Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-667/2024 12.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxxxx 1960-cı ildə Saatlı rayonunun Kamallı kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında göstərdi ki, o xx xxxxxx 1960-cı ildə Saatlı rayonunun Kamallı kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. O, doğulan zaman doğum haqqında şəhadətnamə verilmədiyi üçün doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Saatlı rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi doğumun qeydə alınmasından imtina etmiş və bununla bağlı ona doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra doğum haqqında şəhadətnamənin başqa qaydada alınmasının mümkün olmadığını bilmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir.Ona görə də göstərdiklərinin nəzərə alınıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid X3 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Həmkəndlisi olduğundan ərizəçinin xx xxxxxx 1960-cı ildə Saatlı rayonunun Kamallı kəndində anadan olmasını dəqiqliklə bilir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 da digər şahid X1 ifadəsinə uyğun ifadə verdi. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə Saatlı rayonunun Kamallı kəndində doğulmuşdur. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli rəydən görünür ki, ərizəçinin doğulması faktını müəyyən edən tibbi şəhadətnamə olmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə Saatlı rayonunun Kamallı kəndində doğulmuş, lakin doğum haqqında şəhadətnamənin verilməsi üçün heç bir sənəd mövcud olmadığından doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1960-cı ildə Saatlı rayonunun Kamallı kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1960-cı ildə Saatlı rayonunun Kamallı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov çıxarış İş № 2(055)-667/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 12 iyun 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1960-cı ildə Saatlı rayonunun Kamallı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-667/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-667/2024
12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver