Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-274/2025 14.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 06 mart 2006-cı ildə Saatlı rayonu Qara Nuru kəndində ev şəraitində X6 adlı bir nəfər qız uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X11 ilə el adəti ilə evlənib ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki birgə nikahlarından 06 mart 2006-cı ildə Saatlı rayonu Qara Nuru kəndində ev şəraitində Aygün adlı bir nəfər qız uşağı doğulmuşdur. Uşaq ev şəraitində doğulduğundan uşağına müvafiq tibbi sənəd və doğum haqqında şəhadətnamə ala bilməmişlər. Doğum haqqında şəhadətnamə almaq üçün müvafiq orqanlara müraciət etmiş, lakin doğum haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid X5 ifadəsində göstərdi ki, Saatlı rayonu Qara Nuru kəndində yaşayır. Ərizəçi onun qaynın qızıdır. Ərizəçi X11 ilə evlənib ailə həyatı qurmuş və onların faktiki nikahlarından 06 mart 2006-cı ildə Saatlı rayonu Qara Nuru kəndində ev şəraitində bir nəfər qız uşağı doğulmuşdur. Məhkəmə baxışı zamanı digər şahidlər X7 və X4 digər şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 04 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Ərizəçi 06 mart 2006-cı il tarixdə bir nəfər qız uşağı doğması barədə tibbi şəhadətnamə olmadığından doğumun qeydə alınmasından imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İHB-nın Qara Nuru kənd İƏD üzrə nümayəndəsinin 24 sentyabr 2024-cü il tarixli 778 saylı fotoşəkil əlavə edilmiş arayışından görünür ki, 06 mart 2006-cı il təvəllüdlü şəkildə göstərilən X6 hal-hazırda Saatlı rayonunun Qara Nuru kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ərizəçi, X5, X7 və X1 imzası, həmçinin də, Saatlı rayon İHB-nın Qara Nuru kənd İƏD üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmiş 24 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi 06 mart 2006-cı ildə Qara Nuru kəndində ev şəraitində bir nəfər qız uşağını dünyaya gətirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Ərizəçi ilə Sənan adlı şəxsin faktiki nikahından 06 mart 2006-cı ildə Saatlı rayonu Qara Nuru kəndində ev şəraitində bir nəfər qız uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində anadan olduğundan ərizəçi uşağına başqa qaydada doğum haqqında şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 06 mart 2006-cı il tarixdə Saatlı rayonu Qara Nuru kəndində Aygün adlı bir nəfər qız uşağı doğması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 06 mart 2006-cı il tarixdə Saatlı rayonu Qara Nuru kəndində Aygün adlı bir nəfər qız uşağı doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-274/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 14 mart 2025-ci il Saatlı şəhəri Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 06 mart 2006-cı il tarixdə Saatlı rayonu Qara Nuru kəndində Aygün adlı bir nəfər qız uşağı doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-274/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-274/2025
14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver