Məhkəmə qərarları › İş №2(055)-489/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-489/2023

25.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-489/2023 25.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və onun üzərində olan yaşayış evindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tam mülkiyyət hüququ əsasında ona məxsus olan Saatlı rayonu Qazanbatan kəndində yerləşən 1.10 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 198,1 kvadratmetr olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Saatlı rayonu Qazanbatan kəndində 1.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 198.1 kvadratmetr olan fərdi yaşayış evi tam mülkiyyət əsasında ona məxsusdur. O və ailəsi Rusiyada yaşamışlar və həmin müddətdə evə baxmaq üçün onu qohumu X1 vermişlər. Bundan sonra qardaşının keçmiş gəlini olan Cavabdeh1 oğlu Cavabdeh2 ilə qanunsuz olaraq həmin evdə yaşamışlar. Tələb etməsinə baxmayaraq, onlar həmin evdən çıxmırlar. Ona görə də göstərdiklərini nəzərə alaraq, tam mülkiyyət hüququ əsasında ona məxsus olan Saatlı rayonu Qazanbatan kəndində yerləşən 1.10 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 198,1 kvadratmetr olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı onun həmkəndlisidir. Cavabdeh1 tanıyır. İddiaçı xaricə getdikdən sonra Cavabdeh1 və oğlu Cavabdeh2 iddiaçıya məxsus evdə yaşayırlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı arvadıdır. Onlar Rusiyada yaşamışlar və həmin vaxt onlara məxsus evə baxmaq üçün onu X1 vermişlər. Cavabdeh1 da oğlu Cavabdeh2la həmin evdə qanunsuz yaşamışlar və hazırki vaxtadək oradan çıxmamışlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Saatlı rayonu Qazanbatan kəndində 1.1 hektar torpaq sahəsi üzərində yerləşən 198.1 kvadratmetr sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən qaytarılması müəyyən olunmuşdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Saatlı rayonu Qazanbatan kəndində yerləşən 198.1 kvadratmetr sahəsi olan fərdi yaşayış evi və 1.1 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Saatlı rayonu Qazanbatan kəndində 1.1 hektar torpaq sahəsi üzərində yerləşən 198.1 kvadratmetr sahəsi olan fərdi yaşayış evində həmin fərdi yaşayış evindən istifadə hüquqları olmadan yaşadıqlarından iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Ona görə də İddiaçı Saatlı rayonu Qazanbatan kəndində yerləşən 1.10 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 198,1 kvadratmetr olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tam mülkiyyət hüququ əsasında mülkiyyətində olan 1.1 hektar torpaq sahəsi üzərində yerləşən 198.1 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Saatlı rayonu Qazanbatan kəndində yerləşən İddiaçı məxsus 1.10 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 198,1 kvadratmetr olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadələri dayandırılmalı və onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalıdır. İşdə olan 14 oktyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayonu Qazanbatan kəndində yerləşən İddiaçı məxsus 1.10 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 198,1 kvadratmetr olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadələri dayandırılsın və onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılsınlar. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar