Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-986/2024 28.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (oğlu) X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) çıxarışın ləğvi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı (Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisi və Cavabdeh1 maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Mircəlal kəndi ərazisində yerləşən 3.0 torpaq sahəsilə bağlı Saatlı rayon Mircəlal kənd sakini Cavabdeh2 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın, Saatlı rayon Mircəlal kənd sakinləri Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Sabirabad regianal “ASAN Xİdmət” Mərkəzi notariat ofisi tərəfindən təsdiqlənmiş alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə düzəliş edərək, cavabdeh qismində Cavabdeh1 və Cavabdeh2 qəbul olunmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-n DƏDK vǝ Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi və Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisinin maraqlı şəxs qismində qəbul olunmasını, Cavabdeh2 adına 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın, həmçinin Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 3.0 ha torpaq sahəsinin alqısatqı müqaviləsinin və Cavabdeh1 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə düzəliş edərək, Cavabdeh2 adına 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın və Cavabdeh1 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, həmçinin Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 3.0 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Mircəlal kəndi ərazisində yerləşən ona və ailə üzvlərinə maxsus pay torpağının 3.0 ha hissəsini guya valideynləri tərəfindən Cavabdeh2 satılması barədə Saatlı rayon Məhkəməsinin 21 noyabr 2008-ci il tarixl 2(055)-236/2008 saylı qətnaməsi qəbul edilmişdir. Sonradan Cavabdeh2 3.0 ha torpaq sahəsin Cavabdeh1 satmış və Cavabdeh1 adına 05 iyun 2020-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Saatlı Rayon Məhkəməsinin 21 noyabr 2008-ci il tarixl 2(055)-236/2008 saylı qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi Cavabdeh2 çıxarışın verilməsinə əsas olan qətnamə ləğv edildiyindən həmin çıxarış ləğv olunmalıdır. Cavabdeh1 da mübahisəli torpaq sahəsini Cavabdeh2 aldığından onun adına olan çıxarış da ləğv olunmalıdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini Cavabdeh2 almışdır. Cavabdeh2lə danışıqlarında ona demişdi ki, məhkəmə qətnamə çıxarıb ki, İddiaçı heç bir yerə şikayət edə bilməz, Cavabdeh2 torpaq üzərində mülkiyyət hüququ tanınıb. O, da məhkəmənin qərarına baxmış və tam əmin olundan sonra 5000 manat pul verərək torpaq sahəsini almışdır. Hazırda iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 nümayəndəsi X9 iddianı qəbul etməyərək izahatında göstərdi ki, torpaq sahəsini İddiaçı atasından onun atası almışdır. Həmin vaxt İddiaçı uşaq olmuşdu. Məhkəmə prosesi dövründə atası torpağı Əfqana 5000 manat müqabilində satmışıdır. Hazırda iddianın təmin olunmamasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisi məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmişdir Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)- 236/2008 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, X8, arvadı X5 və onların azyaşlı uşaqları nəzərə alınmaqla ailə üzvilərinə JN № 337, KOD 90800048 saylı Dövlət aktı ilə onlara məxsus Əfqan Bayramovun fermer təsərrüfatından 45 hektarın orta drenin sol tərəfindəki torpaq sahəsindən 20 oktyabr 2000-ci il tarixli 1 hektarını 1.000.000 AZM (200 AZN) satması və 04 iyul 2002-ci il tarixli 2 hektarını 2.000.000 AZM (400 AZN) satması barədə Saatlı rayon Mircəlalkənd kəndində tərtib olunmuş və həmin kəndin Bələdiyyəsi tərəfindən möhrlə təsdiq olunmuş alqı-satqı aktları təsdiq edilməklə həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2459/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, işdə iştirak etməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan X10 və X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)-236/2008 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh2 cavabdehlər X8 və X3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-2907/2021 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2459/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 16 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Saatlı rayonu Mircəlal kəndində yerləşən ümumi sahəsi 10.11 ha olan torpaq sahəsinin 7.7486 ha hissəsindən 3.0 ha hissəsini 2(055)-236/2008 nömrəli qiyabi qətnamə əsasında Cavabdeh2 satılmılmışdır və xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən hüquqların dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış sənədinə uyğun rəsmiləşdirilmişdir. İş materiallarında olan Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisinin xx.xx.2024-cü ilı tarixli məktubu ilə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Saatlı rayonu Mircəlal kəndində yerləşən 3.0 ha torpaq sahəsini 4000 manat müqabilində Cavabdeh1 satmışdır. Məhkəmə iddiaçını və cavabdehləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, hazırki iş üzrə İddiaçı atası X1 rayonu Mircəlal kəndində yerləşən pay torpaq sahəsindən 1 hektarını 2000-ci ildə 1.000.000 AZM-ə, 3 hektarını isə 2002-ci ildə 2.000.000 AZM-ə Cavabdeh2 satmışdır. Cavabdeh2 iddiasına əsasən Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)-236/2008 nömrəli qiyabi qətnaməsi ilə yuxarıda qeyd edilən alqı-satqı aktları təsdiq edilməklə həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd edilən torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmışdır. xx.xx.2020-ci il tarixli 4Ə- 305 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Saatlı rayonu Mircəlal kəndində yerləşən 3.0 ha torpaq sahəsini 4000 manat müqabilində Cavabdeh1 satmışdır. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd edilən torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmışdır. Hüquq və vəzifələrinə toxunulan X10 və X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2459/2020 nömrəli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)-236/2008 nömrəli qətnaməsi ləğv edilmiş, Cavabdeh2 iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-2907/2021 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2459/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı iddia ərizə isə məhkəməyə müraciət edərək Cavabdeh2 adına verilmiş çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab olunmasını xahiş edir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublika Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəlləsinin 148.2-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə iddinın “Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbi hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)-236/2008 nömrəli qətnaməsi əsasında verilmişdir. Həmin qətnamə isə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2459/2020 nömrəli qətnaməsi ilə ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 2907/2021 nömrəli qərarı ilə isə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2459/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Cavabdeh2 xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)- 236/2008 nömrəli qətnaməsi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ləğv olunmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-2459/2022 nömrəli qərardadının surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)-236/2008 nömrəli qətnaməsi üzrə icrada dönüş edilməsi barədə X11ərizəsi təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)-236/2008 nömrəli qətnaməsi ləğv edildiyindən və hazırda həmin çıxarışın verilməsinə əsasən olmuş hüquqi sənəd qüvvədən düşdüyündən Cavabdeh2 adına verilmiş xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış da ləğv olunmalıdır. Məhkəmə iddinın “Cavabdeh2 ilə Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması” tələbi hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə mübahisələndirilən xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqısatqı müqaviləsinin etibarlılığını yoxlayaraq müəyyən edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət etməklə bağlandığından onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsi Cavabdeh2 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsasən olan məhkəmə qərarının qüvvədə olduğu dövrdə bağlanmışdır. Məhkəmə iddianın Cavabdeh1 adına olan çıxarışın ləğv edilməsi hissəsində təmin olunmasını ona görə mümkünsüz hesab edir ki, hazırki halda iş üzrə daşınmaz əmlakı əldə edən Cavabdeh1 vicdanlı əldə edəndir. Belə ki, daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin hüquqlarını qoruyan əsas norma kimi Mülki Məcəllənin 140-cı maddəsi çıxış edir. Həmin normaya müvafiq olaraq isə daşınmaz əmlakı əldə edən şəxs o zaman vicdanlı sayıla bilər ki, həmin əmlak onu özgəninkiləşdirən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin və bu qeydə dair etiraz reyestrə daxil edilməsin və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olduğunu bilməsin. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırkı iş üzrə isə mübahisəli daşınmaz əmlak xx.xx.2009-cu il ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 adına olan qeydə dair etiraz reyestrə daxil edilməmişdir. Bu halda həmin əmlakı (ona dair hüquqları) əldə etmiş üçüncü şəxs vicdanlı əldə edəndir. Eyni zamanda məhkəmə iclasında torpaq sahəsinin Cavabdeh1 satılması zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən olunmamış və onun vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçı tərəf də Cavabdeh1 vicdanlı əldə edən olmasını ümumiyyətlə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli və “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarlar) İş materiallarından həmçinin görünür ki, torpaq sahəsi xüsusi mülkiyyət kimi hazırda Cavabdeh1 məxsusdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilib-edilməməsindən asılı olmayaraq Cavabdeh1 vicdalı əldə edən kimi hüquqları qorunur və belə olan halda Cavabdeh1 ilə Cavabdeh2 arasında Saatlı rayonu Mircəlal kəndində yerləşən 3.0 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və onun adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə hər hansı əsas yoxdur. Beləliklə, məhkəmə şərh olunanlara əsasən belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh2 adına verilmiş xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun 85 manat hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 adına verilmiş xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi alınıb İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıx arış İş № 2(055)-986/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 oktyabr 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (oğlu) X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) çıxarışın ləğvi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 adına verilmiş xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi alınıb İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-986/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-986/2024
28.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver