Məhkəmə qərarları › İş №2(055)-422/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-422/2024

15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-422/2024 15.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X5 30 yanvar 2017-ci ildə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X6 ilə el adəti ilə evlənib ailə həyatı qurmuş, lakin hal-hazırki vaxtadək nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nigahlarından 30 yanvar 2017-ci ildə bir nəfər oğlan uşağı doğmuşdur. Uşaq ev şəraitində doğulduğundan uşağına müvafiq tibbi sənəd və doğum haqqında şəhadətnamə ala bilmirlər. Doğum haqqında şəhadətnamə almaq üçün müvafiq orqanlara müraciət etmiş, lakin doğum haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Ona görə də, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid X3 ifadəsində göstərdi ki, Saatlı rayonu Soltanabad kəndində yaşayır. Ərizəçi onun qonşusudur. Ərizəçi Həşimova X1 Loğman Sabir oğlu ilə evlənib ailə həyatı qurmuş və onların faktiki nikahlarından 30 yanvar 2017ci ildə bir nəfər oğlan uşağı doğulmuşdur. Məhkəmə baxışı zamanı digər şahid X7 şahid X9 ğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 30 yanvar 2017-ci il tarixdə doğulmuş övladının doğumunun müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi uşağının doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı rayon Soltanabad kənd İƏD üzrə nümayəndəliyinin 10 fevral 2024-cü il tarixli aktından görünür ki, Saatlı rayonun Soltanabad kəndi sakini Ərizəçi 30 yanvar 2017-ci ildə X4 adında övladı anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Ərizəçi ilə X6 evlənib ailə həyatı qurmuşlar. Onların birgə nikahından 30 yanvar 2017-ci ildə bir nəfər oğlan uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində anadan olduğundan ərizəçi uşağına başqa qaydada doğum haqqında şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə X2 faktiki nikahlarından 30 yanvar 2017-ci ildə X10 adında bir nəfər uşaqlarının doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə X2 faktiki nikahlarından 30 yanvar 2017-ci ildə X10 adında bir nəfər uşaqlarının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. 2(055)-806/ İş № 2(055)-422/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 15 aprel 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə X2 faktiki nikahlarından 30 yanvar 2017-ci ildə X10 adında bir nəfər uşaqlarının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar