Məhkəmə qərarları › İş №2(055)-47/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-47/2025

24.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-47/2025 24.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının aktibi X3, İddiaçı X1 Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı torpaq sahəsində qanunsuz istifadənin dayandırılması və həmin torpaq sahəsindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.8822 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və cavabdehin həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”-la (reyestr nömrəsi: **********64, qeydiyyat nömrəsi: **********), onun və ailə üzvlərinin mülkiyyətinə 0.8822 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 0.8822 hektar torpaq sahəsini, Saatlı rayon Qaracalar kəndi sakini cavabdeh Umudov Umudǝli Əligulla oğlu uzun müddətdir ki zəbt edib və qanunsuz istifadə edir. Cavabdehlə dəfələrlə əlaqə saxlayaraq ailə üzvlərinə məxsus torpaq sahəsinin boşaltmasını xahiş etmiş, lakin cavabdeh Umudov Umudǝli Əligulla oğlu torpaq sahəsindən qanunsuz istifadəni dayandırmır. Cavabdeh ona və ailə üzvlərinə aid torpaq sahəsini qaytarmayacağını bildirir. Odur ki, hüquqlarının bərpası üçün, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək göstərdi ki, iddiaya etiraz edir. O, torpaq sahəsini 2010-cu il tarixdə 4500 manata iddiaçının əmisi mərhum İsmayıldan almışdır. Kənd icra nümayəndəliyində müqavilə hazılanmış və həmin müqaviləni iddiaçının atası da imzamışdır. Hətta icra nümayəndəsi demişdir ki, torpaq vergisi ödənilməyib, o, 103 manat torpaq vergisini də ödəmişdir. Həmin torpaq sahəsinə külli miqdarda pul vəsaiti xərcləmişdir. Həmin tarixdən də torpaq sahəsi onun istifadəsindədir. Hazırda da X9 Mamedovun vəfat etməsindən istifadə edib hazırki iddia tələbini irəli sürmüşdür. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsi X4 və onun ailə üzvlərinin (Məmmədov Şükri, X5, X8, X6) mülkiyyətindədir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsi X1 və onun ailə üzvlərinin mülkiyyətindədir. Cavabdeh iddiaçı X1 mülkiyyətində olan 0.8822 ha torpaq sahəsidən öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Cavabdeh iddiaçı X1 iddia etdiyi 0.8822 ha torpaq sahəsini birdəfəlik olaraq aldığını göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərlə isə mübahisəli torpaq sahəsinin onun müvəqqəti istifadəsinə verilməsinə dair müqavilə bağlandığı müəyyən edilir. Məhkəmə baxışı zamanı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.8822 ha torpaq sahəsini 2010-cu il tarixdə 4500 manata iddiaçının əməsi mərhum İsmayıldan aldığını və hazırda da X7 Mamedovun vəfat etməsindən istifadə edib hazırki iddia tələbini irəli sürdüyünü göstərib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, mübahisə predmeti 0.8822 ha torpaq sahəsi hazırda iddiaçı və ailə üzvlərinə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsidir. İddiaçının tələbi qanuni olduğundan onun tələbi məhkəmə qaydasında müdafiə olunmalı və iddia təmin edilməlidir. Cavabdehə isə izah olunur ki, torpaq sahəsinin alınmasına görə verdiyi pulu mərhum İsmayıl Mamedovun vərəsələrindən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və cavabdeh həmin torpaq sahəsidən çıxarılmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, X4 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı X1 ödədiyi 100 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olan Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və cavabdeh həmin torpaq sahəsidən çıxarılsın. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar