Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-807/2023 15.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxx 1962-ci ildə Saatlı rayonunun Fətəlikənd kəndində anadan olması faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində “ata” qrafasında “Kibar Əhmədov”, “ana” qrafasında “Urbiyə Əhmədova”, “milliyəti” qrafasında “türk”, doğum yeri “Saatlı rayonunun Fətəlikənd kəndi” göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxx 1962-ci ildə Saatlı rayonunun Fətəlikənd kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında göstərdi ki, xx xxxx 1962-ci ildə Saatlı rayonunun Fətəlikənd kəndində ev şəraitində anadan olmuşdur və Saatlı rayonunun Fətəlikənd kəndində yaşayır. Onun şəxsiyyət vəsiqəsi olsa da, doğum haqqında şəhadətnaməsi olmadığından bəzi sənədləşmə işlərində çətinlik çəkir. Odur ki, o doğum haqqında şəhadətnamənin alınması üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində onun adına doğum akt qeydi aşkar olunmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, lakin bununla bağlı ona doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra doğum haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığını bilmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid X3 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisinin oğludur. Qohum olduğundan ərizəçinin xx xxxx 1962-ci ildə Saatlı rayonunun Fətəlikənd kəndində anadan olmasını dəqiqliklə bilir. Məhkəmə baxışı zamanı digər şahidlər X1 və X7 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1962-ci ildə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi doğum faktı ilə bağlı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Ərizəçi xx xxxx 1962-ci ildə Saatlı rayonunun Fətəlikənd kəndində doğulmuş, atası- Kibar Əhmədov, anası-Urbiyə Əhmədovadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1962-ci ildə Saatlı rayonunun Fətəlikənd kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1962-ci ildə Saatlı rayonunun Fətəlikənd kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. çıxarış İş № 2(055)-807/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 15 avqust 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1962-ci ildə Saatlı rayonunun Fətəlikənd kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-807/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-807/2023
15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver