hüququ qeydiyyata alınmaqla bu barədə Çıxarış verilmişdir. İkinci dispozitiv şərtin olması, yəni Mənzilin başqa şəxslərin (cavabdehlərin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. İşin bu halı həm də üçüncü dizpozitiv şərtin mövcudluğuna əsas verir. Çünki cavabdehlər izahatlarında, mülkiyyət hüququnun iddiaçıda olmasına baxmayaraq Mənzilin onlara məxsus olmasını iddia edirlər, lakin bunu təsdiq edəcək heç bir sübut təqdim etmir. Bu isə əmlakın (Mənzilin) cavabdehlərin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin olması barədə qənaətə gəlməyə tam əsas vermiş olur. Beləliklə, bütün şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməklə Mənzili cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, çünki iddiaçı Mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüququ isə həm milli həm də beynəlxalq qanunlarla qorunan ən üstün hüquqlardan biridir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi). Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Saatlı şəhəri, H.Əliyev prospekti ev 292/7, mənzil 15 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvan: ünvan 5lsınlar. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-171/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 06 mart 2025-ci il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvan: ünvan 5lsınlar. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar