Məhkəmə qərarları › İş №2(056)-1/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1/2023

21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1/2023 21.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, iddiaçılar İddiaçı4 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 və vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı4 və digərlərinin - Cavabdeh qarşı «ümumi istifadədə olan torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi» tələbi barədə iddiasına dair mülki işə 21 fevral 2023-ci il tarixdə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar X10, İddiaçı4, İddiaçı1 və İddiaçı2 - Cavabdeh qarşı «ümumi istifadədə olan torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi istifadədə olan yolda inşa edilmiş çəpərin onun öz hesabına sökülməsi, qoyulmuş darvazanın götürülməsi və ümumi istifadədə olan yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, JN- 166A, kod 90917018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onlara 0,34 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onlara təqdim edilən şəhadətnamədən də aydın olur ki, orada ümumi istifadədə olan yol nəzərdə tutulmuşdur. Lakin hazırda ümumi istifadə olan yol kənd sakini olan Cavabdeh tərəfindən zəbt edilmiş, yol çəpərlənmişdir. Hazırda ümumi istifadədə olan yol bağlandığı üçün çox əziyyət çəkirlər. Cavabdehin yolu bağlaması səbəbindən kənddən çıxmaq üçün yolları təxminən 4-5 kilometr uzanmışdır. Uşaqları məktəbə gedən zaman da həyatlarını təhlükəaltında qoyaraq ümumi istifadədə olan yolun bağlı olması səbəbdindən avtomobil yolu ilə hərəkət edirlər. Cavabdehin ümumi istifadədə olan yolu zəbt etməsi ilə bağlı istər Moranlı Bələdiyyəsi tərəfindən, istərsə də ƏMDK-nin 7 saylı Şirvan Ərazi İdarəsi tərəfindən dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş və müvafiq akt tərtib edilmişdir. Buna görə də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı4 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1, həmçinin digər iddiaçılar İddiaçı2 (əvvəlki iclasda) və İddiaçı1 iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbinə etiraz edərək göstərmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-165A seriyalı KOD 90917018 nömrəli Şəhadətnaməyə, daşınmaz əmlakın reyestr nömrəsi **********62-10301 olan, daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabınm 80 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindan Çıxarışa və Texniki Pasporta əsasən ümumi sahəsi 126,9 kv.m. fərdi yaşayış evi və 0,8733 ha. torpaq sahəsi Cavabdeh, X1, X6, X4 və X2 ümumi birgə xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən Sabirabad rayonu, Moranlı kəndində tikilən çəpər özbaşına tikili deyildir. Çünki Çıxarışda göründüyü kimi cavabdehlərin həmin sahəyə dair mülkiyyət hüquqları DƏDR-də qeydiyyat alınmışdır. Ona görə də, iddiaçıların cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi barədə tələbləri əsassızdır və təmin edilməməlidir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək, iddia tələblərinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbləri aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-166A seriyalı, 90917018 KOD nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Sabirabad RAİK-ın xx.xx.2003-cü il tarixli 11 saylı qərarı ilə Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.34 ha torpaq sahəsi iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-165A seriyalı, 90917018 KOD nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Sabirabad RAİK-nın xx.xx.2003cü il tarixli 11 saylı qərarı ilə Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.87 ha. torpaq sahəsi Cavabdeh, X1, X6, X4 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən verilmiş Çıxarışa və Texniki Pasporta əsasən daşınmaz əmlakın reyestr nömrəsi **********62-10301 olan, daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabınm 80 nömrəli vərəqində xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış ümumi sahəsi 126,9 kv.m. fərdi yaşayış evi və 0,8733 ha. torpaq sahəsi Cavabdeh, X1, X6, X4 və X2 ümumi birgə xüsusi mülkiyyətindədir. İş materiallarında olan ƏMDK-nin 7 saylı Şirvan Ərazi Şöbəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 xx.xx.2018-ci il tarixli şikayəti əsasında 7 saylı Şirvan Ərazi Şöbəsinin işçiləri və müəllif tərəfindən yerində aparılmış araşdırılma nəticəsində aşkar edilmiş qanun pozuntusu barədə xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş, gediş-gəliş yolunun məhdudlaşdırılması və kollektorun mühafizə zolağında tikililər olması faktı təsdiq edilmişdir. İş materiallarında olan ƏMDK-nin Şirvan Ərazi Şöbəsinin məsləhətçi müfəttişi Nazir Mürsəlovun, Sabirabad rayonu Moranlı Bələdiyyəsinin sədri Dədəkişi Dövlətovun və Sabirabad rayonu Moranlı kənd sakini İddiaçı1 iştirakı ilə tərtib edilmiş və müvafiq qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli AKT-da qeyd olunur ki, Moranlı kənd sakini İddiaçı1 dövlət orqanlarına etdiyi müraciət əsasında mübahisəli əraziyə qeyd olunan tərkibdə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, Sabirabad rayon Moranlı kənd sakini İddiaçı1 xx.xx.2018-ci il tarixdə ƏMDK-ın Şirvan ərazi şöbəsinə etdiyi müraciətlə bağlı araşdırılma aparılmış, onun qonşusu Cavabdeh “zəbt” faktına əsasən Torpaq qanunvericiliyinin 110-cu, 111-ci və Azərbaycan Respublikası CM-nin 188-ci maddələri izah olunmuş və ona xəbərdarlıq edilərək torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsinə dair 000675 nömrəli xx.xx.2018-ci il tarixli bildiriş təqdim olunmuşdur. Buna baxmayaraq Cavabdeh tərəfindən heç bir tədbir görülmədiyi üçün xx.xx.2018-ci il tarixdə akt tərtib edilərək gediş gəliş yolunun məhdudlaşdıran hasarın və kollektorun mühafizə zolağında inşa edilən həyət tikililərinin sökülməsi tələbi qoyularaq barəsində Azərbaycan Respublikası CM-nın 188-ci maddəsinə əsaslanaraq müvafiq sənədlər qovluğu hazırlanmış və aidiyyəti üzrə göndərilmidşir. Hazırda naturada 2018-ci ildən bəri heç bir dəyişiklik aparılmamışdır. İddia edilən gediş gəliş yolu həyətyanı sahələrin kompleks yerquruluşu layihəsində qeyd olunduğu kimi mərkəzi yoldan kollektora kimi deyil kollektor tərəfdən axırıncı həyətyanı sahə olaraq Cavabdeh hasarladığı və həyətyanı sahə kimi istifadə etdiyi əraziyə qədər mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********46 saylı mütəxəssis rəyində qeyd olunur ki: 1). Torpağın mülkiyyətə verilməsinə dair JN-165A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və ailə üzvlərinə məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0,87 ha torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. 2). Torpağın mülkiyyətə verilməsinə dair JN-166A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı4 və ailə üzvlərinə məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.34 ha torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. 3) İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hazar (çəpər) və götürülməsini tələb etdiyi darvaza Cavabdeh istifadəsindədir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur). 4) İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hazar (çəpər) və götürülməsini tələb etdiyi darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşir.5).İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hazar (çəpər) və götürülməsini tələb etdiyi darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşdiyi və Cavabdeh və digərlərinin ümumi istifadə olan yoldan (torpaq sahəsindən) istifadə və digər tərəfə çıxış imkanları məhdudlaşdırılır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş Smetadan görünür ki, ekspertiza xərclərinin dəyəri 313.90 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixli **********6 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı İddiaçı3 tərəfindən 313,90 (üç yüz on üç manat doxsan qəpik) AZN məbləğində pul vəsaiti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hesabına ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6887 saylı ekspert rəyində qeyd olunur ki: iddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hazar (çəpər) və götürülməsini tələb etdiyi darvaza Cavabdeh istifadəsindədir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur). 4) İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hazar (çəpər) və götürülməsini tələb etdiyi darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşir. 5) İddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hazar (çəpər) və götürülməsini tələb etdiyi darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşdiyi və Cavabdeh və digərlərinin ümumi istifadə olan yoldan (torpaq sahəsindən) istifadə və digər tərəfə çıxış imkanları məhdudlaşdırılır. Ekspertiza rəyinə əlavə edilmiş bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmədətəqdim edilmiş sübutlarla (ekspert rəyi) və işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçıların boşaldılmasını tələb etdiyi Sabirabad rayonu, Moranlı kəndində yerləşənmübahisəli torpaq sahəsi (yol), sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvaza Cavabdeh istifadəsində olmasına baxmayaraq, ona məxsus torpaq sahəsinin hüdudlarından kənarda ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşir və belə olan halda iddiaçıların ümumi istifadə olan yoldan (torpaq sahəsindən) istifadə imkanları məhdudlaşdırılır. İddiaçıların tələbinə baxmayaraq Cavabdeh zəbt etdiyi ümumi istifadədə yolu boşaltmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə cavabdeh və ya hərhansı digər şəxslərin istifadəsinəverilməsibarədəhərhansıbirsənəd və ya mülkiyyəçinin icazəsiolmadığıhalda, cavabdeh tərəfindən istifadə edilməklə zəbt edilmişdir.Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdehin istifadəsində olan və iddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəlisahə və sökülməsi tələb olunan tikililərümumi istifadədə olan yolun (torpaq sahəsinin) üzərində yerləşdiyi halında və iddiaçıların həmin ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə imkanları məhdudlaşdırıldığı üçün, iddiaçılar ümumi istifadəçilər kimi həmin ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə etmək hüququna malikdirlər, habelə bu hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin mübahisəli torpaq sahəsinə dair mövcud hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüququ müəyyən edilməmişdir. Odur ki, iddiaçıların ümumi istifadədə olan yola (torpaq sahəsinə) dair hüquqları cavabdehtərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Məhkəmə iddia tələbinin ümumi istifadədə olan torpaq sahəsindən (yoldan) istifadəyə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı qeyd edir ki, Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşənmeydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Qeyd olunan Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar Bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasından da görünür ki, mülkiyyət hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş geniş səlahiyyətləri ilə yanaşı, həmçinin qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, iddiaçıların boşaldılmasını tələb etdiyi Sabirabad rayonu, Moranlı kəndində yerləşən mübahisəli torpaq sahəsi (yol) kənd sakinlərinin ümumi istifadəsi üçün ayrıldığından, cavabdehin həmin sahələri zəbt etməklə istifadənin məhdudlaşdırılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir və bu cür maneələr aradan qaldırılmalıdır. Beləliklə iddiaçılar ümumi istifadəçilər kimi cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinə və yolaqəsd edən və həmin sahələrə hər hansı hüquqları olmayan cavabehin hərəkətlərinə son qoyulmaqla, həmin torpaq sahəsinin boşaldılmasını (yolun açılmasını) tələb etməkdə haqlı olmuşlar. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Sabirabad rayonu, Moranlı kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahəsinin (yolun) üzərində yerləşən mübahisəli çəpərin (hasar) və darvazanın onun öz hesabına sökülməsi vəzifəsi və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə ekspertə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə MPM-nın 119.1-ci və 124.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi tam həcmdə təmin olunduğu halda, məhkəmə xərcləri də cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sabirabad rayonu, Moranlı kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahəsinin (yolun) üzərində yerləşən mübahisəli çəpərin (hasar) və darvazanın onun öz hesabına sökülməsi vəzifəsi və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsi Cavabdeh üzərinə qoyulsun. xx.xx.2022-ci il tarixli **********46 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı İddiaçı3 tərəfindən ödənilmiş 313,90 (üç yüz on üç manat doxsan qəpik) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı3 ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pul Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kod:21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab:AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar