Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-717/2023 27.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun XX.XX.1956-cı ildə Xocavənd şəhərində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında göstərdi ki, o XX.XX.1956-cı ildə Xocavənd şəhərində anadan olmuşdur və hazırda Saatlı şəhəri, M.Şəfi küçəsi ev 50-də yaşayır. Ona verilən doğum haqqında şəhadətnaməni itirdiyi üçün təkrar doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Saatlı rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olunmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, lakin bununla bağlı ona doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra doğum haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığını bilmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid Həsənov Əhmədağa Üzbaşı oğlu ifadəsində göstərdi ki, Ərizəçi onun arvadıdır. Arvadı olduğundan ərizəçinin XX.XX.1956-cı ildə Xocavənd şəhərində anadan olmasını dəqiqliklə bilir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 və X4 da digər şahid Həsənov Əhmədağa Üzbaşı oğlunun ifadəsinə uyğun ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1956-cı ildə Xocavənd şəhərində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli arayışdan görünür ki, ərizəçinin adına doğum akt qeydi aşkar olunmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Ərizəçi XX.XX.1956-cı ildə Xocavənd şəhərində doğulmuş, lakin doğum akt qeydinin bərpa edilməsi üçün heç bir sənəd mövcud olmadığından doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi XX.XX.1956-cı ildə Xocavənd şəhərində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi XX.XX.1956-cı ildə Xocavənd şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. çıxarış İş № 2(055)-717/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 27 iyul 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi XX.XX.1956-cı ildə Xocavənd şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-717/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-717/2023
27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver