Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-840/2025 04.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə Mehti oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Saatlı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Saatlı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2010-cu il il tarixli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş seriya MA, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2010-cu il il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Mehti oğlu iddia ərizəsinin müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş 19 fevral 2008-ci il tarixli müqaviləyə əsasən iddiaçı Saatlı şəhəri, Heydər Əliyev prospekti, 177A ünvanında mülkiyyətində olan 0.0131 hektar torpaq sahəsində yerləşən 2007-ci ildə tikilmiş və 2 girişli, ümumi sahəsi 120.0 kv.m olan bir mərtəbəli qeyri yaşayış binasının 86.3 kv.m torpaq sahəsində yerləşən 80.0 kv.m sahəsi olan hissəsini 30.000 manata almışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətində olan 0.0131 hektar torpaq sahəsində yerləşən 177A nömrəli 2 girişli, 120.0 kv.m ümumi, 120 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası paylı mülkiyyət hüququ üzrə İddiaçı (0.00863 ha torpaq sahəsi və 80 kv.m bina hissəsi), Cavabdeh2 (0.00447 ha torpaq sahəsi və 40 kv.m bina hissəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan sonra satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh3 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 09 iyun 2010-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 120 kv.m, o cümlədən əsas sahə 120 və köməkçi sahǝ 0 kvadrat metr olan Saatlı şəhəri, Heydər Əliyev prospekti, 177A ünvanında və iddiaçının mülkiyyətində olan 44.7 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını alıcının mülkiyyətinə verilmişdir. Satıcı Cavabdeh2 həmin vaxt mülkiyyətində qalan 120 kv.metr deyil, 0.00447 ha torpaq sahəsi və 40 kv.m bina hissəsini alıcı Cavabdeh3 mülkiyyətinə verə bilərdi. İddiaçı bunu bildikdən sonra iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa müvafiq düzəlişin aparılması öhdəliyinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1331/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)- 320/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti təmin edilmədən, Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(120)-1331/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırda mübahisələndirilən qeydiyyat iddiaçının maraqlarına zidd olan alqı-satqı müqaviləsi əsasında verildiyindən, məhz həmin müqavilə mübahisə predmeti ola bilər. Ona görə də, iddiaçı hazırda Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia izahatında göstərdi ki, həqiqətən də iddiaçı ilə arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş 19 fevral 2008-ci il tarixli müqaviləyə əsasən iddiaçı Saatlı şəhəri, Heydər Əliyev prospekti, 177A ünvanında mülkiyyətində olan 0.0131 hektar torpaq sahəsində yerləşən 2007-ci ildə tikilmiş və 2 girişli, ümumi sahəsi 120.0 kv.m olan bir mərtəbəli qeyri yaşayış binasının 86.3 kv.m torpaq sahəsində yerləşən 80.0 kv.m sahəsi olan hissəsini 30.000 manata almışdır. Daha sonra onunla alıcı Cavabdeh3 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 09 iyun 2010-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 120 kv.m, o cümlədən əsas sahə 120 və köməkçi sahǝ 0 kvadrat metr olan Saatlı şəhəri, Heydər Əliyev prospekti, 177A ünvanında və iddiaçının mülkiyyətində olan 44.7 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını alıcının mülkiyyətinə verilmişdir. Lakin, o, həmin vaxt mülkiyyətində qalan 120 kv.metr deyil, 0.00447 ha torpaq sahəsi və 40 kv.m bina hissəsini alıcı Cavabdeh3 mülkiyyətinə verə bilərdi. Bu yanlışlığın hansı səbəbdən yarandığını bilmir və iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər Cavabdeh3, Saatlı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seiyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətində olan 0,0131 ha sahəsində yerləşən 177A nömrəli 2 girişli, 120 kv.m ümumi, 120 kv.m əsas sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. 19 fevral 2008-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh2 DƏDRX Sabirabad rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli Seriya MH №0001502, Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********26-06301 olan HDQ haqqında DƏDR-dən çıxarışa və DƏDRX Sabirabad Rayon Ərazi idarəsinin xx.xx.2008-ci il tarixli 154 saylı arayışına əsasən ona məxsus olan Saatlı şəhəri Heydər Əliyev prospekti 177a ünvanında mülkiyyətində olan 0,0131 hektar torpaq sahəsində yerləşən, 2007-ci ildə tikilmiş və iki girişli, ümumi sahəsi 120,0 kv.m olan birmərtəbəli qeyri yaşayış binasının 86,3 kv.m torpaq sahəsində yerləşən 80,0 kv.m sahəsi olan hissəsini vətəndaş İddiaçı satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətdə olan 0,0131 ha torpaq sahəsində yerləşən 177A nömrəli 2 girişli, 120 kv.m ümumi, 120 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası paylı mülkiyyət hüququ üzrə Rüstəmov İddiaçı (0,00863 ha torpaq sahəsi və 80 kv.m bina hissəsi), Hafiz Mehbalı oğlunun (0,00447 ha torpaq sahəsi və 40 kv.m bina hissəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətdə olan 0,0131ha torpaq sahəsində yerləşən 177A nömrəli 2 girişli, 120 kv.m ümumi, 120 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 (0,00447 ha torpaq sahəsi və 40 kv.m bina hissəsi), İddiaçı (0,00863 ha torpaq sahəsi və 80 kv.m bina hissəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* №-li Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, “Satıcı” Cavabdeh2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Sabirabad rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş ********** saylı arayışa əsasən ümumi sahəsi 120 kv.m, o cümlədən əsas sahə 120 və köməkçi sahə--kv.m olan Saatlı şəhər, Heydər Əliyev prospekti 177A ünvanında və mülkiyyətində olan 44,7 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını “Alıcı” Cavabdeh3 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Saatlı şəhəri, Heydər Əliyev prosprkti 177A ünvanında (0, 0131 ha torpaq sahəsində) yerləşən 120 kv.m qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyesterində 1 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 Saatlı şəhəri, Heydər Əliyev prospekti 177A ünvanında yerləşən (ümumi sahəsi 0,0131 ha, 120 kv.m) 40 kv.m yaşayış binasını xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü etmişdir. xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır Göründüyü kimi, Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətində olan 0,0131 ha sahəsində yerləşən 177A nömrəli 2 girişli, 120 kv.m ümumi, 120 kv.m əsas sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası paylı mülkiyyət hüququ üzrə 0,00863 ha torpaq sahəsi və 80 kv.m bina hissəsi Rüstəmov İddiaçı, 0,00447 ha torpaq sahəsi və 40 kv.m bina hissəsi isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 da öz mülkiyyətində olan 0,00447 ha torpaq sahəsi və 40 kv.m bina hissəsini Cavabdeh3 satmışdır. Lakin Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsində Cavabdeh2 öz mülkiyyətində olan 0,00447 ha torpaq sahəsi və 40 kv.m bina hissəsini satdığı halda, müqavilədə ölçülər səhv olaraq bötövlüklə 120 kv.metr sahənin satılması göstərilmişdir. Məhkəmə tərəflər arasında yaranmış mübahisəyə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında 09 iyun 2010-cu il il tarixdə bağlanmış müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Belə ki, Mülki Məcəlləyə əsasən Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, mübahisələndirilən xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 öz mülkiyyətində olan 0,00447 ha torpaq sahəsi və 40 kv.m bina hissəsini satdığı halda, müqavilədə ölçülər səhv olaraq bötövlüklə 120 kv.metr sahənin satılması göstərilmişdir. Bu da dolayısıyla Cavabdeh2 mülkiyyətində olmayan 0,00863 ha torpaq sahəsi və 80 kv.m binanı satması kimi qəbul olunur. Qanunvericiliyin tələbinə əsasən şəxs yalnız öz mülkiyyəti barədə sərbəst şəkildə qərar verə bilər, həmin əmlakı özgəninkiləşdirə bilər. Hazırki iş üzrə isə, Cavabdeh2 başqa bir şəxsin, yəni İddiaçı mülkiyyətində olan əmlakı başqasına satmışdır. Nəticə də, İddiaçı mülkiyyət hüquqları pozulmuşdur. Ümumiyyətlə məhkəmə heab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi müqavilə tərəfi olmasa da, üçüncü şəxs olaraq İddiaçı hüquqlarına xələl gətirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2010-cu il il tarixli müqavilə Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanan 09 iyun 2010-cu il il tarixli müqavilə qeyri-yaşayış sahəsinin digər pay sahibi İddiaçı hüquqlarına xələl gətirdiyindən, həmin müqavilə qanunvericiliyin şərtlərinin pozulması ilə bağlanmış müqavilə kimi qiymətləndirilməli və etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin 09 iyun 2010-cu il il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmələr hər hansı əqdi etibarsız hesab etdikdə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını təmin etməlidirlər. Məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir. Məhkəmə araşdırması zamanı iddiaçıların hüquqlarının pozulması aşkar edildiyindən məhkəmə 09 iyun 2010-cu il il tarixli müqaviləni etibarsız hesab edir və tərəfləri əvvəlki vəziyyətə qaytarmağı zəruri hesab edir. Odur ki, Cavabdeh3 adına xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyesterində 1 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeyd də ləğv edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Saatlı şəhəri, Heydər Əliyev prospektində mülkiyyətdə olan 0,0131ha torpaq sahəsində yerləşən 177A nömrəli 2 girişli, 120 kv.m ümumi, 120 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına münasibətdə cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2010-cu il il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyesterində 1 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeyd ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-840/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-840/2025
04.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver