Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-225/2025 13.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 1. Çay dəsti - 15 ədəd 2. Çay dəsti- 33 ədəd. 3. Xürüstal bakal- 17 ədədə. 4. Su içmək üçün stəkan 10 ədəd 5. Su içmək üçün bakala - 13 ədəd. 6. Ütü- 1 ədəd. 7. Soyuducu - 1 ədəd 8. Dondurucu- 1 ədəd 9. Podnos - 4 ədəd 10. Armudu stəkan - 9 ədəd
11. Mürəbbə qabı - 14 ədəd 12. Qənd qabı - 13 ədəd 13. Bulud bşqab - 8 ədəd 14. Qovurma boşqabı - 37 ədəd 15. Aş boşqabı - 28 ədəd 16. Salat qabı - 5 ədəd 17. Salfetka qabı - 2 ədəd 18. Vaza-2 ədəd 19. Lepka qabı- 9 ədəd 20. Bakal- 6 ədəd 21. Konfet qabı - 2 ədəd. 22. Bakal- 6 ədəd 23. Ləyən - 6 ədəd 24. Aşsüzən - 2 ədəd 25. Jurnal stolu - 1 ədəd 26. Bıçaqlar-18 ədəd. 27. Duz qabı- 9 adod 28. Nolboki-32 ədəd 29. Şirniyyat qabı 5 ədəd 30. Boşqab-12 ədəd 31. Kofe dosti ( kruşka-17 adod, nolboki 17 ədəd). 32. Qozfındıq qabı- 8 ədəd 33. Külqabı- 4 ədəd 34. Meyvə qabı - 2 ədəd 35. Qofodan (elektirik) - 1 adad 36. Bıçaq (yağ üçün) - 15 ədəd 37. Qaşıq-17 ədəd 38. Çömço-2 ədəd 39. Vilkalar-28 ədəd 40. Ətdoğrayan- 4 ədəd 41. Paltaryuyan (nasaz) - 1 ədəd 42. Çexol-12 ədəd 43. Prostina-3 ədəd 44. Krovat üstü - 3ədəd 45. Divan üstü - 3 ədəd 46. Kreslo üstü- 4 ədəd
47. Maskura qaşıqlı - 77 ədəd 48. İri qazan-1 ədəd 49. Çuğun vedrə - 1 ədəd 50. Şkaf-1 ədəd 51. Divan - 1 ədəd 52. Kreslo-adəd 53. Stol-lədəd 54. Stul 4 ədəd 55. Televizor - 1 ədəd 56. Kamot-1 ədəd 57. Yorğan 4 ədəd 58. Döşək 4 ədəd 59. Yastıq 10 ədəd 60. Güldan 5 ədəd 61. Meyvaqabı-5 adad 62. Karniz 9 ədəd 63. Kuxna mebeli - 1 dəst 64. Xalça-4 ədəd 65. Duxovka-1 ədəd 66. Saat - 1 ədəd 67. Krovat -1 ədəd 68. Servant 1 ədəd 69. Su qabı-1 ədəd 70. Kasa-12 ədəd 71. Parda 10 ədəd 72. Televizor altı - 1 ədəd.
73. Serviz qabı - 51 ədəd 74. Serviz qabı - 41 ədəd 75. Odeyal-5 ədəd 76. Skater 5 ədəd
77. Kruşka 8 (nəlbəki 4 ədəd) 78. Çaynik - 1 ədəd 79. Qəfədan-2 ədəd 80. Qazan böyük - 8 ədəd 81. Qazan balaca - 4 ədəd 82. Tava-10 ədəd 83. Dolça 1 ədəd, stəkan 5 ədəd. 84. Döşəkçə - 6 ədəd 85. Lüstür-2 ədəd 86. Sandıq-1 ədəd 87. İri vaz-1 ədəd. 88. Çay dəsti - 12 ədəd 89. Çay dəsti - 7 ədəd 90. Çay dəsti-9 ədəd Saatlı rayonu Mustafabəyli kəndində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun keçmiş gəlini, oğlu X2 rəsmi nikahla arvadı olmuşdur. Cavabdehlə onun oğlu İlvan Fərzəliyev ilə el adəti ilə evlənərək xx.xx.2009-cu il tarixdə Saatlı rayonu Mustafabəyli kənd İDD-si üzrə Nümayəndəliyində 24 saylı nikah qeydi ilə rəsmi olaraq nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə X5, xx.xx.2009-cu ildə X6 və xx.xx.2011-ci ildə X14 Onların ailə oğlu adlı üç nəfər uşaqları anadan olmuşdur. Uzun müddət ərzində münasibətləri tamamilə pozulduğu üçün ayrı yaşamışlar. Ailə münasibətləri kəskinləşdiyi üçün Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(055)-890/2024 saylı qətnaməsi ilə tərəflərin arasında bağlanmış xx.xx.2009-cu il tarixli 24 saylı nikah qeydi pozulmuşdur. Cavabdehlə oğlu İlvan Fərzəliyev ilə arasındakı rəsmi nikah münasibətlərinə son qoyulduqdan sonra cavabdehə məxsus olan cehiz əşyaları (2009-cu ildən bəri istifadə olunmuş) ona məxsus olan xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qalmış və bu səbəbdən iddia ərizəsində göstərilən cavabdehə məxsus əmlaklar onun evində yaşayış sahəsini zəbt etmişdir. Sözügedən fərdi yaşayış evi 1970-ci ildə inşa olunub, onun xususi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirilyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHS-i tərəfindən onun adına xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** olan reyestrdən çıxarış verilmişdir. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul edərək, iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyesterində 17 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində İddiaçı, X3, X4, X1 və X2 adına ümumi birgə mülkiyyət kimi xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş faktiki halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
İş materiallarından görünür ki, Cavabdeh məxsus cehiz əşyaları İddiaçı mülkiyyətində olan, Saatlı rayonu Mustafabəyli kəndində inşa edilmiş fərdi yaşayış evindədir. Cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus evdə yaşamır və eyni zamanda da özünə məxsus cehiz əşyalarını iddiaçının iradəsinə zidd olaraq iddiaçıya məxsus həmin fərdi yaşayış evindən çıxarmır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh məxsus olan cehiz əşyalarının İddiaçı mülkiyyətində olan Saatlı rayonu Mustafabəyli kəndində inşa edilmiş fərdi yaşayış evində saxlaması, iddiaçının həmin fərdi yaşayış evindən sahiblik və istifadə hüquqlarını pozur. Bu səbəbdən də iddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin əmlaklarının çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənnin 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəhli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı mülkiyyətində olan Saatlı rayonu Mustafabəyli kəndində inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyaları çıxarılmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Saatlı rayonu Mustafabəyli kəndində inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyaları – 1. Çay dəsti - 15 ədəd; 2. Çay dəsti- 33 ədəd; 3. Xürüstal bakal- 17 ədədə; 4. Su içmək üçün stəkan 10 ədəd; 5. Su içmək üçün bakala - 13 ədəd; 6. Ütü- 1 ədəd; 7. Soyuducu - 1 ədəd; 8. Dondurucu- 1 ədəd; 9. Podnos - 4 ədəd; 10. Armudu stəkan - 9 ədəd; 11. Mürəbbə qabı - 14 ədəd; 12. Qənd qabı - 13 ədəd; 13. Bulud bşqab - 8 ədəd; 14. Qovurma boşqabı - 37 ədəd; 15. Aş boşqabı - 28 ədəd; 16. Salat qabı - 5 ədəd; 17. Salfetka qabı - 2 ədəd; 18. Vaza-2 ədəd; 19. Lepka qabı- 9 ədəd; 20. Bakal- 6 ədəd; 21. Konfet qabı - 2 ədəd; 22. Bakal- 6 ədəd; 23. Ləyən - 6 ədəd; 24. Aşsüzən - 2 ədəd; 25. Jurnal stolu - 1 ədəd; 26. Bıçaqlar-18 ədəd; 27. Duz qabı- 9 adod; 28. Nolboki-32 ədəd; 29. Şirniyyat qabı 5 ədəd; 30. Boşqab-12 ədəd; 31. Kofe dosti ( kruşka-17 adod, nolboki 17 ədəd); 32. Qoz-fındıq qabı- 8 ədəd; 33. Külqabı- 4 ədəd; 34. Meyvə qabı - 2 ədəd; 35. Qofodan (elektirik) - 1 adad; 36. Bıçaq (yağ üçün) - 15 ədəd; 37. Qaşıq-17 ədəd; 38. Çömço-2 ədəd; 39. Vilkalar-28 ədəd; 40. Ətdoğrayan- 4 ədəd; 41. Paltaryuyan (nasaz) - 1 ədəd; 42. Çexol-12 ədəd; 43. Prostina-3 ədəd; 44. Krovat üstü - 3ədəd; 45. Divan üstü - 3 ədəd; 46. Kreslo üstü- 4 ədəd; 47. Maskura qaşıqlı - 77 ədəd; 48. İri qazan-1 ədəd; 49. Çuğun vedrə - 1 ədəd; 50. Şkaf-1 ədəd; 51. Divan - 1 ədəd; 52. Kreslo-adəd; 53. Stol-lədəd; 54. Stul 4 ədəd; 55. Televizor - 1 ədəd; 56. Kamot-1 ədəd; 57. Yorğan 4 ədəd; 58. Döşək 4 ədəd; 59. Yastıq 10 ədəd; 60. Güldan 5 ədəd; 61. Meyvaqabı-5 adad; 62. Karniz 9 ədəd; 63. Kuxna mebeli - 1 dəst; 64. Xalça-4 ədəd; 65. Duxovka-1 ədəd; 66. Saat - 1 ədəd; 67. Krovat -1 ədəd; 68. Servant 1 ədəd; 69. Su qabı-1 ədəd; 70. Kasa-12 ədəd; 71. Parda 10 ədəd; 72. Televizor altı - 1 ədəd; 73. Serviz qabı - 51 ədəd; 74. Serviz qabı - 41 ədəd; 75. Odeyal-5 ədəd; 76. Skater 5 ədəd; 77. Kruşka 8 (nəlbəki 4 ədəd); 78. Çaynik - 1 ədəd; 79. Qəfədan-2 ədəd; 80. Qazan böyük - 8 ədəd; 81. Qazan balaca - 4 ədəd; 82. Tava-10 ədəd; 83. Dolça 1 ədəd, stəkan 5 ədəd; 84. Döşəkçə - 6 ədəd; 85. Lüstür-2 ədəd; 86. Sandıq-1 ədəd; 87. İri vaz-1 ədəd; 88. Çay dəsti - 12 ədəd; 89. Çay dəsti - 7 ədəd; 90. Çay dəsti-9 ədəd çıxarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.