Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-487/2023 19.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarından göründüyü kimi, iddiaçının istifadə hüququnun tanınması və köçürülməsini xahiş etdiyi fərdi yaşayış evi Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Yaşayış massivində yerləşir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddia ərizəsi cavabdehlərin qeydiyyatda olduğu yer üzrə üzrə deyil, daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, ərizəsinin qaytarılması barədə olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Mirlətif Sadıqov