Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-710/2025 12.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onların (iddiaçıların) və cavabdehin ümumi paylı mülkiyyətinə verilmiş və 4/30 hissəsi açıq saxlanılmış 0.7623 hektar torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 payına düşən hissəsinin naturada ayrılıb onlara (iddiaçılara) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı iddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, digər iddiaçılarla Cavabdeh qarşı torpaq sahəsi üzrə payların müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışlar. Hazırki iş üzrə iddia ərizəsində göstərdikləri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********52 nömrəli, 30 oktyabr 2024-cü il tarixli çıxarışı ilə ümumi paylı mülkiyyətdə olan və 4/30 hissəsi açıq saxlanılmış 0,7623 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi “Bölgü planı” əsasında bölünmüşdür, lakin Cavabdeh Notariat Ofisinə getməkdən imtina etdiyi üçün Sabirabad regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisi “Bölgü plan”ının təsdiq edilməsindən imtina etmişdir. Bu səbəbdən də, torpaq sahəsindən öz istədikləri kimi istifadə edə bilmirlər. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh hazırki məhkəmə iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclasında iştirak edərək və iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıların ona qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddianı qəbul etmir, torpaq sahəsinin bölünməsinə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 (İddiaçı1 verilmiş etibarnamənin müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir), Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4cü maddəsinə əsaslanaraq iddaçı İddiaçı2, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********52 olan çıxarışdan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş və 4/30 hissəsi açıq saxlanılmış Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən, sahəsi 0,7623 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Bakı şəhəri 14 saylı notariat ofisinin Xüsusi notariusu X4 tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş - X6 OĞLUNUN vərəsələri: SAATLİ RAYONU, HACİQASİMLİ ƏRAZİ DAİRƏSİ, HACİQASİMLİ KƏNDİ ünvanında qeydiyyatda olan İddiaçı1 (AA*******, xx.xx.2018 - SAATLİ RPŞ QvŞV qrupu, FİN: xxxxxxx, d/t:xx.xx.1951)SAATLİ, HACİQASİMLİ K, ünvanında qeydiyyatda olan Cavabdeh QİZİ (AZE********, xx.xx.2015 Saatlı RPŞ, FİN:xxxxxxx, d/t:xx.xx.1959) və onların hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********52 reyestr nömrəli, dövlət reyestrindən çıxarışa əsasən Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən, ümumi sahesi 0.7623 ha olan torpaq sahəsində ümumi birgə mülkiyyət hüququ üzrə X2 məxsus hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024 tarixli qeydiyyat nömrəsi **********YH70701 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən, torpaq sahesi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Qeyd-göstərilən miras amlakın 4/6 hissəsi açıq saxlanılır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən, ona əlavə edilmiş yerquruluşu planından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 oktyabr 2025-ci il tarixli, 10/975 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********52 nömrəli, 30 oktyabr 2024cü il tarixli çıxarışa əsasən iş üzrə iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyətinə verilmiş Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən sahəsi 0.7623 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı2 payı 6/30 hissə, İddiaçı3 payı 6/30 hissə, İddiaçı1 payı 7/30 olan hissəsinin ümumi 0.7623 ha torpaq sahəsinin təsərrüfat təyinatına ziyan vurulmadan naturada ayrılması (bölgüsü) mümkündür. Sözügedən 0.7623 ha torpaq sahəsində iddiaçılar İddiaçı2 payı 6/30 hissə, İddiaçı3 payı 6/30 hissə, İddiaçı1 payı 7/30 olan hissəsinin naturada ayrılmalı olan torpaq sahələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İşin araşdırılan halları, tərəflərin izahatları, həmçinin də Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyi, ona əlavə edilmiş yerquruluşu planı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 oktyabr 2025-ci il tarixli, 10/975 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş və 4/30 hissəsi açıq saxlanılmış Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən, sahəsi 0,7623 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Lakin, iddiaçılar həmin torpaq sahəsindən paylarına düşən hissəsinin naturada bölüməsini cavabdehlə aralarında olan narazılığa görə həyata keçirə bilmədiklərindən “Bölgü planı” təsdiq edilə bilməmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********52 nömrəli, 30 oktyabr 2024cü il tarixli çıxarışa əsasən iş üzrə iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyətinə verilmiş və 4/30 hissəsi açıq saxlanılmış Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən sahəsi 0.7623 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı2 payı 6/30 hissə, İddiaçı3 payı 6/30 hissə, İddiaçı1 payı 7/30 olan hissəsinin ümumi 0.7623 ha torpaq sahəsinin təsərrüfat təyinatına ziyan vurulmadan naturada ayrılması (bölgüsü) mümkündür. Qeyd olunanlardan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən, sahəsi 0,7623 hektar olan (reyestr nömrəsi **********52) kənd təsərrüfatı təyinatlı torpaq sahəsində paylarına düşən torpaq sahəsinin naturada ayrılmasını tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış **********52 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş və 4/30 hissəsi açıq saxlanılmış Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən, sahəsi 0,7623 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 7/30 hissədə, İddiaçı2 6/30 hissədə və İddiaçı3 6/30 hissədə payları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilənlərə uyğun olaraq naturada ayrılaraq iddiaçılara verilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 aprel 2025-ci il tarixli “ASAN” ödəniş sistemindən əldə edilmiş qəbzdən görünür ki, İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 oktyabr 2025-ci il tarixli, 10/975 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspert rəyinin verilməsinə dair çəkilən xərc 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu alınaraq iddiaçılara ödənilməli, ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış **********52 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş və 4/30 hissəsi açıq saxlanılmış Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən, sahəsi 0,7623 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 7/30 hissədə, İddiaçı2 6/30 hissədə və İddiaçı3 6/30 hissədə payları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerqurluşu planında göstərilənlərə uyğun olaraq naturada ayrılaraq iddiaçılara verilsin. Cavabdehdən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçılara ödənilsin. Cavabdehdən ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-710/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-710/2025
12.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver