Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-46/2023 30.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu və İddiaçı5, İlkin İddiaçı1 vəkili Nümayəndə3, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və 140318 manat dəymiş ziyanın ödənilməsi, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək zəbt olunmuş torpaq sahəsinin qaytarılması və həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək zəbt olunmuş torpaq sahəsinin qaytarılması və həmin torpaq sahəsindən cavabdehin çıxarılması, 140318 manat dəymiş ziyanın Cavabdeh alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4.42 hektar torpaq sahəsinin real bazar dəyəri olan 15000 manat pulun, sözügedən torpaq sahəsinin abadlaşdırılması üçün çəkdiyi 5000 manat xərcin ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 alınıb ona verilməsi, həmçinin hər iki iddianın təmin ediləcəyi halda, ilkin iddia ilə qarşılıqlı iddianın eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə İddiaçı1 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 8.74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə onlara torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Qeyd olunan torpaq sahəsinin 4.42 ha hissəsini təxminən 20 ildir ki, Cavabdeh qanunsuz olaraq istifadə edir. Dəfələrlə Cavabdeh torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmasını tələb etsələr də, nəticəsi olmamışdır. Onların hesablamalarına görə torpaq sahəsinin qanunsuz istifadəsi nəticəsində onlara 140318 manat ziyan dəymişdir. Qarşılıqlı iddianı isə qəbul etmir. Hesab edir ki, Cavabdeh uzun müddət torpaqdan istifadəyə görə görə kifayət qədər gəlir əldə etmişdir. Odur ki, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə iddiaçılar İddiaçı3, İddiaçı4 Sahibəli oğlu və İddiaçı5 ilkin iddia üzrə İddiaçı1 ilə eyniməzmunlu izahat verdilər. İlkin iddiaçılar İddiaçı8, İddiaçı7 və İddiaçı2 hazırki məhkəmə iclasında iştirak etməsələr də, əvvəlki məhkəmə iclaslarında iştirak edib ərizə təqdim edərək iddianı müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilkin İddiaçı6 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 ilkin iddianı qismən qəbul edib qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçılar və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 8.74 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 4.42 ha hissəsi anası Cavabdeh tərəfindən pul müqabilində alınmışdır. Hazırda nümayəndəsi olduğu Cavabdeh mübahisə predmeti olan torpaq sahəsindən çıxmağa razıdır. Lakin iddianın 140318 manat dəymiş ziyanın ödənilməsi hissəsini qəbul etmir. Eyni zamanda Cavabdeh bildirir ki, torpağın hazırki bazar qiyməti 15000 maanat təşkil edir, bununla yanaşı həmin torpağın abadlaşdırılması üçün 5000 manat vəsait xərcləmişlər.Odur ki, 4.42 hektar torpaq sahəsinin real bazar dəyəri olan 15000 manat pulun, sözügedən torpaq sahəsinin abadlaşdırılması üçün çəkilmiş 5000 manat qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı7 alınıb Cavabdeh verilməsi, həmçinin hər iki iddianın təmin ediləcəyi halda, ilkin iddia ilə qarşılıqlı iddianın eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 Nümayəndə2 ilə eyniməzmunlu izahat verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 105, KOD 90803028 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə X4, İddiaçı2, İddiaçı3, İddiaçı1, X6, İddiaçı4 Sahibəli oğlu, X2, X7, X5 və İddiaçı7 ümumi birgə mülkiyyətinə 8.74 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı3 adından verilmiş və əsli məhkəməyə təqdim olunmuş, Saatlı rayonu, Heydərabad kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli “izahat”dan görünür ki, İddiaçı3 0.68 ha torpaq sahəsini həmişəlik olaraq Cavabdeh köhnə məzənnə ilə ******* manata satmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əliyeva(Məmmədova) Arzu Sahibəli qızının adından verilmiş və əsli məhkəməyə təqdim olunmuş Saatlı rayonu, Heydərabad kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli “izahat”dan görünür ki, X7 0.68 ha torpaq sahəsini Cavabdeh köhnə məzənnə ilə 400000 manata satmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş X4 və İddiaçı2 adından verilmiş və əsli məhkəməyə təqdim olunmuş “izahat”dan görünür ki, X4 və İddiaçı2 2.0 ha torpaq sahəsini Cavabdeh köhnə məzənnə ilə ******* manata satmışlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı DAİM-in bitkiçilik sektorunun müdiri, mütəxəssis X1 rəyindən görünür ki, 2000-ci ildən hal-hazıradək olan müddətdə torpaq sahəsində yetişdirilən bitkilər, görülmüş abadlaşdırma işləri və digər tədbirlər barədə məlumatlar olmadığından və 2022-ci ildə həmin torpaq sahəsinə əkilmiş bitkilərin vegetasiya dövrü başa çatdığı üçün gəlir və digər işlərlə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İş materialları araşdırılarkən müəyyən edildi ki, JN 105, KOD 90803028 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı əsasında Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə X4, İddiaçı2, İddiaçı3, İddiaçı1, X6, İddiaçı4 Sahibəli oğlu, X2, X7, X5 və İddiaçı7 ümumi birgə mülkiyyətinə 8.74 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 4.42 ha hissəsi qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən istifadə olunur. İlkin iddia üzrə iddiaçılar torpaq sahəsindən Cavabdeh çıxmasını tələb etsələr də, sonuncu həmin torpaq sahəsindən çıxmamışdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda torpaq sahəsi ilkin iddiaçılar İddiaçı1 və onun digər ailə üzvlərinin mülkiyyətindədir və bu səbəbdən də iddia tələbi haqlıdır. Məhkəmə, həmçinin ilkin iddianın dəymiş ziyana görə 140318 manat pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, bu barədə mötəbər sübutlar olmadığından ilkin iddia qeyd olunan hissədə əsaslı hesab oluna bilməz. Məhkəmə qarşılıqlı iddia ilə bağlı diqqətə çatdırır ki, qarşılıqlı iddiaçı Cavabdeh 4.42 ha torpaq sahəsinin alınmasına görə real bazar dəyərinə əsaslanıb 15000, eləcə də torpaq sahəsinin abadlaşdırılması üçün 5000 (cəmi 20000) manat pul tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir. Lakin bununla yanaşı qeyd olunmalıdır ki, qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi “izahat”lar torpaq alqısatqısını təsdiq edən etibarlı əqd olmasa da, torpağa görə pul verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehlər qeyd olunan sənədlərdəki imzaların onlara məxsus olduğunu, lakin torpaq sahəsini icarəyə verdiklərini, həmin sənədləri oxumadan imza etdiklərini göstərmişlər. Məhkəmə hesab edir ki, sözügedən əqdlər mötəbər sübut kimi qəbul edilərək qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 hazırki məzənnə ilə 180 manat(torpaq sahəsini mərhum X4 ilə birgə satdığına görə ikidə bir hissə), İddiaçı3 234 manat və İddiaçı6 80 manat alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin 18 dekabr 2017-ci il tarixə bazar dəyəri 15500 manat qiymətləndirilsə də, torpaq sahəsinin 22 il ərzində Cavabdeh olması, sonuncunun həmin torpaq sahəsini mütəmadi əkib-becərib gəlir götürməsi nəzərə alınaraq qarşılıqlı iddiaçının torpağı alarkən ödədiyi məbləği tələb etməsi və iddianın bu qaydada təmin olunması daha ədalətli olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı əsasında JN 105, KOD 90803028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X4, İddiaçı2, İddiaçı3, İddiaçı1, X6, İddiaçı4 Sahibəli oğlu, X2, X7, X5 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmiş 8.74 ha torpaq sahəsinin 4.42 ha hissəsindən ilkin iddia üzrə Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və o, həmin torpaq sahəsindən çıxarılmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 180 manat, İddiaçı3 234 manat və İddiaçı6 80 manat, cəmi 494(dörd yüz doxsan dörd) manat alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, ilkin iddia üzrə İddiaçı1 tərəfindən 530,32 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 150 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 530,32 manat dövlət rüsumunun 430.32 manatı İddiaçı1 aid edilməli, qalan 100 manatı isə ilkin iddia üzrə Cavabdeh alınaraq İddiaçı1 verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 120 manatı Cavabdeh aid edilməli, qalan 30 manatı qarşılıqlı iddia üzrə cavabdehlərdən alınıb Cavabdeh verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İlkin iddia qismən təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı əsasında JN 105, KOD 90803028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X4, İddiaçı2, İddiaçı3, İddiaçı1, X6, İddiaçı4 Sahibəli oğlu, X2, X7, X5 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmiş 8.74 ha torpaq sahəsinin 4.42 ha hissəsindən ilkin iddia üzrə Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və o, həmin torpaq sahəsindən çıxarılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 530,32 manat dövlət rüsumunun 100 manatı ilkin iddia üzrə Cavabdeh alınaraq İddiaçı1 verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 180 manat, İddiaçı3 234 manat və İddiaçı6 80 manat, cəmi 494(dörd yüz doxsan dörd) manat alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 30 manatı qarşılıqlı iddia üzrə cavabdehlərdən alınıb Cavabdeh verilsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-46/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-46/2023
30.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver