Məhkəmə qərarları › İş №2(055)-56/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-56/2025

27.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-56/2025 27.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətə daxil olmağa qadağa qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin və onun ailə üzvlərinin ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə və həyətyanı torpaq sahəsinə girişin qadağan edilməsi, cavabdeh tərəfindən ona məxsus olan daş divarda quraşdırılmış işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ona məxsus olan su nasosundan cavabdehin istifadə etməsinin qadağan edilməsi, satılmış quru ot presinə görə 100 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, mərhum X3nun mülkiyyətində Saatlı rayonu Mais Əliyev küçəsində yerləşən 0,70 ha torpaq sahəsində iki yaşayış evi və bir nəçə tikili vardır. Fərdi yaşayış evlərindən biri 2000ci ildə onun tərəfindən tikilmişdir və hazırda həmin evdə o, həyat yoldaşı və övladları yaşayırlar, digər evdə isə anası, cavabdeh (qardaşı Asif) və cavabdehin ailə üzvləri yaşayırlar. X3 xx.xx.2014-cü ildə vəfat etmiş, həmin vaxta qədər atası cavabdehlə birlikdə yaşamışdır. Onun hazırda yaşadığı ev üç tərəfdən daş hasarla, bir tərəfdən isə çəpərlə əhatələnib. Cavabdehin həyətində yerləşən ayaqyolunun qapısı onun evinin həyətindədir və cavabdeh onun həyətindən keçərək ayaqyolundan istifadə edir. Bu səbəbdən cavabdehə və cavabdehin ailə üzvlərinə həyətindən istifadə etmələrinə icazə vermir. Atası vəfat edəndən təxminən 2-3 il sonra cavabdeh onu ailə üzvləri ilə birlikdə hazırda yaşadığı evdən çıxarmaq istəyir. Belə ki, cavabdeh, yəni qardaşı Asif bir neçə dəfə onun həyətinə hücum edərək ona və ailə üzvlərinə fiziki va psixoloji təzyiq göstərmiş, bununla bağlı video-görüntülər var. Hətta 2024-cü ildə onun həyətinə hücum edərək həyat yoldaşını döyməsinə görə Asif Saatlı Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada cərimə edilməsinə baxmayaraq hələ də hərəkətlərini davam etdirir. Bundan başqa, cavabdeh ona məxsus dörd baş toyuğu vuraraq öldürmüş, həyatyanı sahəni suvarmaq üçün 500 manata alaraq su kanalının üzərinə quraşdırdığı su nasosundan istifadə etməyə ona maneə yaradır, onun tikdirdiyi daş hasara elektrik sayğacı quraşdırmış və 2020-ci ildə cavabdehə 500 manata satdığı quru ot presindən qalan 100 manat pulu cavabdehdən ala bilmir. Ona görə də, göstərdiklərinin nəzərə alaraq Cavabdeh və onun ailə üzvlərinin ona məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış evinə və həyətyanı torpaq sahəsinə girişinin qadağan edilməsi, cavabdeh tərəfindən ona məxsus olan daş divarda quraşdırılmış işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ona məxsus olan su nasosundan cavabdehin istifadə etməsinə qadağa qoyulması, ot presinə görə cavabdeh tərəfindən ona verilməli olan 100 manat pulun və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı onun qardaşıdır. Saatlı rayonu X8 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə X3nun, anası X4, qardaşı X6, bacısı X2 və onun mülkiyyətinə 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsində iddiaçı və iddiaçının ailə üzvlərinin yaşadığı, onun və ailə üzvlərinin, o cümlədən anasının yaşadığı ayrı-ayrı iki fərdi yaşayış evi vardır. İddiaçının isə 0,30 ha torpaq sahəsinə və onun üzərində tikilmiş hazırda yaşadığı fərdi yaşayış evinə heç bir mülkiyyət hüququ yoxdur. İddiaçının giriş üçün qadağa qoyulmasını tələb etdiyi torpaq sahəsi, darvaza, daş hasarlar, çəpər və su nasosu mərhum atası sağlığından onların ümumi istifadəsində olmuşdur. Lakin, iddiaçı hazırda yaşadığı həyətyanı torpaq sahəsi, həmçinin də, həmin torpaq sahəsi üzərində tikilmiş tikililər üzərində mülkiyyətiçi olmamasına baxmayaraq ona qarşı əsassız iddia qaldırmışdır. Bundan başqa, o heyvanları üçün 500 manat dəyərində quru otu iddiaçıdan almamışdır, özünün torpaq sahəsi vardır orada da heyvanları üçün özü ot əkib beçərdiyindən başqa yerdən ot almasına ehtiyacı yoxdur. Odur ki, iddiaçının iddia ərizəsində və izahatında göstərdikləri yalan və böhtandan başqa bir şey deyildir. Ona görə də göstərdiklərinin nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında göstərdi ki, İddiaçı, Cavabdeh, üçüncü şəxslər X12 və X7 onun uşaqlarıdır, X1 isə onun həyat yoldaşı olmuşdur. Saatlı rayonu X8 18 may 1998-ci il tarixli 05 saylı qərarı əsasında ərinə, ona, böyük oğlu Rahimə, digər oğlu Asifə, qızı Xuramana 0,30 ha həyətyanı torpaq sahəsi verilmiş, digər oğlu Vidadinin isə həmin torpaqda mülkiyyəti yoxdur. Belə ki, oğlu Vidadi atası ilə, onunla, qardaşları və bacısı ilə yola getməyən, ailədə narazılıq yaradan övlad olmuşdur. Ərinin sağlığında min bir əziyyətlə qazandıqları pul hesabına 0,30 ha həyətyanı torpaq sahəsində böyük oğlu Rahim üçün fərdi yaşayış evi tikmişlər, lakin oğlu Rahim həmin evdə yaşamaq istəmədiyindən Vidadi həmin evdə yaşamağa başlamış, hazırki vaxtadək Vidadinin 0,30 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsi üzərində olan tikililərdə mülkiyyət hüququ olmamışdır, bundan sonra da Vidadinin və onun ailəsinin 0,30 ha həyətyanı torpaq sahəsində və onun üzərində tikilən fərdi yaşayış evində yaşamalarını istəmir. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 digər üçüncü şəxs anası X4 izahatına uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 sentyabr 2014-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-027A KOD 90800001 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı şəhəri ərazisində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə X5, X4, X6, X2 və Cavabdeh mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında baxış keçirilmiş diskdə olan səsli videodan görünür ki, həmin səsli videoda olan çəkliş tarixi və saatı bilinməyən vaxtda tərəflər arasında ailə münasibətləri zəminində yaranmış narazılqların görüntüləridir. Məhkəmə iddiaçını, cavabdehi və üçüncü şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının mövcud olmasını, daha sonra isə onların pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə baxışı zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-027A KOD 90800001 saylı şəhadətnamə əsasında Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə Saatlı şəhəri ərazisində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsi X1nun və onun ailə üzvlərinin (cavabdehin və iş üzrə cəlb edilmiş üçüncü şəxslərin) ümumibirgə mülkiyyətinə verilmişdir. X1 hazırki iş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxslər X6, X2 atası və digər üçüncü şəxs X4 əri olmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-027A KOD 90800001 saylı şəhadətnamədə isə İddiaçı ümumibirgə mülkiyyət hüququ yoxdur. İddia ərizəsində göstərilən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan tikililər isə halhazırda cavabdehin və üçüncü şəxslərin ümumibirgə mülkiyyətində olan 0,30 hektar həyətyanı torpaq sahəsinə aiddir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi hazırda cavabdehin və üçüncü şəxslərin ümumibirgə mülkiyyətində olan torpaq sahəsi olmaqla həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evləri, daş hasarlar, çəpər və elektrik sayğacı onların ümumi istifadəsində olan əmlaklar olmaqla bərabər, həmin əmlaklar üzərində cavabdehin və üçüncü şəxslərin gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçının isə belə bir hüququ yoxdur, yəni iddiaçının 0,30 hektar həyətyanı torpaq sahəsində mülkiyyət hüququ olmadığından onun hazırda yaşadığı fərdi yaşayış evinin və həmin evin həyətyanı hissəsinin daş hasarla və çəpərlə əhatələnməsi, iddiaçının həmin əmlaklar üzərində mükiyyət hüququnun olması demək deyildir. Bundan başqa, iddiaçı tərəfin hazırki iddia tələbi ilə bağlı subut olaraq məhkəməyə təqdim etdiyi diskə məhkəmə iclasında baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, diskdə olan səsli videoda olan görüntülər tarixi və saatı bilinməyən vaxtda iddiaçı ilə cavabdeh arasında yaranmış ailə münasibətləri zəminində yaranmış narazılqların görüntüləridir və həmin görüntülərin iddiaçının hazırkı tələbini əsaslandıran mötərbər sübut deyildir. Bununla da, iddiaçının iddia ərizəsində göstərdiyi və tələbinin əsası kimi istinad etdiyi hallar (ünvan 1 ünvanında yerləşən yaşayış evinə və həyətyanı torpaq sahəsinə cavabdehin girişinin qadağan edilməsi, cavabdeh tərəfindən daş divarda quraşdırılmış işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) məhkəmədə təsdiqini tapmadığından, iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın su nasosundan cavabdehin istifadə etməsinə qadağa qoyulması və satılmış quru ot presinə görə cavabdehdən 100 manat pulun alınması hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh və üçüncü şəxslər izahatlarında qeyd edirlər ki, iddiaçının mübahisələndirdiyi su nasosu mərhum Əzulla Həsənov tərəfindən həyətyanı torpaq sahəsini suvarmaqdan ötrü alınmışdır və hazırda da ümumi istifadədir, iddiaçının şəxsi əmlakı deyildir və quru ot presinə görə iddiaçıya 100 manat borclu olmasını cavabdeh etiraf etməmişdir. Buradan da görünür ki, tələbin bu hissəsi ilə bağlı sübut etmə vəzifəsi iddiaçının üzərində düşür. Həmin tələblə bağlı iddiaçının izahatı isə özü-özlüyündə sübut növü kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə iddiaçının izahatı ilə yanaşı yoxlanılmalı və qiymətləndirilməli hər hansı sübut növü məhkəmədə təsdiqini tapmadığından iddia həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətə daxil olmağa qadağa qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 20 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı cavabdehin və onun ailə üzvlərinin ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə və həyətyanı torpaq sahəsinə girişin qadağan edilməsi, cavabdeh tərəfindən ona məxsus olan daş divarda quraşdırılmış işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ona məxsus olan su nasosundan cavabdehin istifadə etməsinin qadağan edilməsi, satılmış quru ot presinə görə 100 (bir yüz) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar