Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-98/2023 30.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X7 ilə rəsmi nikahdan 15 oktyabr 2019-cu ildə Saatlı rayonu Azadkənd kəndində ev şəraitində Camal adlı bir nəfər oğlan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X7 ilə el adəti ilə evlənib rəsmi nikaha daxil olmuşdur. Onların rəsmi nikahlarından 15 oktyabr 2019-cu ildə Saatlı rayonu Azadkənd kəndində ev şəraitində bir nəfər oğlan uşağı doğulmuşdur. Uşaq ev şəraitində doğulduğundan uşağına müvafiq tibbi sənəd və doğum haqqında şəhadətnamə ala bilmirlər. Doğum haqqında şəhadətnamə almaq üçün müvafiq orqanlara müraciət etmiş, lakin doğum haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq X7 ilə faktiki nikahlarından 15 oktyabr 2019-cu ildə Saatlı rayonu Azadkənd kəndində ev şəraitində bir nəfər oğlan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid X4 ifadəsində göstərdi ki, Saatlı rayonu Azadkənd kəndində yaşayır. Ərizəçi onun oğludur. Ərizəçi X7 ilə evlənib ailə həyatı qurmuş və onların nikahlarından 15 oktyabr 2019-cu ildə Saatlı rayonu Azadkənd kəndində ev şəraitində Camal adlıbir nəfər oğlan uşağı doğulmuşdur. Məhkəmə baxışı zamanı digər şahidlər X2 və X5 da digər şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 dekabr 2019-cu il tarixli, 05/Q-890/69 saylı arayışdan görünür ki, X3 15 oktyabr 2019-cu il tarixdə doğulmuş oğlan uşağının doğumunun müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 uşağının doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Mərkəzi Rayon Xəstəxanasının Azadkənd kənd həkim ambulatoriyası tərəfindən verilmiş 19 noyabr 2019cu il tarixli, 17 saylı tibbi arayışdan görünür ki, Saatlı rayonu Azadkənd kəndində yaşayan X3 15 oktyabr 2019-cu ildə doğmuş olduğu oğlan uşağı 19 noyabr 2019-cu il tarixə kimi sağ-salamat anasının himayəsi altında yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş X4, X2, X10 qəzə və Anaxanım Səmədovanın iştirakı ilə 19 noyabr 2019-cu il tarixdə tərtib edilmiş və Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Azadkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, X7 15 oktyabr 2019-cu ildə Azadkənd kəndində özlərinə məxsus ev şəraitində bir nəfər oğlan uşağını dünyaya gətirmişdir. Hal-hazırda həmin oğlan uşağı ana himayəsində yaşayır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Ərizəçi ilə X7 evlənib ailə həyatı qurmuşlar. Onların birgə rəsmi nikahından 15 oktyabr 2019-cu ildə Saatlı rayonu Azadkənd kəndində ev şəraitində bir nəfər oğlan uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində anadan olduğundan ərizəçi uşağına başqa qaydada doğum haqqında şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi və X3 birgə rəsmi nikahlarından 15 oktyabr 2019-cu ildə Saatlı rayonu Azadkənd kəndində ev şəraitində bir nəfər oğlan uşağının doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi və X3 birgə nikahlarından 15 oktyabr 2019-cu ildə Saatlı rayonu Azadkənd kəndində ev şəraitində Camal adlı bir nəfər oğlan uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli i
Məhkəmə qərarları › İş №2(055)-98/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-98/2023
30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver