Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-100/2024 14.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Novruzəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə borc tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən yaranmış 11948,28 AZN əsas borcun, 647,76 AZN faiz borcunun, 63,81 AZN cərimə borcunun, ümumilikdə isə 12659,85 AZN məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 127,98 AZN pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi beləəsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 20-Z1-1-0-538-23 saylı Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 15,7% faiz dərəcəsi ilə 12500 AZN məbləğində kredit vermiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borcu ödəməkdən yayınmış və bununla da borcun qaytarılması öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2023-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 11948,28 AZN əsas borcu, 647,76 AZN faiz borcu, 63,81 AZN cərimə borcu olmaqla, ümumilikdə 12659,85 AZN məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1nın və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərini və bunun səbəbləri barədə məlumat vermədiklərini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlarlı yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 15,7% faiz dərəcəsi ilə 12500 AZN məbləğində kredit verilmişdir. Həmin Müqavilənin şərtlərinə əsasən ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri vaxtında kreditora ödəmək, kreditor tələb etdikdə krediti hesablanmış faizləri ilə birlikdə qaytarmaq, kredit üzrə pul vəsaitlərindən mövcud qanunvericiliyə uyğun istifadə etmək və s. vəzifələr “borcalan” qismində müqavilənin tərəfi olan Cavabdeh1 aid edilmişdir. İş materiallarından görünür ki, bank tərəfindən borcluya pretenziya məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 23-M-1-0-893-14 saylı Kredit Müqaviləsi üzrə cavabdehin xx.xx.2023-ci il tarixə 11948,28 AZN əsas borcu, 647,76 AZN faiz borcu, 63,81 AZN cərimə borcu olmaqla, ümumilikdə isə 12659,85 AZN borcu mövcuddur. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, həmin tarixdən "xxxx" İKB ASCnın adı İddiaçı ASC-yə dəyişdirilmişdir. İş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi üzrə götürdüyü pul vəsaitini faizlə birlikdə qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi bağlanmaqla Mülki Məcəlləsin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı təşkilat öhdəliyini yerinə yetirərək, müqavilə üzrə 12500 AZN kredit məbləğini cavabdehə vermiş, Cavabdeh1 isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka tam qaytarmamışdır. Kredit Müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə borcluya qanunla müəyyən edilmiş qaydada pretenziya (öhdəliyin icra etməməsi üçün məhkəməyə müraciət olunacağı barədə) məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 bankdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da cavabdeh tələb olunan borcunu ödəməlidir. Eyni zamanda digər Cavabdeh2 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, Cavabdeh2 isə zaminlik müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən öhdəliyini icra etmədiyi halda məsuliyyəti öz üzərlərinə götürdükləri səbəbindən, bununla da cavabdehlər hər biri kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 və İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, zamin qismində müqavilənin tərəfləri olan Cavabdeh2 borcalan Cavabdeh1nın kreditor İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra olunanadək məsuliyyəti öz üzərinə götürmüşlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin MPM-nin 119 və 220-ci maddələrinə əsaslanaraq qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən iddia qaldırılması ilə bağlı ödənilmiş 127,98 AZN dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və MPM-nın 216-220 maddələrinə əsaslanaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən xx.xx.2023-ci il tarixə yaranmış 11948,28 AZN əsas borcu, 647,76 AZN faiz borcu və 63,81 AZN cərimə borcu olmaqla, ümumilikdə isə 12659,85 (on iki min altı yüz əlli doqquz manat səksən beş qəpik) AZN məbləğində borc vəsaiti və ödənilmiş 127,98 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-100/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-100/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver