Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-335/2023 26.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması və Ərizəçi 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı nümayəndəsi olduğu Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi 19 noyabr 2015-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, 2022-ci ilin avqust ayından həmin pensiya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmışdır. Buna səbəb kimi isə Ərizəçi pensiya təyin edilərkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarda xx.xx.1980-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində onun kolxozda elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə əmrlər kitabında adının aşkarlanmaması, yəni adıçəkilən kolxozda Ərizəçi işləməsinin öz təsdiqini tapmaması, həmçinin bu uyğunsuzluğa baxmayaraq Ərizəçi xx.xx.2015-ci il tarixdən DSMF-nin Saatlı rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması göstərilmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə həmçinin qeyd etdi ki, Ərizəçi xx.xx.1980ci il tarixdən xx.xx.1999-cu il tarixədək Saatlı rayonunun “Nizami” adına kolxozunda elektrik qaynaqçısı vəzifəsində işləmiş, lakin pensiya təyinatı üçün DSMF-nin Saatlı rayon Şöbəsinə təqdim edilmiş arxiv arayışında və kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”larında Ərizəçi adı səhvən “X3” kimi qeyd edilmişdir. Nümayəndəsi olduğu Ərizəçi “Nizami” adına kolxozda işlədiyi 1980-1999-cu illər ərzində nə adıçəkilən kolxozda, nə də həmin dövrdən indiyə qədər Ərizəçi qeydiyyatda olduğu və yaşadığı kənddə “X3” adında şəxs yaşamamış, Ərizəçi adı yuxarıda qeyd edilən kolxoza aid kitablarda texniki səhv olaraq “Vahid” əvəzinə “Zahid” kimi yazılmışdır. Odur ki, Ərizəçi pensiya ilə təmin edilməsi üçün Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması zərurəti yaranmışdır. Ona görə də, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid X5 ifadəsində göstərdi ki, Ərizəçi həmkəndlisidir. Özü “Nizami” kolxozunda baş mühəndis işləmişdir. Ərizəçi ilə iş yoldaşı olmuşdur. Ərizəçi adı ilə bağlı texniki səhvə yol verilmiş və kolxoza aid müvafiq kitablarda Ərizəçi “X3” kimi qeyd edilmişdir. Məhkəmə baxışı zamanı şahid X1 ifadəsində göstərdi ki, Ərizəçi həmkəndlisidir. Özü “Nizami” kolxozunda əvvəlcə yanacaq dispetçeri, daha sonra əmək haqqı üzrə mühasib işləmişdir. Ərizəçi ilə iş yoldaşı olmuşdur. Ərizəçi adı ilə bağlı texniki səhvə yol verilmiş və kolxoza aid müvafiq kitablarda Ərizəçi “X3” kimi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 21 dekabr 2022-ci il tarixli 723 saylı arayışından görünür ki, “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”larında Ərizəçi adı aşkaranmamış, “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı” Fond № 33, saxlama vahidi № 275, vərəq № 2036 Ərizəçi deyil, X3 olaraq aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işləmişdir. Kitabda adı səhvən “Zahid” yazılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi X3 adında qohumu olmamış, belə bir şəxs Saatlı rayonu, Orta Muğan kəndində yaşamamış, “Nizami” kolxozunda işləməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə görə, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 6.2-ci bəndinə görə eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, ərizəçiyə xx.xx.2015-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya təyinatı verilsə də, 2022-ci ilin avqust ayından həmin pensiyanın verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmışdır. Buna səbəb kimi isə Ərizəçi pensiya təyin edilərkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarda xx.xx.1980-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində onun kolxozda elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə əmrlər kitabında adının aşkarlanmaması, yəni adıçəkilən kolxozda Ərizəçi işləməsinin öz təsdiqini tapmaması, həmçinin bu uyğunsuzluğa baxmayaraq Ərizəçi xx.xx.2015-ci il tarixdən DSMF-nin Saatlı rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması göstərilmişdir. Ərizəçi adı ilə bağlı texniki səhvə yol verilmiş və kolxoza aid müvafiq kitablarda Ərizəçi “X3” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki,ərizənin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində göstərilən şərtlər mövcuddur. Belə ki, ərizəçinin sənəddə göstərilən adı ilə şəxsiyyətini təsdiq edən sənəddəki adı üst-üstə düşmür.İkincisi, arxiv arayışı hüquqmüəyyənedici sənədlər sırasındadır. Üçüncüsü, kolxozlar ləvğ edildiyindən kolxoz tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq sənəddəki səhvlərin düzəldilməsi mümkün deyil. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı etirazda göstərmişdir ki, ərizəçinin tələbi iş iş stajının təsdiq edilməsi olduğundan işə inzibati icraat qaydasında baxılmalıdır. Bundan başqa, Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə maraqlı tərəfin etirazının yuxarıda qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırda ərizəçinin tələbi əmək stajının təsdiqi deyil, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsidir ki, bunun üçün də işə xüsusi icraat qaydasında baxılmalıdır. Bundan başqa, arxiv arayışı məhz kolxozun şəxsi hesab kitablarına əsasən verilib və kolxozlar ləğv edildiyindən kolxoz tərəfindən arxiv arayışına hər hansı düzəliş etmək imkanı mövcud deyil. Odur ki, etirazın dəlilləri əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, maraqlı şəxsin etirazı hüquq haqqında mübahisə yaranması kimi qəbul edilmədiyindən MPM-nin 259-cu maddəsinə əsasən ərizənin baxılmamış saxlanılmasına da zərurət yoxdur. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Saatlı rayonunun “Nizami” adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”larında (Fond № 33, saxlama vahidi № 275) 1980-1999-cu illərdə elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının xx xxxxxx 1958-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Saatlı rayonunun “Nizami” adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”larında (Fond № 33, saxlama vahidi № 275) 1980-1999-cu illərdə elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının xx xxxxxx 1958-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-335/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-335/2023
26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver