Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-297/2023 20.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X10 ilə faktiki nikahlarından 20 dekabr 2002-ci ildə bir nəfər oğlan, 26 avqust 2004-cü ildə isə bir nəfər qız övladının Saatlı rayonunun Qara Nuru kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X10 ilə el adəti ilə evlənib faktiki nikaha daxil olmuşdur. Onların bu evlilikdən 20 dekabr 2002-ci ildə bir nəfər Elariz adlı oğlan, 26 avqust 2004-cü ildə isə bir nəfər Həmidə adlı qız övladı Saatlı rayonunun Qara Nuru kəndində ev şəraitində doğulmuşdur. Uşaqlar ev şəraitində doğulduğundan onlara müvafiq tibbi sənəd və doğum haqqında şəhadətnamə ala bilmirlər. Doğum haqqında şəhadətnamə almaq üçün müvafiq orqanlara müraciət etmiş, lakin doğum haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq X10 ilə faktiki nikahlarından 20 dekabr 2002-ci ildə bir nəfər Elariz adlı oğlan, 26 avqust 2004-cü ildə isə bir nəfər Həmidə adlı qız övladının Saatlı rayonunun Qara Nuru kəndində ev şəraitində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid X2 ifadəsində göstərdi ki, Saatlı rayonu Qara Nuru kəndində yaşayır. Ərizəçi onunla həmkəndli olmaqla yanaşı, həm də qohumudur. Ərizəçi X10 ilə evlənib ailə həyatı qurmuş və onların bu evlilikdən 20 dekabr 2002-ci ildə bir nəfər Elariz adlı oğlan, 26 avqust 2004-cü ildə isə bir nəfər Həmidə adlı qız övladı Saatlı rayonunun Qara Nuru kəndində doğulmuşdur. Məhkəmə baxışı zamanı digər şahidlər X9 və X11 da digər şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 fevral 2023-cü il tarixli, rəydən görünür ki, Ərizəçi 20 dekabr 2002-ci ildə bir nəfər oğlan, 26 avqust 2004-cü ildə isə bir nəfər qız övladının doğum faktını təsdiq edən hər hansı bir sənəd təqdim edilmədiyindən doğumun qeydə alınmasından imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Mərkəzi X8 kənd həkim məntəqəsi tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli tibbi arayışdan görünür ki, Saatlı rayonunun Qara Nuru kəndində yaşayan Ərizəçi 20 dekabr 2002-ci ildə bir nəfər oğlan, 26 avqust 2004-cü ildə isə bir nəfər qız övladı doğulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş X2, X11 və X5 iştirakı ilə 18 yanvar 2023-cü il tarixdə tərtib edilmiş və Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Qara Nuru kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, X10 və Ərizəçi faktiki nikahlarından 20 dekabr 2002-ci il tarixdə bir nəfər Elariz adlı oğlan, 26 avqust 2004-cü ildə isə bir nəfər Həmidə adlı qız övladı doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Ərizəçi ilə X10 evlənib ailə həyatı qurmuşlar. Onların faktiki nikahlarından 20 dekabr 2002-ci ildə bir nəfər Elariz adlıoğlan, 26 avqust 2004-cü ildə isə bir nəfər Həmidə adlı qız övladı Saatlı rayonunun Qara Nuru kəndində ev şəraitində anadan olmuşdur. Uşaqlar ev şəraitində anadan olduğundan ərizəçi uşaqlarına başqa qaydada doğum haqqında şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi və X6 faktiki nikahlarından 20 dekabr 2002-ci il tarixdə bir nəfər Elariz adlı oğlan, 26 avqust 2004-cü ildə isə bir nəfər Həmidə adlı qız övladının Saatlı rayonunun Qara Nuru kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi və X6 faktiki nikahlarından 20 dekabr 2002-ci il tarixdə bir nəfər Elariz adlı oğlan, 26 avqust 2004-cü ildə isə bir nəfər Həmidə adlı qız övladının Saatlı rayonunun Qara Nuru kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-297/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-297/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver