Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-290/2025 01.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 cavabdeh X12rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X9 cavabdeh X12rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 dekabr 2024-cü il tarixli OP**********7 nömrəli əmrinin ləğv edilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X9 iddianı müdafiə edərək izahatında göstərdi ki, 12 yanvar 1982-ci ildən işdən çıxarılandək X14 müxtəlif işlərdə işləmişdir. X15 direktoru səlahiyyətlərini icra edən Sübhan Hacıbabazadənin imzaladığı OP**********7 nömrəli, 16 dekabr 2024-cü il tarixli əmrə əsasən fəhlə işindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2024-cü il tarixli 51 nömrəli qərarına əsasən ştat ixtisara düşdüyü üçün işdən azad edilmişdir. X10 ştatıyla birgə 9 ştat ixtisara düşmüşdür. Ştati iştisara düşən 7 nəfər işçi Liseydə başqa işlə təmin olunmüşdur. Hal-hazırda da Liseydə 2 ştat vahidi boşdur. Rəhbərlik onu işdən azad edərkən həmin liseydə 42 ilə yaxın fasiləsiz işləməyini və pensiyaya çıxmağına 8 ay qalmasını nəzərə almamışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə iddiaya yazılı etiraz göndərərək bildirmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2024-cü il 51 nömrəli qərarını rəhbər tutaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 16 sentyabr 2024-cü il tarixində vahid ştat cədvəli təsdiqlənmişdir. Ştat cədvəlinə uyğun olaraq X14 bəzi ştatlarda Nazirlər Kabinetinin Qərarı ilə ixtisarlar nəzərdə tutulmuşdur. Ştatda nəzərdə tutulan “Binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə fəhlə” ştatında bir ştat vahidi “Binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə fəhlə” göstərilir. Nazirlər Kabinetinin Qərarına əsasən X14 ştatların ixtisarı ilə əlaqədar fəhlə X5 04 sentyabr 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini rəhbər tutaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq verilmişdir. Göndərilən xəbərdarlıqla X9 tanış olmuş və imzalamışdır. 9 ( doqquz) təqvim həftə müddəti başa çatmasına baxmayaraq əvvəlki rəhbərlik X4 tərəfindən onun əmək müqaviləsinə xitam verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsi (İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) və 79-cu maddəsi (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) X5 şamil olunmadığı üçün OP**********7 nömrəli 16 dekabr 2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 77-ci maddənin 3-cü hissəsinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X3 iddiasına cavab olaraq məhkəməyə ünvanladığı müraciətinin vaxtının ötürməsini nəzərə almaqla Əmək Məcəlləsinin 296-cı maddəsinin (Fərdi əmək mübahisələrinin həllində iddia) 2-ci bəndinə (maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər) əsaslanaraq iddianın ləvğ olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazını müdafiə müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, X3 işlədiyi “Binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə fəhlə” ştatında 5 ştat mövcud olmuş, ixtisardan sonra isə 1 şatat qalmışdır. Həmin 1 şatat isə Əmək Məcəlləsinin 78 və 79-cu maddəsinin təsiri altına düşər işçi olduğundan həmin işçi işdə saxlanılmışdır. X5 uyğun başqa iş olmadığından onu işə bərpa etmək mümükün olmamışdır. X6 X14 boş olan istehsalat təlimi ustası ştatına təyin edilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət olunmuş, oradan verilmiş cavabdan isə görünür ki, həmin vəzifəyə təyin olunması üçün müsabiqədə iştirak etməlidir. Bu barədə məlumat X5 da bildirilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2024-cü il 51 nömrəli qərarından görünür ki, dövlət peşə təhsili müəssisələrinin rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədriə köməkçi və xidmətçi heyyətinin nümunəvi ştatları müəyyən edilmişdir. X15 03 iyun 2024-cü il tarixli OP********** nömrəli əmrindən görününr ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2024-cü il 51 nömrəli qərarına əsasən X15 ştat stukturunun və işçi sayının optimallaşdırılması və işçilərin həcminin azaldılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli X15 yeni ştat cədvəli təsqilənmişdir. Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 16 sentyabr 2024-cü il tarixində təsdiq edilmiş X15 ştat cədvəlindən görünür ki, X15 yeni ştat cədvəlində “Binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə fəhlə” ştatında əvvəl mövcud olan 5 ştatdan 4 ştat ixtisar olunmuşdur. X15 Həmkarlar Təşilatının 03 sentyabr 2024-cü il tarixində keçirilmiş iclasının 83 saylı protokolundan çıxarışdan görünür ki, gündəlik məsələ: - “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə. Eşidildi: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə liseyə məktub daxil olmuşdur. Qərar: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə məktub icra üçün qəbul olunmuş, ixtisarla bağlı adları siyahıda qeyd olunan işçilərə xəbərdarlıq məktubu göndərilsin. X18 tərəfindən verilmiş xəbərdarlıq-bildirişdən görünür ki, “Binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə fəhlə” ştatında işləyən X3 çalışdığı vəzifə ştatı ixtisara düşdüyündən Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə onunla X18 arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəyi barədə X5 bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə sonuncuya təqdim olunmuşdur. X15 16 dekabr 2024-cü il tarixli, OP**********7 nömrəli əmrinin surətindən görünür ki, liseyin fəhlə vəzifəsində işləyən X9 ilə bağlanmış xxxxxxx00100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 17 dekabr 2024-cü il tarixdən xitam verilməsi, onunla son haqq-hesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin İ hissəsinin “a” və “b” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir; 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 77-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 80-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri yaranmış, iddiaçı cavabdeh liseydə “Binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə fəhlə” vəzifəsinə işə qəbul edilmiş, beş ildən artıq müddətdə həmin vəzifədə çalışmışdır. Həmin və digər ştatların ləğv edilməsi ilə bağlı cavabdeh liesyin rəhbərinin 03 iyun 2024-cü il tarixli əmri ilə isə iddiaçının çalışdığı vəzifə ştatı və bir sıra digər ştatlar ləğv edilmişdir. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almışdır. Eyni zamanda, 04 sentyabr 2024-cü il tarixdə iddiaçı “xəbərdarlıq-bildiriş”lə yazılı formada cavabdeh tərəfindən məlumatlandırılmışdır. Cavabdehin 16 dekabr 2024-cü il tarixli, OP**********7 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixtisar edildiyi üçün 16 dekabr 2024-cü il tarixdən xitam verilmişdir. Əmək qanunveriliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onları əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən bu barədə işçini rəsmi qaydada xəbərdar etməlidir. Eyni zamanda, bu əsasla işçi ilə əmək müqaviləsini ləğv edilərkən, işəgötürən tərəfindən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əməl edilmiş, yəni qabaqcadan həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, iddiaçıya bu barədə 9 təqvim həftəsi əvvəl xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir. Bundan əlavə, ştatlar ixtisar edilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması, habelə ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki 16 yaşınadək uşağı olan şəxslərin işdə saxlanmasına üstünlük verilməsi qeyri-mümkündür. Çünki, ştat ixtisar edilərkən həmin ştat artıq mövcud olmur və mövcud olmayan ştat üzrə hər hansı işçiyə üstünlük verilməsi də mümkün olmur. Məhkəmə, cavabdehin etirazında iddiaçının iddia müddətinin ötürdüyünü bildirirək iddia müddətinin tətbiq edərək iddianın rədd olunmasını ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, hazırki mülki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və o, mediasiya təşkilatına xx.xx.2025-ci il tarixdə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə mediasiya arayışını almış və xx.xx.2025-ci il tarixdə məhkəməyə müracitə etmişdir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı X3 cavabdeh X12rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-290/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 01 aprel 2025-ci il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 cavabdeh X12rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinədair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı X3 cavabdeh X12rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-290/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-290/2025
01.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver