Məhkəmə qərarları › İş №2(056)-1048/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1048/2023

25.07.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1048/2023 25.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı ildə Sabirabad rayonu Poladtuğay kəndində anadan olmuş X6 xx.xx.2005-ci il tarixdə Sabirabad rayonunun Poladtuğay kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X2 03 avqust 1990-cı ildə, anası İsayeva Məmlakət Xanbaba qızı isə 07 yanvar 2013-cü ildə vəfat edib. Valideynlərinin hər ikisinin ölümü dövlət qeydiyyatına alınıb. Lakin bacısı X15 xx.xx.1976-cı ildə Sabirabad rayonunun Poladtuğay kəndində anadan olaraq orada yaşamasına, xx.xx.2005-ci ildə yaşadığı evdə vəfat edərək rayonun Poladtuğay kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilməsinə baxmayaraq, ona ölüm haqqında şəhadətnamə alınmayıb. Şəhadətnamə torpaq sahəsinə dair dövlət aktından bacısının adının çıxarılması və müvafiq sənədləşmə aparılması üçün lazımdır. Ona görə də X6 ölüm faktının müəyyən edilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xx.xx.2023-cü il tarixli, 3-165/6-292- 2023 saylı məktubundan görünür ki, Maraqlı şəxsnə 30 may 2023-cü ildə daxil olmuş Ərizəçi “şəxsin ölmüş elan edilməsi faktı” tələbi barədə 24 may 2023-cü il tarixli 2(056)-1048/2023 saylı məhkəmə bildirişi ilə bağlı bildirmişlər ki, 15 iyun 2023-cü il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndələrinin iştirakını təmin edə bilməyəcəklər. Ərizəçinin ərizəsi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar və tələbin təmin ediləcəyi təqdirdə Maraqlı şəxs üzərinə düşən öhdəlik tərəflərindən icra ediləcəkdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X13 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Yaşarın bacısı Yetər qəfil xx.xx.2005-ci il tarixdə yaşadığı evdə ölmüşdür. Mərhumu Sabirabad rayonu Poladtuğay kənd qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X9, X10 və X7, digər şahid X5 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Maraqlı şəxs tərəfindən verilmiş 05 may 2023-cü il tarixli, 05/69-283 saylı arayışdan görünür ki, X15 xx.xx.1976-cı ildə Sabirabad rayonu, Poladtuğay kəndində anadan olmuşdur. Bu barədə Sabirabad rayon Azadkənd KİN-də xx.xx.1976-cı il tarixdə 18 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X1r. Bu barədə İİİ-JQ 337477 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/xxxx/2023 saylı rəydən görünür ki, vətəndaş Sabirabad rayonunun Poladtoğay kəndində anadan olan və orada yaşayan Ərizəçi xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə ərizə ilə müraciət edərək xx.xx.1976-cı ildə Sabirabad rayonunun Poladtuğay kəndində anadan olaraq həmin kənddə yaşamış və xx.xx.2005-ci ildə yaşadığı evdə vəfat etmiş bacısı X6 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, X15 xx.xx.1976-cı ildə Sabirabad rayonunun Poladtuğay kəndində anadan olaraq orada yaşamasına, xx.xx.2005-ci ildə yaşadığı evdə vəfat edərək rayonun Poladtuğay kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsi səbəbi ilə yanaşı, ölüm haqqında tibbi şəhadətnamə (106 saylı forma) əldə edilərək qeydiyyat şöbəsinə təqdim edilməmişdir. İş materiallarında olan Sabirabad rayonu, Poladtuğay kənd sakinləri-X13, X14, X10 və X3 birgə iştirakları ilə 28 aprel 2023-cü il tarixdə Sabirabad rayonu, Poladtuğay kəndində tərtib edilmiş aktdan görünür ki, Sabirabad rayonu, Poladtuğay kənd sakini olmuş 1976-cı il təvəllüdlü X15 həqiqətən də 21 may 2005-ci ildə Poladtuğay kəndində ölmüşdür. Naməlum səbəblərdən ölüm aktı tərtib edilməmiş və Maraqlı şəxsndə ölüm aktı qeydiyyatı kitabında qeydiyyata alınmamışdır. İş materiallarında olan Sabirabad rayon Azadkənd kənd Soveti tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş İİİ-JQ 416003 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1990-cı il tarixdə Sabirabad rayonu, Poladtuğay kəndində ürək və ağ ciyər çatmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydi 1990-cı ilin avqust ayının 03-cü günündə 17 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti başçısının Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ 581379 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Poladtuğay kəndində insult səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydi 2013-cü ilin yanvar ayının 08-ci günündə 02 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1976-cı il təvəllüdlü X6 xx.xx.2005-ci il tarixdə Sabirabad rayonu Poladtuğay kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı il tarixdə Sabirabad rayonu Poladtuğay kəndində doğulmuş X6 xx.xx.2005-ci il tarixdə Sabirabad rayonu Poladtuğay kəndində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X15 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar