Məhkəmə qərarları › İş №2(055)-497/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-497/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-497/2023 07.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 5100.88 manat borcun və 71.10 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5171.98 manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçı P-AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2Yavər oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə nümayəndəsi olduğu İddiaçı arasında bağlanmış 15 fevral 2021-ci il tarixli, 03 saylı alqısatqı müqaviləsinə əsasən cavabdeh 5.0 hektar torpaq sahəsində pambıq əkmək və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhədsinə götürməklə iddiaçıdan 5100.88 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü avans vəsaitinin dəyərini xam pambıqla ödəməli və götürdüyü avans vəsaiti üzrə borcunu bağlamağı öhdəsinə götürsə də, o, müqavilənin şərtlərini pozaraq iddiaçıya xam pambıq təhvil verməmişdir. Cavabdehə dəfələrlə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı ona qarşı pul tələbi barədə iddiasını tam şəkildə qəbul edir və təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanan 15 fevral 2021-ci il tarixli, 03 saylı alqı-satqı müqaviləsində borclunun (mal alanın) borcunu yetişdirdiyi xam pambığı iddiaçıya təhvil verməklə xx.xx.2021-ci il tarixə qədər ödəməyi öhdəsinə götürdüyü göstərilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 71.10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 71.10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 5100.88 manat borc, 71.10 manat ödənilmiş dövlət rüsumu, cəmi 5171.98 manat pul alınaraq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 5100.88 manat borc və 71.10 manat ödənilmiş dövlət rüsumu, cəmi 5171 (beş min yüz yetmiş bir) manat 98 (doxsan səkkiz) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar