Məhkəmə qərarları › İş №2(055)-672/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-672/2023

25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-672/2023 25.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikah qeydinin pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında olan Saatlı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 16 may 2014-cü il tarixli, 92 saylı nikah qeydinin pozulması, cavabdehlə birgə nikahlarından doğulmuş 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağının onun yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ilə aralarında olan Saatlı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 16 may 2014-cü il tarixli, 92 saylı nikah qeydinin pozulması, cavabdehlə birgə nikahlarından doğulmuş 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağının onun yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə el adəti ilə evlənərək 16 may 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə bu nikahlarından 30 iyul 2014-cü ildə X2, 01 mart 2017-ci ildə isə X3 adlı iki nəfər uşaqları doğulmuş və hazırda həmin uşaqlar onun himayəsində yaşayır. Cavabdehlə aralarında bağlanmış nikahın formal xarakter daşıması və ailəsinin bərpasının mümkün olmamasını düşünüb nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdeh maddi yardım etmədiyi üçün uşaqların saxlanılmasında çətinlik çəkir və cavabdehdən hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tələb edir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə aralarında olan Saatlı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 16 may 2014-cü il tarixli, 92 saylı nikah qeydinin pozulması, cavabdehlə birgə nikahlarından doğulmuş 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağının iddiaçının yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 may 2014-cü il tarixdə Saatlı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 92 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 30 iyul 2014-cü ildə, X3 isə 01 mart 2017-ci ildə anadan olmuşdur. Həmin uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tədqiqatı zamanı da təsdiq olundu ki, tərəflər arasında olan nikah formal xarakter daşımaqla ailələri faktiki olaraq dağılmış, bundan sonra onların barışıb ailəni bərpa etmələri mümkün deyildir. Odur ki, tərəflər arasında olan nikah qeydi pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinin tələbinə görə nikah pozulduqdan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından doğulmuş 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017-ci il təvəllüdlü X3 adlı iki nəfər uşaq doğulduğu gündən iddiaçının yanında yaşayır. Cavabdeh da məhkəmə hazırlıq iclasında ərizə verərək iddiaçı ilə birgə nikahlarından doğulmuş iki nəfər uşağın iddiaçının yanında qalmasına etiraz etmədiyini bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın iddiaçının yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında 16 may 2014-cü il tarixdə Saatlı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 92 saylı nikah qeydi pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın İddiaçı yanında qalması müəyyən edilməli və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması 12 iyun 2023-cü il tarixdən başlanmaqla dərhal icra olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Qərarına əsasən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlakları varsa, həmin əmlaklara dair payların bölünməsi məsələsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət (3 il) çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 16 may 2014-cü il tarixdə Saatlı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 92 saylı nikah qeydi pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 iyun 2023-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci, cəmi 100 (bir yüz) manat alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlakları varsa, həmin əmlaklara dair payların bölünməsi məsələsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət (3 il) çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-672/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 25 iyul 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı nikah qeydinin pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 16 may 2014-cü il tarixdə Saatlı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 92 saylı nikah qeydi pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh 30 iyul 2014-cü il təvəllüdlü X2 və 01 mart 2017-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 iyun 2023-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci, cəmi 100 (bir yüz) manat alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlakları varsa, həmin əmlaklara dair payların bölünməsi məsələsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət (3 il) çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlakları varsa, həmin əmlaklara dair payların bölünməsi məsələsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət (3 il) çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar