Məhkəmə qərarları › İş №2(056)-10/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-10/2023

02.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-10/2023 02.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçınun - Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin mülkiyyətçiyə geri qaytarılması» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində xx.xx.2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin mülkiyyətçiyə geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən mülkiyyətçi kimi hüquqlarının qeydə alındığı, hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz DƏDRX-dən Çıxarışla mülkiyyətində olan 0.119924 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin zəbt edilmiş hissəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçınun - Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin mülkiyyətçiyə geri qaytarılması» barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, həmçinin ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar