Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-320/2023 26.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması və oradan çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli, 02 saylı qərarına əsasən JN-0076, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Ağarəhimli kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 13300 kv.m hissəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli, 02 saylı qərarına əsasən JN-0076, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Ağarəhimli kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 13300 kv.m hissəsindən Cavabdeh qanunsuz istifadə edir. Bununla bağlı cavabdehə öz etirazını bildirsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Ekspert rəyi ilə razı deyil. Çünki müraciəti əsasında Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin mütəxəssisləri tərəfindən mübahisə prdmeti olan torpaq sahəsinin döngə koordinatları naturada ölçü cihazları vasitəsilə müəyyənləşdirilmiş, mərz nişanları qoyularaq ona təhvil verilmişdir. Bu barədə ona xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh də hazırda ona təhvil verilmiş torpaq sahəsini istifadə edir. Ona görə də iddia tələbini əsaslı hesab edir.Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh İddiaçı iddianı etiraf etməyərək izahatında göstərdi ki, ona məxsus Saatlı rayonu, Ağarəhimli kəndi ərazisində ümumi sahəsi təxminən 26 hektara yaxın olan torpaq sahəsi var. Həmin torpaq sahələri üç çıxarış əsasında ona ona məxsusdur. İddiaçının göstərdikləri yalandır. O, iddaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etmir.Onun iddiaçının iddia etdiyi torpaq sahəsindən istifadə etməməsi ekspert rəyi ilə bir daha təsdiq olunur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan JN-0076, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli, 02 saylı qərarına əsasən Saatlı rayonu Ağarəhimli kəndi ərazisində yerləşən 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16- 16/2-10/7283 nömrəli rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli, 02 saylı qərarına əsasən JN-0076, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Ağarəhimli kəndi ərazisində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin heç bir hissəsi Cavabdeh istifadəsində deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçı Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli, 02 saylı qərarına əsasən JN-0076, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Ağarəhimli kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 13300 kv.m hissəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən cavabdehin çıxarılmasını xahiş etsə də, iş materialları araşdırılarkən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin heç bir hissəsinin Cavabdeh istifadəsində olmadığı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7283 nömrəli rəyi ilə təsdiq edilmişdir. İddiaçı məhkəmə baxışı zamanı izahatında özünün müraciəti əsasında Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin mütəxəssisləri tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin döngə koordinatlarının naturada ölçü cihazları vasitəsilə müəyyənləşdirildiyini və mərz nişanlarının qoyularaq ona təhvil verildiyini, bundan sonra torpaq sahəsindən cavabdehin istifadə etdiyinin məlum olmasını, bu barədə ona xx.xx.2022-ci il tarixli məktub ünvanlanmasını bildirmişdir. Məhkəmə iddiaçının qeyd olunan dəlili ilə bağlı diqqətə çatdırır ki, MPM-in 103.1ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın və bilə-bilə yalan rəy verməyə görə CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilmiş ekspertin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7283 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması və oradan çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı ödənilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc 98.30 manat təşkil etmiş və həmin xərc İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7283 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 100 manat ödənilmiş dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 98.30 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc İddiaçı aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması və oradan çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-320/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 26 dekabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması və oradan çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması və oradan çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-320/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-320/2023
26.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver