Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-336/2025 17.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 12 aprel 2005-ci ildə Bakı şəhərində bir nəfər Aqşin adlı oğlan uşağının doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Məmmədova Vəfa Şahgǝli qızı ilə 2002ci ilds faktiki nikah münasibətlərinə girməklə evlənmişlər. Faktiki nikahlarından 12 aprel 2005-ci ilds “M.Ə.Əfəndiyeva adına” xəstəxanada bir nəfər oğlan uşağları doğulmuşdur. Lakin həmin vaxt savadsız olduğundan uşağa doğum haqqında şəhadətnamə almamışlar. Həmin uşağın adını Aqşin qoymuşlar və hazırda həmin uşaq sağ-salamat olmaqla Bakı şəhərində yaşayır. Uşaq doğulduqdan sonra Vəfa Məmmədova ona bildirdi ki, o, Türkmənistan Respublikasına atasının yanına getmək istəyir və beləliklə Vəfa ilə aralarındakı münasibətlər pozuldu və bundan sonra heç bir əlaqələri yaranmadı. Bundan sonra oğlu Aqşinin "Xəzər" televiziyasında verlişdə Saatlı rayonu Potubəyli kəndində yaşayan atasını axtardığını gördü və beləliklə oğlu Aqşinlə görüşdü. Həmin vaxt öyrəndi ki, Aqşinin heç bir sənədi yoxdur və atası olaraq çalışdı ki, ona əvvəlcə doğum şəhadətnaməsi və digər sənədlər düzəltdirsin. Əvvəlcə Aqşinin doğulduğu xəstəxanaya müraciət etdi və ona 096U nömrəli forma verildi. Həmin sənəd əsasında doğum haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat şöbəsinə müraciət etdi, lakin müraciəti təmin edilmədi və ona məhkəməyə müraciət etməyi məsləhət görüldü. Qeyd etmişdir ki, 12 aprel 2005-ci ildə Bakı şəhərində bir nəfər oğlan uşağının doğulması faktını X3 və Yunusov Valeh Bǝhəddin oğlu təsdiq edə bilərlər. Göstərilən mülki iş üzrə Ərizəçi məhkəməyə ərizə göndərərək təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərərək məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirib qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Ərizəçi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Saatlı Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan M.Ə.Əfəndiyev adına X6 354 saylı 26 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, X2 1 № li təcili tibbi yardım stansiyasının müşayiəti ilə xx.xx.2005–ci il tarixdə saat 22:45-də xəstəxananın doğum şöbəsinə daxil olmuşdur. Ana xx.xx.2005-ci il tarixdə saat 02:45-də oğlan uşağı dünyaya gətirmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli rəydən görünür ki, Ərizəçi övladının doğulması faktını müəyyən edən tibbi şəhadətnamə olmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçi övladı Aqşin adlı oğlan uşağı 12 aprel 2005-ci ildə Bakı şəhərində doğulmuş, lakin doğum haqqında şəhadətnamənin verilməsi üçün heç bir sənəd mövcud olmadığından doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi Aqşin adlı övladının 12 aprel 2005-ci ildə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Aqşin adlı övladının 12 aprel 2005-ci ildə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-336/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-336/2025
17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver