Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-375/2024 23.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması və oradan çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan 2,1539 hektar pay torpaq sahəsinin 1,30 hektar hissəsindən qanunsuz istifadələrinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39 saylı, 07 noyabr 2023-cü il tarixli çıxarışa əsasən Saatlı rayonu Qara Nuru kəndində yerləşən 2,1539 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsini həmkəndlilərindən almışdır. O, həmin torpaq sahəsindən istifadə edərkən ona məlum olmuşdur ki, cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsndən qanunsuz istifadə edirlər. O, cavabdehlərdən torpaq sahəsindən qanunsuz istifadəni dayandıraraq oradan çıxmalarını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan 2,1539 hektar pay torpaq sahəsinin 1,30 hektar hissəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin göstərdi ki, iddia ərizəsində qeyd etdiyi torpaq sahəsini Cavabdeh2 almışdır, lakin Cavabdeh2 həmin torpaq sahəsini ona satmazdan əvvəl Cavabdeh1 qeyri-rəsmi icarəyə vermişdir. Hazırda Cavabdeh2 ona satdığı torpaq sahəsindən istifadə etməsə də, həmin torpaq sahəsinin bir hissəsini Cavabdeh1 istifadəyə vermiş və həm ondan, həm də Cavabdeh1 pul almışdır. Ona görə də ona məxsus torpaq sahəsindən faktiki istifadə edən Cavabdeh1 ilə birlikdə torpaq sahəsindən faktiki istifadə etməyən Cavabdeh2 qarşı da iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 bir çox torpaq sahəsi vardır və onlardan bir hissəsini İddiaçı satmışdır. Cavabdeh2 öz mülkiyyətində olan torpaq sahəsinin 2 hektar hissəsini üç il əvvəl 4000 manat müqabilində beş illik müddətə qeyri-rəsmi olaraq ona icarəyə vermişdir. Lakin ona icarəyə verdiyi 2 hektar torpaq sahəsinin 1,30 hektar hissəsi sonradan İddiaçı satdığı torpaq sahəsinə daxildir. Cavabdeh2 ona qeyri-rəsmi icarayə verdiyi torpaq sahəsini İddiaçı satmışdır. İcarə müddəti iki ildən sonra bitir və icarə müddəti bitdikdən sonra o, həmin torpaq sahəsini iddiaçıya qaytaracaqdır. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39 nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı mülkiyyətində Saatlı rayonu Qara Nuru kəndində yerləşən 2.1539 hektar torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş bölgü planından görünür ki, Cavabdeh2, X3, X1, X2 və X7 ümumi birgə mülkiyyətlərində olan Saatlı rayonu Qara Nuru kəndində yerləşən 2.1539 hektar torpaq sahəsini İddiaçı satmışlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş 21 dekabr 2022-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 mülkiyyətində olan 0,61542 ha torpaq sahəsini 3000 manat müqabilində, X2 mülkiyyətində olan 0,61542 ha torpaq sahəsini 3000 manat müqabilində və X7 mülkiyyətində olan 0,92313 ha torpaq sahəsini 3500 manat müqabilində, ümumilikdə 2,1539 ha torpaq sahəsini 9500 manat müqabilində İddiaçı satmışlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 iddiaçının mübahisə etdiyi torpaq sahəsini üç il əvvəl Cavabdeh2 5 illik müddətə icarəyə götürdüyünü, icarə müddətinin iki ildən sonra bitəcəyini və icarə müddəti bitdikdən sonra həmin torpaq sahəsini İddiaçı qaytaracağını və iddianı qəbul etmədiyini bildirmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən, Cavabdeh1 münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tərəflərin izahatları, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39 nömrəli çıxarış və 21 dekabr 2022-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən edildi ki, İddiaçı mülkiyyətində Saatlı rayonu Qara Nuru kəndində yerləşən 2.1539 hektar torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsini Cavabdeh2 və onun ailə üzvlərindən ümumilikdə 9500 manat müqabilində almışdır. İddaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan 2,1539 hektar torpaq sahəsinin 1,30 hektar hissəsindən Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadə etdiklərini göstərərək onların həmin torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir. Cavabdeh1 məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh2 öz mülkiyyətində olan torpaq sahəsinin 2 hektar hissəsini üç il əvvəl 4000 manat müqabilində beş illik müddətə qeyri-rəsmi olaraq ona icarəyə vermiş, lakin ona icarəyə verdiyi 2 hektar torpaq sahəsinin 1,30 hektar hissəsi İddiaçı satdığı 2.1539 hektar torpaq sahəsinə daxildir. O, hazırda İddiaçı məxsus 2.1539 hektar torpaq sahəsinin 1,30 ha hissəsindən faktiki istifadə edir. Cavabdeh2 isə həmin torpaq sahəsindən istifadə etmir. Həmçinin İddiaçı da izahatında Cavabdeh2 onun mülkiyyətində olan 2.1539 hektar torpaq sahəsinin 1,30 ha hissəsindən faktiki istifadə etmədiyini, lakin Cavabdeh2 ona satdığı torpaq sahəsini həm də Cavabdeh1 qeyri-rəsmi icarəyə verdiyi üçün mübahisəli torpaq sahəsini hazırda qanunsuz istifadə edən Cavabdeh1 ilə birlikdə Cavabdeh2 qarşı da ona məxsus 2,1539 hektar pay torpaq sahəsinin 1,30 hektar hissəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, hazırda mübahisə edilən 2,1539 hektar pay torpaq sahəsinin 1,30 hektar hissəsindən Cavabdeh2 deyil, Cavabdeh1 qanunsuz istifadə edir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan 2.1539 hektar torpaq sahəsinin 1,30 ha hissəsindən Cavabdeh1 qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Lakin digər Cavabdeh2 iddiaçının mülkiyyətində olan 2.1539 hektar torpaq sahəsinin 1,30 ha hissəsindən qanunsuz istifadə etmə halı mövcud olmadığından iddia Cavabdeh2 aid hissədə təmin edilə bilməz. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39 nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Saatlı rayonu Qara Nuru kəndində yerləşən 2.1539 hektar torpaq sahəsinin 1,30 hektar hissəsindən Cavabdeh1 qanunsuz istifadəsi dayandırılmalı və o, həmin torpaq sahələrindən çıxarılmalı, iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. İşdə olan 14 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39 nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Saatlı rayonu Qara Nuru kəndində yerləşən 2.1539 hektar torpaq sahəsinin 1,30 hektar hissəsindən Cavabdeh1 qanunsuz istifadəsi dayandırılsın və o, həmin torpaq sahəsindən çıxarılsın. İddia Cavabdeh2 aid hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-375/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-375/2024
23.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver