Məhkəmə qərarları › İş №2(055)-582/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-582/2024

08.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-582/2024 08.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldırlması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu Potubəyli kənd sakini Cavabdeh Saatlı meşəbəyliyinin 1-ci kvartalının 16-cı dolayında özbaşına tutduğu (zəbt etdiyi) 04 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı əməkdaşları tərəfindən 11 sentyabr 2023-cü il tarixdə Saatlı meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Saatlı rayonu Potubəyli kənd sakini Cavabdeh tərəfindən Saatlı meşəbəyliyinin 1-ci kvartalının 16-cı dolayında 04 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları əkməsi aşkar olunmuşdur. Həmin fakt əsasında müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına 15 sentyabr 2023-cü il tarixli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Ona görə də Saatlı rayonu Potubəyli kənd sakini Cavabdeh Saatlı meşəbəyliyinin 1-ci kvartalının 16-cı dolayında özbaşına tutduğu (zəbt etdiyi) 04 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 045.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 11 sentyabr 2023-cü il tarixli 002773 saylı aktdan görünür ki, İddiaçı tərəfindən yoxlama aparılarkən xidməti ərazilərində meşə fondu torpaqlarında meşə qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti araşdırılmış, heç bir hüquq müəyyənedici sənədlər olmadan ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunaraq kənd təsərrüfatı bitkilərinin əkilməsi faktları aşkar edilmişdir. Saatlı meşəbəyliyinin 1 və 2 saylı dolaylarına keçirilən baxış zamanı Saatlı rayonu Potubəyli kənd sakini Cavabdeh tərəfindən 04 ha ərazinin zəbt edilərək kənd təsərrüfatı bitkiləri əkildiyi məlum olmuşdur. İşdə olan 15 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh yaşadığı ünvana xəbərdarlıq məktubu göndərilərək İddiaçı Saatlı meşəbəyliyinin 1-ci kvartalının 16-cı dolayında qeyri-qanuni əkdiyi 04 ha torpaq sahəsinin könüllü olaraq 30 gün müddətində boşaldılması, sahənin əvvəlki vəziyyətinə gətirilməsinin təmin edilməsi tələb olunmuşdur. İşdə olan İddiaçı Saatlı meşəbəyliyi 1-ci kvartalın 16-cı dolayının xəritədən çıxarışından görünür ki, İddiaçı Saatlı meşəbəyliyinə aid olan 04 ha torpaq sahəsi zəbt olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı haqqında əsasnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki qurumdur. Mərkəz Qanunvericiliyə uyğun olaraq öz fəaliyyət istiqamətlərinə aid məsələlərlə əlaqədar məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir. Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəzin müstəqil balansı, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakı, xəzinə hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin, Xidmətin və öz adı əks olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Mərkəzin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, büdcədənkənar xüsusi vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir. Mərkəz Sabirabad şəhərində yerləşir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, 11 sentyabr 2023-cü il tarixli 002773 saylı akt, 15 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu və İddiaçı Saatlı meşəbəyliyinin 1-ci kvartalının 16-cı dolayının xəritədən çıxarışı ilə müəyyən edildi ki, İddiaçı əməkdaşları tərəfindən 11 sentyabr 2023-cü il tarixdə Saatlı meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Saatlı rayonu Potubəyli kənd sakini Cavabdeh tərəfindən Saatlı meşəbəyliyinin 1-ci kvartalının 16-cı dolayında 04 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları əkməsi aşkar olunmuşdur. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün mübahisəli torpaq sahəsinin könüllü boşaldılması barədə iddiaçı tərəfindən ona xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən dövlət meşə fonduna aid torpaq sahəsini hazırki vaxta kimi boşaldılmamışdır. Ona görə də İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə 11 sentyabr 2023-cü il tarixli 002773 saylı aktı, 15 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunu və İddiaçı Saatlı meşəbəyliyi 1-ci kvartalın 16-cı dolayının xəritədən çıxarışını mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Saatlı rayonu Potubəyli kənd sakini Cavabdeh Saatlı meşəbəyliyinin 1-ci kvartalının 16-cı dolayında özbaşına tutduğu (zəbt etdiyi) 04 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh İddiaçı Saatlı meşəbəyliyinin 1-ci kvartalının 16-cı dolayında özbaşına tutduğu (zəbt etdiyi) 04 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 9.1 və 9.1.16-cı maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iş üzrə qiymətləndirilməyən iddia ərizəsinə uyğun olaraq 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Saatlı meşəbəyliyinin 1-ci kvartalının 16-cı dolayında özbaşına tutduğu (zəbt etdiyi) 04 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilsin. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş 2(055)-582/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 08 iyul 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldırlması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Saatlı meşəbəyliyinin 1-ci kvartalının 16-cı dolayında özbaşına tutduğu (zəbt etdiyi) 04 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilsin. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar