Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-580/2025 02.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və XXX İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Yaqubov Əlizamin İddiaçı3 oğluna qarşı torpaq sahəsi üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiaçının ərizəsinə baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və XXX İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Yaqubov Əlizamin İddiaçı3 oğluna qarşı torpaq sahəsi üzrə payların müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və XXX İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi onu vermiş şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və XXX İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Yaqubov Əlizamin İddiaçı3 oğluna qarşı torpaq sahəsi üzrə payların müəyyən edilməsi tələbinə dair kiçik iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığından, ddiaçı İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alındığından, iddiaçılar İddiaçı1 ödədiyi 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və XXX İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Yaqubov Əlizamin İddiaçı3 oğluna qarşı torpaq sahəsi üzrə payların müəyyən edilməsi tələbinə dair kiçik iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçılar İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixində Saatlı Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-580/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-580/2025
02.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver