Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-820/2023 15.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızının iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızının ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızı ərizə ilə məhkəməyə müraciət edərək X5 ilə faktiki nikahlarından 12 yanvar 2023-cü ildə Saatlı rayonu Çolpı kəndində ev şəraitində bir nəfər oğlan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızı məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X5 ilə el adəti ilə evlənib ailə həyatı qurmuş, sonradan nikahlarını rəsmiləşdirmişlər. Onların faktiki birgə nigahlarından 12 yanvar 2023-cü ildə Saatlı rayonu Çolpı kəndində ev şəraitində bir nəfər oğlan uşağı doğmuşdur. Uşaq ev şəraitində doğulduğundan uşağına müvafiq tibbi sənəd və doğum haqqında şəhadətnamə ala bilmirlər. Doğum haqqında şəhadətnamə almaq üçün müvafiq orqanlara müraciət etmiş, lakin doğum haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Ona görə də, göstərilənləri nəzərə alaraq X5 ilə faktiki nikahlarından 12 yanvar 2023-cü ildə Saatlı rayonu Çolpı kəndində ev şəraitində bir nəfər oğlan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid X4 ifadəsində göstərdi ki, Saatlı rayonu Çolpı kəndində yaşayır. Ərizəçi Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızı onun qunşusudur. Ərizəçi Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızı X5 ilə evlənib ailə həyatı qurmuş və onların birgə nikahlarından 12 yanvar 2023-cü ildə Saatlı rayonu Çolpı kəndində ev şəraitində bir nəfər qız uşağı doğulmuşdur. Məhkəmə baxışı zamanı digər şahid X10 digər şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızının 12 yanvar 2023-cü il tarixdə doğulmuş oğlan uşağının doğumunun müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızının uşağının doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayonunun Çolpı kənd icra nümayəndəsi X15, Saatlı rayonunun Çolpı kənd icra nümayəndəsinin müavini X14 və Saatlı rayonunun Çolpı kənd sakinləri X8, X10, X9 və X2 iştirakı ilə 02 iyun 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızının 12 yanvar 2023-cü ildə Çolpı kəndində ev şəraitində bir nəfər oğlan uşağı dünyaya gətirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, ərizəçi Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızı ilə X5 evlənib ailə həyatı qurmuşlar. Onların birgə nikahından 12 yanvar 2023-cü ildə Saatlı rayonu Çolpı kəndində ev şəraitində bir nəfər oğlan uşağı anadan olmuşdur. Uşaq ev şəraitində anadan olduğundan ərizəçi uşağına başqa qaydada doğum haqqında şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızı ilə X3 birgə nikahlarından 12 yanvar 2023-cü ildə Saatlı rayonu Çolpı kəndində ev şəraitində bir nəfər oğlan uşağının doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızı ilə X3 birgə nikahlarından 12 yanvar 2023-cü ildə Saatlı rayonu Çolpı kəndində ev şəraitində bir nəfər oğlan uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. İş № 2(055)-820/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 15 avqust 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızının iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızının ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Məhərrəmova (Talıbova) Həbibə Hacağa qızı ilə X3 birgə nikahlarından 12 yanvar 2023-cü ildə Saatlı rayonu Çolpı kəndində ev şəraitində bir nəfər oğlan uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-820/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-820/2023
15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver