Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-107/2025 14.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hаkim Allahverdiyev Səlim Məhərrəm оğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək ona məxsus olan Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən evə köçürülməsinə dair qətnamə çıxarılması və əlavə olaraq mediasiya xərci olaraq ödədiyi 50 manat və iddia qaldırması üçün ödənilmiş 50 manat, cəmi 100 (bir yüz) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1999-cu ilin noyabr ayında faktik nikaha daxil olumuş, xx.xx.2001-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan xx.xx.2000ci ildə X8 və xx.xx.2001-ci ildə X9 adlı 2 nəfər uşaqları anadan olmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(056)-179/2016 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında 17 yanvar 2001-ci il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində 22 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, birgə nikahdan 17 avqust 2000-ci ildə doğulmuş X3 onun, 02 oktyabr 2001-ci ildə doğulmuş X4 isə anasının yanında qalması müəyyən olunması qət edilmişdir. Bu barədə Sabirabad regional «Asan Xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə «Nikahın pozulması haqqında şəhadətnamə» verilmişdir. xx.xx.2004-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, ona 0,06 hektar torpaq sahəsi ayrılmış və ayrılmış torpaq sahəsi Sabirabad rayonunun Kürkəndi kəndinin cənub qərb hissəsində ton kanalın sol tərəfində yerləşməklə sahəsi 600 kv.m ona ev tikmək üçün yaradılmışdır. O, bu barədə rəsmi qaydada aktlar əldə etmiş və yaşaması üçün 2 otaqlı ev tikmişdir. Cavabdehlə ayrıldıqdan sonra cavabdeh evdən çıxıb getmiş, daha sonra Sabirabad Rayon Məhkəməsində evə köçürülmə barədə iddia qaldırmış və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-1036/2020 saylı qətnaməsinə əsasən iddiaçılar Cavabdeh, X8 və X1 rayonu, Kürkəndi kəndində yerləşən təsərrüfat başına kitaba əsasən Cavabdeh adına qeydə alınmış 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən, bir mərtəbəli, yaşayış sahəsi 20 kv.m olan evə köçürülmələri qət edilmişdir. İcra sənədi icra olunduğundan iş üzrə icraata xitam verilmişdir. Cavabdeh isə 2023-cü ildən bu günə kimi evə dair bütün sayğacları öz adına yazdırmış və onu evdən çıxartmışdır. Torpaq sahəsi və üzərində olan ev ona məxsus olsa da, cavabdeh onun həmin evə yaşamasına imkan vermir. Əsassız olaraq barədə Sabirabad Rayon Polis Şöbəsinə şikayətlər edir. Onun evdən istifadə hüququnu pozur. Odur ki, evə köçürülməsi mümkün olmadığı üçün hazırki iddia üzrə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, hazırda həmin evdə yaşasa da, cavabdeh onu evdə rahat yaşamağa qoymur. Belə ki, o, cavabdehdən sonra ailə həyatı qurmuş, arvadı ilə və cavabdeh ilə birgə həmin 20 kv.m-lik evdə yaşayır. Yataqlarının arasından bir pərdə asmışlar. Hazırda o, həyətdə olan yarmıtikiliyə köçmək istəyir. Odur ki, məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı həmin evdə yaşayır, lakin, yarımtikili evə köçmək istəyir bu isə absuddur. Çünki həmin yarımtikilinin nə döşəməsi, nə də dam örtüyü belə yoxdur. Həmin yarımtikililəri də o, imkanı çatdıqca öz vəsaiti hesabına olmaqla hissə-hissə tikmiş, sonradan imkanı olmadığı üçün tikililər yarmıçıq halda qalmışdır. Həmin tikililərin heç bir sənədi belə yoxdur. Tikililəri tikməkdə məqsədi övladları gələndə orada yaşamaları olmuşdur. Bundan başqa özü tənha qadındır. İddiaçı içib gəlib onu söyür, arvadı ilə birgə evdə əxlaqsız hərəkət edir. Evindən əşyasını oğurlayır. Uşaq evə gələn kimi şərləyir. Hər dəfə onu şantaj edir ki, evi ona verib çıxıb getməsə evi yandıracaqdır. İddia əsassız olduğundan o, məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdıraraq və iddia tələbinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Sabirabad rayonu, Kürkəndi Bələdiyyəsinin ərazisindən Sabirabad şəhər sakini İddiaçı həyətyanı məqsəd üçün satılacaq torpaq sahəsinə aid yerquruluşu planı miqyas 1:10000 S=0.06 hektar torpaq sahəsi ayrılmışdır. xx.xx.2004-cü il tarixli aktdan görünür ki, Sabirabad rayonu, Kürkəndi kəndində ayrılmış torpaq sahəsi kürkəndi kəndinin cənub qərb hissəsində ton kanalın sol tərəfində yerləşməklə sahəsi 600 kv.m-dir, hamısı şərti yararsız torpaq sahəsidir. Torpaq sahəsi İddiaçı mülkiyyətinə həyətyanı məqsədlə bağlıdır. xx.xx.2004-cü il tarixli aktdan görünür ki, Sabirabad rayonu, Kürkəndi kəndində ayrılmış torpaq sahəsi kürkəndi kəndinin cənub qərbində, beton kanalın sol tərəfindən yerləşməklə 0,06 hektardır və hamısı şərti yararsız torpaq sahəsidir. Torpaq sahəsi H.S.Bağrova kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(056)-179/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 17 yanvar 2001-ci il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində 22 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan 17 avqust 2000-ci ildə doğulmuş X3 atası, iş üzrə cavabdeh İddiaçı yanında, 02 oktyabr 2001-ci ildə doğulmuş X4 anası, iş üzrə iddiaçının Cavabdeh yanında qalmasının müəyyən olunması qət edilmişdir. Sabirabad regional «Asan Xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ 320523 nömrəli «Nikahın pozulması haqqında şəhadətnamə»nin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020-ci ilin may ayının 03-cü günündə 03 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Bağırov soyadı verilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-1036/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh, X8 və X4 Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən təsərrüfat başına kitaba əsasən iddiaçı Cavabdeh adına qeydə alınmış 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən, bir mərtəbəli, yaşayış sahəsi 20 kv.m olan evə köçürülmələri qət edilmişdir. Mülki işə əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X2 balansında olan 0.045 ha torpaq sahəsini Cavabdeh 320 (üç yüz iyirmi) manat satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh adına Sabirabad rayonu, Kürkəndi kəndində 0.045 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 21.9 kv.m sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət olaraq tam payla xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. 14 yanvar 2025-ci il tarixli fərdi yaşayış evinə baxış protokoldan görünür ki, tərəflərin birgə yaşadıqları və iddiaçının köçürülməsini tələb etdiyi Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən nömrəsiz fərdi yaşayış evi bir otaqlı, üstü örtülü (damlı) 20 kv.metr sahədən ibarətdir. Evin sağ hissəsində 1 ədəd tərəflərin bildirdiyinə görə sahəsi 20 kv.metr olan üstü açıq yarımtikili və 1 ədəd üstü açıq mətbəx otağından ibarət yarımtikili vardır. Tərəflərin bildirdiyinə görə hazırda onlarınm ikisi də üstüörtülü 1 otaqda iddiaçı arvadı ilə, cavabdeh tək olmaqla birgə yaşayırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 1999-cu ilin noyabr ayında faktik nikaha daxil olumuşlar, xx.xx.2001-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan xx.xx.2000-ci ildə X8 və xx.xx.2001-ci ildə X9 adlı 2 nəfər uşaqları anadan olmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(056)-179/2016 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 17 yanvar 2001-ci il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində 22 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, birgə nikahdan 17 avqust 2000-ci ildə doğulmuş X3 atası, iş üzrə cavabdeh İddiaçı yanında, 02 oktyabr 2001-ci ildə doğulmuş X4 anası, iş üzrə iddiaçının Cavabdeh yanında qalması müəyyən olunması qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-1036/2020 saylı qətnaməsinə əsasən iddiaçılar Cavabdeh, X8 və X4 Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən təsərrüfat başına kitaba əsasən iddiaçı Cavabdeh adına qeydə alınmış 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən, bir mərtəbəli, yaşayış sahəsi 20 kv.m olan evə köçürülmələri qət edilmişdir. Bundan sonra iddiaçı Bağırov X6 rayonu, Kürkəndi kəndində yerləşən cavabdehə məxsus həmin evdə yaşamağa davam etmiş, hətta yenidən ailə həyatı qurmaqla həmin arvadı da həmin evdə yaşamağa başlamışdır. İddiaçı hazırda da həmin evdə yaşayır. Hazırkı məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək hazırda həmin evdə yaşadığını, lakin cavabdehin evdə yaşamağa imkan vermədiyini və onu evdən çıxarmaq niyyətində olduğunu bildirərək təlıəbini müdafiə etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından, yerli baxış porotkolundan və iddiaçının məhkəmə iclasındakı izahatından aydın görünür ki, İddiaçı hazırda məhkəmə qətnaməsi ilə köçürülmək istədiyi mənzildə yaşayır. Bu halı cavabdeh də mübahisələndirmir. Bundan başqa iddiaçının izahatından məlum olmuşdur ki, o, hazırda həmin evdə yaşamağa davam etsə də, niyyəti evə köçürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin əvvəlcədən mövcud olmasını ehtiva edir. «Məhkəmə qətnаməsi hаqqındа» Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Plenumunun 24 noyаbr 2005-ci il tаrixli 4 nömrəli Qərаrının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Hazırkı işdən isə görünür ki, iddiaçının bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi onun hansısa hüququnun (hazırkı mübahisə üzrə evdən istifadə hüququnun) cavabdeh tərəfindən pozulması deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi mümkün deyil. Belə ki, iddiaçı cavabdeh tərəfindən onun faktiki yaşadığı evdən istifadə hüququnun pozulmasını, ümumiyyətlə, cavabdehin onun həmin evdən istifadə etməsinə hansısa formada maneçilik törətməsini sübut edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı da məlum olmuşdur ki, İddiaçı hazırda ünvan 1i kəndi ünvanında köçürülməsini tələb etdiyi evdə yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin evdə faktiki yaşadığı və bu faktın iş materialları ilə tam sübut olunduğu halda həmin evə məhkəmə qətnaməsi ilə köçürülməsinin iddiaçıya nə üçün lazım olduğu, həmin qətnamənin çıxarılması nəticəsində onun hansı hüquqi nəticənin əldə edilməsi arzusunda olduğu qeyri-müəyyən olduğundan iddianın təmin edilməsi ilə hansısa mübahisəli hüquq münasibətində müəyyənlik yaranmasından, iddiaçının pozulmuş və mübahisə edilən hansısa hüquq və qanunla qorunan mənafelərinin real bərpasından da söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi hazırkı vəziyyətdə real əsaslara söykənmir. Odur ki, iddia təmin edilməməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikasının MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dаir iddiası yuxarıda qeyd edilənlərə əsasən əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş cəmi 100 manat məbləğində mediasiya xərci və dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-107/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-107/2025
14.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver