Məhkəmə qərarları › İş №2(055)-584/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-584/2024

24.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-584/2024 24.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı barədə əqdin etibarlı sayılması və ya pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək JN-756, kod 90800068 saylı Dövlət Aktı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş 1.05 hektar torpaq sahəsi üzrə, cavabdehlərlə bağlanmış alqı-satqı barədə əqdin etibarlı sayılması və ya JN-756, kod 90800068 saylı dövlət aktı ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş 1.05 hektar torpaq sahəsinin dəyəri üçün Cavabdeh1 Əbülfət oğluna verdiyi 7300 manat pulun və əlavə olaraq həmin torpaq sahəsinin abadlaşdırılması üçün çəkdiyi 1500 manat xərcin və ödənilmiş 108 manat dövlət rüsumunun, ümumilikdə 8908 manat pulun Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, uzun müddətdir ki, torpaq əkməklə məşğuldur və hal-hazıradək Saatlı rayonu ərazisində müxtəlif kəndlərdə torpaq sahələri vardır. Torpaq sahələrinin əksəriyyətini tanışı olan Saatlı rayonu, Şirinbəy kənd sakini X2 vasitəsilə almışdır. Cavabdeh1 əvvəllər tanımamışdır. Təxminən 2015-2015-ci illərdə tanışı Fətəlixan Cavabdeh1 Saatlı rayonunun Şirinbəy kəndində yerləşən 1.05 hektar torpaq sahəsini 3000 manat müqabilində satdığını dediyi üçün razılaşmış və Fətəlixan vasitəsilə 3000 manat pulu cavabdehdə verib sözügedən torpaq sahəsini almışdır. Lakin aralarında rəsmi qayadada alqı-satqı edilməmişdir. Təxminən 2020- 2021-ci illərdə cavabdeh Süleyman X1 4500 manat borcu olduğunu bildirib yenidən həmin məbləğdə pul istəmiş, əks təqdirdə torpaq sahəsi rəsmi qaydada alqı-satqı edilmədiyindən torpağı başqa şəxsə satacağını demişdir. O da məcbur olub Fətəlixan vasitəsilə cavabehə 4300 manat pul vermiş, Cavabdeh1 isə bundan sonra torpaqla bağlı hər hansı tələbi olmayacağını və birdəfəlik satdığını bildirmişdir. Təxminən bir neçə ay əvvəl torpaq sahəsini rəsmi qaydada alqı-satqı etmək üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etdiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, torpaq sahəsində irriqasiya və meliorasiya işləri görmüş, su kanalı çəkmiş, 2020-2021-ci illərdə məhsuldarlığı artırmaq məqsədilə 1500 manat pul xərcləmişdir. Ona görə həmin pulu da cavabdehdən tələb edir.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, həm İddiaçı, həm də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanıyır. İddiaçı dostu, Cavabdeh1 isə həmkəndlisidir. Ədavət və düşmənçiliyi olmamışdır. İddiaçı ilə dost olduğundan sonuncu torpaq alınması işini ona tapşırmışdır. O da rayonun müxtəlif ərazilərindən iddiaçının vəsaiti hesabına sonuncuya torpaq sahələri almışdır.Təxminən 2015-2015-ci illərdə cavabdeh Əbilov X6 rayonunun Şirinbəy kəndində yerləşən 1.05 hektar torpaq sahəsini 3000 manat müqabilində satdığını dediyi üçün bu barədə İddiaçı bildirmiş, sonuncu razılaşdığından 3000 manat pulu Saatlı rayonunun Şirinbəy kəndində şəxsən Cavabdeh1 evinin qarşısındakı küçədə cavabdehə vermiş və həmin vaxtdan etibarən də torpaq sahəsini iddiaçı istifadə etmişdir.Təxminən 2020-2021-ci illərdə cavabdeh Süleyman X1 4500 manat borcu olduğunu bildirib yenidən həmin məbləğdə pul istəmiş, əks təqdirdə rəsmi qaydada alqı-satqı aparılmadığı üçün torpaq sahəsini başqa şəxsə satacağını demişdir. O da torpaq satılmasın deyə yenidən X3 iştirakı ilə Saatlı rayonunun Şirinbəy kəndindəki kafenin yanında iki dəfəyə olmaqla Cavabdeh1 4300 manat pul vermiş, sonuncu isə bundan sonra torpaqla bağlı hər hansı tələbi olmayacağını və torpağı birdəfəlik satdığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı əvvəllər tanımamışdır.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanıyır, həmkəndliləridir. X2 da həmkəndlisidir.Aralarında ədavət və düşmənçilik olmamışdır. Cavabdeh1 ona 4500 manat borcu olmuşdur. Cavabdeh1 borcunu qaytara bilmədiyi üçün mülkiyyətində olan 1.05 hektar torpaq sahəsini satıb pulu qaytaracağını bildirdiyindən və o da həmin torpaq sahəsinin Fətəlixan tərəfindən alındığını bildiyindən bu barədə sonuncuya məlumat vermişdur.Bundan sonra Fətəlixan Süleymanov torpaq sahəsi satılmasın deyə iki dəfəyə olmaqla Saatlı rayonunun Şirinbəy kəndindəki kafenin yanında onun iştirakı ilə Cavabdeh1 4300 manat pul vermiş, sonuncu da həmin pulu borcun əvəzi kimi ona qaytarmışdır. İşdə olan JN-756, KOD 90800068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə Saatlı rayonunun Şirinbəy kəndində yerləşən1.05 hektar torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi, iddia tələbi iki hissədən ibarətdir. Birinci hissə torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı sayılması ilə bağlı, ikinci hissə isə torpağın alınmasına və torpağa çəkilən xərcə görə pulun ödənilməsi ilə bağlıdır. Məhkəmə iddia tələbinin torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı sayılması hissəsi ilə bağlı bildirir ki, 12 avqust 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Konstitusiya Məhkəməsi həmin qərarda göstərmişdir ki, Mülki Məcəllənin 335-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq alqı-satqısına dair hüquq münasibətləri 12 avqust 2005-ci il tarixdən sonra yaranmış, eyni zamanda torpaq sahəsinə dair əqdin etibarlı hesab edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq tərəflər arasında yazılı sənəd mövcud deyil. Odur ki, məhkəmə iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı JN-756, KOD 90800068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə Saatlı rayonunun Şirinbəy kəndində Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş 1.05 hektar torpaq sahəsinin alınması üçün ödədiyi 7300 manat pulu əsassız varlanma qaydalarına uyğun olaraq tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şahidlərin ifadələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, MPM-in 76.2-ci maddəsinin tələbindən göründüyü kimi, şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biri hesab olunur. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi olmasa da, MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olubolmamaları və s. hallar yoxlanılmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilər. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi şahidlər məhkəmə iclasında olarkən özlərinə əmin şəkildə ifadə verərək pulun verilməsində şəxsən iştirak etmələrini göstərməklə yanaşı, həmin prosesi iddiaçının özündən daha detallı şəkildə ifadə etmişlər. Odur ki, məhkəmə hazırki mübahisə üzrə şahidlərin ifadələrinin obyektivliyinə və inandırıcılığına şübhə ilə yanaşmağa əsas verən halları, həmin ifadələrə tənqidi yanaşmaq üçün əsasları müəyyən etməməklə hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ona görə də qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 1.05 hektar torpaq sahəsinin dəyəri üçün Cavabdeh1 Əbülfət oğluna verilmiş 7300 manat pulun tələb olunması hissəsində əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı torpaqda abadlaşdırma işlərinin görülməsinə görə cavabdehdən 1500 manat pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh1 7300 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 108 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 108 manat dövlət rüsumunun əvəzi olaraq 93 manat Cavabdeh1 alınaraq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 7300 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 manat, cəmi 7393 (yeddi min üç yüz doxsan üç) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür İş № 2(055)-584/2024 Çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 24 iyun 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı barədə əqdin etibarlı sayılması və ya pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 7300 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 manat, cəmi 7393 (yeddi min üç yüz doxsan üç) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar