Məhkəmə qərarları › İş №2(055)-709/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-709/2025

27.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-709/2025 27.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı1 Təvəkkül oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 Təvəkkül oğlunun, İddiaçı2, İddiaçı3 cavabdeh X4 qarşı torpağın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 Təvəkkül oğlunun, İddiaçı2, İddiaçı3 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDX-nin DƏDKR PHŞ tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********68) Çıxarışla ailə üzvlərinin melkiyyətinə verilmiş 1.3189 ha torpaq sahəsindən iddiaçıların mülkiyyətinə düşən payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 Təvəkkül oğlu iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən (qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********68) Çıxarışla, İddiaçı3 (7/30 hissə olmaqla), İddiaçı2 (6/30 hissə olmaqla), Cavabdeh (6/30 hissə olmaqla) və onun (7/30 hissə olmaqla) ümumi birgə mülkiyyətlərinə ümumilikdə 1.3189 hektar torpaq sahəsi verilmişdir. Çıxarışla ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsindən 4/30 hissə açıq saxlanmışdır. Sözügedən Çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən, ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.3189 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Bölgü planı hazırlanmışdır. Həmin bölgü planına əsasən, İddiaçı3 mülkiyətinə 0.3077 hektar torpaq sahəsi, İddiaçı2 mülkiyətinə 0.2638 hektar torpaq sahəsi, Cavabdeh mülkiyətinə 0.2638 hektar torpaq sahəsi və onun mülkiyətinə 0.3077 hektar torpaq sahəsi ayrılmışdır. Qeyd edir ki, ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsindən 0.1758 hektar torpaq hissəsi açıq saxlanmışdır. Ümumi birgə mülkiyyətlərində olan 1.3189 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadəsində mülkiyyətçilər arasında mübahisə yaranmışdır. Bölgü planının təsdiq edilməsi üçün, Sabirabad regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə müraciət etmişdir. Lakin ümumi birgə mülkiyyətçilər, notariat ofisinə getməkdən imtina etdilər. Bu səbəbdəndə, Sabirabad regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xüsusi notariusu Faiq Qurbanov tərəfindən, 21 yanvar 2025-ci il tarixdə 100 saylı məktubla, mülkiyyətçilər arasında mübahisə olduğu üçün, Bölgü planının təsdiq edilməsindən imtina etmişdir. Qeyd olunan səbəblərdən torpaq sahəsindən istifadə edə bilmirlər. Torpaq sahəsi üzrə iddiaçılara düşən paylar müəyyən edilməzsə, gələcəkdə torpaq mülkiyyətçiləri arasında münaqişənin yaranmasına səbəb olacaq. Odur ki, iddianın təmin edilməsini və paylarına düşən torpaq sahəsinin naturada ayrılmasını istəyirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və cavabdeh X5 məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq gəlməyən iddiaçıların və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********68 olan çıxarışa əsasən Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən, sahəsi 1.3189 ha olan torpaq sahəsinin 7/30 hissəsi İddiaçı3, 6/30 hissəsi İddiaçı2, 7/30 hissəsi İddiaçı1 Təvəkkül oğlunun, 6/30 hissəsi cavabdeh X2 mülkiyyətindədir, 4/30 hissəsi isə açıq saxlanılmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin verdiyi xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 nömrəli, 16 noyabr 2023-cü il tarixli çıxarışa əsasən iş üzrə iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyətinə verilmiş Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən sahəsi 1.3189 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1 payı 7/30 hissə, İddiaçı3 payı 7/30 hissə, İddiaçı2 payı 6/30 olan hissəsinin, ümumi 1.3189 ha torpaq sahəsinin təsərrüfat təyinatına ziyan vurulmadan naturada ayrılması (bölgüsü) mümkündür. Bölünən torpaq sahəsinin hissələri mütəxəssis rəyinə əlavə edimiş yerquruluşu planında aks olunmuşdur. Sözügedən 1.3189 ha torpaq sahəsində iddiaçılar İddiaçı1 payı 7/30 hissəsi, İddiaçı3 payı 7/30 hissəsi, İddiaçı2 payı 6/30 olan hissəsi və cavabdeh X3 payına düşen 1/6 hissəsi naturada ayrılaraq həmin torpaq sahələrinin koordinatları mütəxəssis rəyinə əlavə edimiş yerquruluşu planında əks olunmuşdur. Məhkəmə, iddiaçını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1 Təvəkkül oğlu, İddiaçı2 və İddiaçı3 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışa əsasən Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən 1.3189 ha olan torpaq sahəsinin müvafiq olaraq payına düşən 7/30, 6/30 və 7/30 hissəsidən istədikləri kimi istifadə edə bilmədiklərindən paylarının naturada ayrılmasını tələb edirlər. İddiaçıların paylarına düşən torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü isə mütəxəssis rəyi ilə bir daha təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********68 olan çıxarışa əsasən Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən 1.3189 ha olan torpaq sahəsinin İddiaçı1 Təvəkkül oğlunun payına düşən 7/30 hissəsi, İddiaçı3 payına düşən 7/30 hissəsi, İddiaçı2 payına düşən 6/30 hissəsi mütəxəssis tərəfindən tərtib edilmiş yerqurulu planında əks olunan qaydada təcrid olunmuş şəkildə naturada bölünməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı1 Təvəkkül oğlu 100 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı1 Təvəkkül oğlunun ödədiyi 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc, cəmi 195 manat cavabdeh X1 tutulub İddiaçı1 Təvəkkül oğlunun xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********68 olan çıxarışa əsasən Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən 1.3189 ha olan torpaq sahəsinin İddiaçı1 Təvəkkül oğlunun payına düşən 7/30 hissəsi, İddiaçı3 payına düşən 7/30 hissəsi, İddiaçı2 payına düşən 6/30 hissəsi mütəxəssis tərəfindən tərtib edilmiş yerqurulu planında əks olunan qaydada təcrid olunmuş şəkildə naturada bölünsün. İddiaçı1 Təvəkkül oğlunun ödədiyi 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc, cəmi 195 (bir yüz doxsan beş) manat Cavabdeh X1 tutulub İddiaçı1 Təvəkkül oğlunun xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar