Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-811/2024 09.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması və əldən çıxmış fayda tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon AİK-nin 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN 164B, KOD 90800048 saylı Şəhadətnaməyə əsasən, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.56 (bir hektar əlli altı sot) hektar torpaq sahəsindən istifadəyə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəflərindən törədilən maneələrə son qoyulması və həmçinin gələcəkdə belə hərəkətlərin onlara qadağan olunması vǝ 900 (doqquz yüz) manat əldən çıxmış faydanın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(055)-442/2022 qətnaməsi ilə, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN 164B, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, X2, X1, X5, Səfərova (Bağırova) Nəzirə Nurəddin qızı, Həsənova (Bağırova) Ülkər Nurəddin qızı, X3 və onun ümumi birgə mülkiyyətinə verilmiş 1.56 (bir hektar alli altı sot) hektar torpaq sahəsindən Cavabdeh1 qanunsuz istifadəsi dayandırılmış və o, həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdehlər torpaq sahəsindən çıxsalar da, onların toraq sahəsini əkib-becərməyə mane törədirlər. Belə ki, kənddə olan traktor şoferlərinə hədə-qorxu gəlirlərki torpağı şumlamasınlar. Torpaq sahələrinə su buraxırlar. Topaq sahəsinə getmək istəyəndə onların qarşılarına çıxıb nəlayiq söyüşlər söyürlər. Bütün bunlara görə onlar torpağı əkib-becərə bilmirlər. Artıq 3 ildirki torpaq sahəsini əkib-becərə bilmədikləri üçün 900 manat ziyana düşmüşdür. Göstərilənlərə əsasən, Saatlı rayon AİKnin 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN 164B, KOD 90800048 saylı Şəhadətnaməyə əsasən, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.56 (bir hektar alli altı sot) hektar torpaq sahəsindən istifadəyə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəflərindən törədilən maneələrə son qoyulması və həmçinin gələcəkdə belə hərəkətlərin onlara qadağan olunaması və 900 (doqquz yüz) manat əldən çıxmış faydanın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahatında göstərdi ki, iddianı qəbul etmirəm. O, torpaq sahəsinin İddiaçı geri vermişdir. Onun və ailə üzvləri tərəfindən torpaqdan istifadəyə maneə törədilməsi və torpaq sahəsinə texnikaların giriməsinə icazə verməməyi barədə deyilənlər isə yalandır. Odur ki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh4nvə Cavabdeh3 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iştirak etməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN 164B, KOD 90800048 saylı şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə Saatlı rayonunun Mircəlal kəndi ərazisində yerləşən 1.56 ha torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, ona Cavabdeh1 və onun ailə üzvüləri tərəfindən heç bir təziq olunmamışdır, sadəcə mübahsiləli yer olduğu üçün torpağı şumlamamışdır. Məhkəmə iddiaçını və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə JN-164B, KOD 90800048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayon Mircəlal kəndində yerləşən 1.56 ha torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən iddiaçı sərbəst şəkildə istifadə edə bilmir. İddiaçının torpaq sahəsindən sərbəst şəkildə iştifadə edə bilməməsi işin faktiki halları və iş materialları ilə tam təsdiq olunur. Buradan da görünür ki, iddia tələbi yaradılan manelərin aradan qaldırılması hissəsində əsaslı olduğundan iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı əldən çıxmış faydaya görə 900 manat pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə JN-164B, KOD 90800048 saylı şəhadətnamə əsasında Saatlı rayonunun Mircəlal kəndi ərazisində ümumi birgə mülkiyyətə verilmiş 1.56 ha torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmalı və gələcəkdə də belə maneələrin təkrar törədilməsi cavabdehlərə qadağan olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə JN-164B, KOD 90800048 saylı şəhadətnamə əsasında Saatlı rayonunun Mircəlal kəndi ərazisində ümumi birgə mülkiyyətə verilmiş 1.56 ha həyətyanı torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulsun və gələcəkdə də belə maneələrin təkrar törədilməsi cavabdehlərə qadağan olunsun. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-811/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 09 sentyabr 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması və əldən çıxmış fayda tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə JN-164B, KOD 90800048 saylı şəhadətnamə əsasında Saatlı rayonunun Mircəlal kəndi ərazisində ümumi birgə mülkiyyətə verilmiş 1.56 ha həyətyanı torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulsun və gələcəkdə də belə maneələrin təkrar törədilməsi cavabdehlərə qadağan olunsun. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-811/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-811/2024
09.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver