Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-372/2023 31.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma və əldən çıxmış fayda tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək seriya **********21 nömrəli çıxarışla onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.42 ha torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz istifadənin dayandırılması, onların həmin torpaq sahəsindən çıxarılması və 3000 manat əldən çıxmış faydanın cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 seriya **********21 nömrəli çıxarışla onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.4290 ha torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz istifadənin dayandırılması, onların həmin torpaq sahəsindən çıxarılması və 3000 manat əldən çıxmış faydanın cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı məhkəmə iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclasında iştirak edərək və iddianı müdafiə edərək izahatında göstərmişdir ki, mübahisə predmeti olan 2.4290 ha torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.O, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, qeyd etdiyi torpaq sahəsindən istifadə edir. O, cavabdehlərdən torpaq sahəsindən qanunsuz istifadəni dayandırmasını tələb etməsinə baxmayaraq, cavabdehlər torpaq sahəsini qanunsuz istifadə etməkdə davam etdmiş, eyni zamanda onu və ailə üzvlərini torpaqdan istifadə nəticəsində əldə edəcəyi gəlirdən məhrum etmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işin məhkəmə baxış iclasının onun iştirakı oladan keçirilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin məhkəmə iclasının iddiaçının iştirakı omadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Saatlı rayon Qaralar kəndində yerləşən 2.4290 ha torpaq sahəsi İddiaçı, X4, X2, X5, X6 və X3 ümumi birgə mülkiyyətindədir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Saatlı rayon Qaralar kəndində yerləşən 2.4290 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvləri olan X4, X2, X5, X6 və X3 mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı və onun ailə üzvləri olan X4, X2, X5, X6 və X3 ümumi birgə mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermədiyi üçün və uzun müddət onların torpaq sahəsini istifadə etdiyi üçün iddiaçı cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda da iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı əldən çıxmış faydaya görə 3000 manat pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.4290 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsi dayandırılmalı, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 150 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən İddiaçı ödədiyi 150 manat dövlət rüsumunun 100 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməli,qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2.4290 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsi dayandırılsın və cavabdehlər həmin torpaq sahəsindən çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-372/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-372/2023
31.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver