Məhkəmə qərarları › İş №2(055)-626/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-626/2024

21.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-626/2024 21.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Cavabdeh üzərinə qoyulması, bu mümkün olmadığı halda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh ilə onun arasında müddətsiz olaraq əmək müqaviləsi bağlanmış və o, satış meneceri vəzifəsində işə başlamışdır. Lakin sonradan mağaza fəaliyyətini dayandırmış, Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmamışdır. Yeni iş yeri tapandan sonra uzun müddət keçməsinə baxmayaraq hal-hazırkı vaxta kimi cavabdehin onu işdən azad etmədiyi, yəni əmək müqaviləsinə xitam verilmədiyi məlum olmuşdur. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Bu barədə Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinə müraciət etmiş, sözügedən orqan cavab məktubunda ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemi “Əmək və Məşğulluq” Altsistemindən “ƏMAS” onun adına fiziki şəxs Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bildirişinin daxil edildiyi, əmək müqaviləsinin hazırda qüvvədə olduğu müəyyən edilmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdeh hal-hazıradək onunla bağlanmış əmək müqaviləsinə xitam verməmişdir.Ona görə də hazırki idia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırki məhkəmə baxış iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclası zamanı üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin nümayəndəsi iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış, işəgötürən Cavabdeh, işçi İddiaçı, iş yerinin adı mağaza, işçinin vəzifəsinin adı satış meneceri, əmək müqaviləsinin növümüddətsiz, aylıq əmək haqqının məbləği isə 250 manatdır. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Mil-Muğan regional şöbəsinin 13 fevral 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2020ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi məsələsinin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1ci bənlərinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə görə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin vəzifəsidir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 68-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin əsaslarına tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir. Həmin Məcəllənin 69-cu maddəsinin 1-2-ci bəndlərinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh-hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən iddiaçı cavabdehə məxsus mağazada satış meneceri vəzifəsinə təyin olunmuş, sonradan mağaza fəaliyyətini dayandırsa da, cavabdeh iddiaçını işdən azad etməmişdir. İddiaçı dəfələrlə şifahi və yazılı qaydada əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini cavabdehdən xahiş etsə də, müsbət nəticə əldə edilməmişdir. İddiaçı bununla bağlı Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinə müraciət etmiş, sözügedən orqan cavab məktubunda məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buradan da görünür ki, cavabdeh əmək münasibətlərinə faktiki olaraq xitam verildiyi halda iddiaçının tələbinə əsasən əmək müaviləsinə xitam verilməsi və Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək vəzifəsini yerinə yetirmədiyindən iddiaçı hazıki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan məhkəmə qaydasında müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh üzərinə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və həmin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 100 məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə, 40 manat dövlət rüsumu cavabdehdən tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin Cavabdeh üzərinə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və həmin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi qoyulsun. Ödənilmiş 60(altmış) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 40(qırx) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar