Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1185/2023 16.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs2 və Maraqlı şəxs1 qeyd edilən) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs2 və Maraqlı şəxs1 qeyd edilən) ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi tərəf (Ata) Ərizəçi yəni onun övladları xx.xx.2013-cü ildə doğulmuş X9 və xx.xx.2011-ci ildə doğulmuş X4 ilə istənilən zaman ünsiyyətdə yəni görüşməsi barədə 09 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırkı iş üzrə maraqlı şəxs Abışova (Qasımova) Aysel İldırım qızı ilə xx.xx.2009-cu ildə faktiki, xx.xx.2011-ci ildə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci ildə X4 və xx.xx.2013-cü ildə X9 adlı iki nəfər uşaqları doğulmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-1640/2022 saylı qətnaməsinə əsasən Ərizəçi ilə X7 arasında xx.xx.2011-ci il tarixdə Sabirabad rayon Qasımbəyli KİN-də 36 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə doğulmuş X9 və xx.xx.2011-ci ildə doğulmuş X1 X3 yanında qalmalarının müəyyən olunması, cavabdeh Ərizəçi xx.xx.2013cü ildə doğulmuş X9 və xx.xx.2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi və alimentin bu qaydada tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Hal-hazırda cavabdehlə rəsmi olaraq ayrılmışlar. Lakin, Maraqlı şəxs1 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş barışıq sazişinə əsasən tərəflər Ərizəçi qızı və X8 mediator X2 (reyestr nömrəsi 00134) iştirakı ilə aralarında olan mübahisə ilə bağlı razılığa gəlmişlər. Ərizəçi xx.xx.2022-ci il tarixində Maraqlı şəxs1na uşaqlarla ünsiyyət hüququ tələbi ilə bağlı müraciət etmişdir. Belə ki, 2022-ci ildə Sabirabad rayon Məhkəməsinin qətnaməsi ilə Ərizəçi qızı və X6 rəsmi nigahlan pozulmuş və iki azyaşlı uşaq anasının himayəsinə verilmişdir. Cavabdeh X8 tam razılıq veriri ki, iddiaçı Ərizəçi istənilən vaxt öz övladları ilə görüşə bilər. Bununla bağlı X8 rəsmi izahat təqdim etdi. Tərəflərin qəbul etdikləri qəran öz imzaları ilə təsdiq edilmişdir. Buna baxmayaraq cavabdeh barışıq sazişinə əməl etməmiş və onun maraqlı şəxs Abışova (Qasımova) Aysel İldırım qızı uşaqları ilə görüşməsinə maneəçilik törətmişdir. Şifahi qaydada deməsinə baxmayaraq uşaqlarla yalnız ünsiyyətdə olmasına imkan vermir. Uşaqlarını görmək istəyir. Maraqlı şəxs olan Abuşova (Qasımova) Aysel İldırım qızı barışıq sazişinin müdəallarını pozur. Bütün bunları nəzərə alıb məhkəmə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Ərizəçi, maraqlı şəxslər kimi Maraqlı şəxs2 və Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, səbəbləri məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə ərizəçinin və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə X9 və xx.xx.2011-ci ildə X4 2 nəfər uşaqları doğulmuşdur. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)- 1640/2022 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında xx.xx.2011-ci il tarixdə Sabirabad rayon Qasımbəyli KİN-də 36 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə doğulmuş X9 və xx.xx.2011-ci ildə doğulmuş X1 X3 yanında qalmalarının müəyyən olunması, cavabdeh Ərizəçi xx.xx.2013-cü ildə doğulmuş X9 və xx.xx.2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi və alimentin bu qaydada tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi qızı və X8 mediator X2 (reyestr nömrəsi 00134) iştirakı ilə aralarında olan mübahisə ilə bağlı razılığa gəlmişlər. Ərizəçi xx.xx.2022-ci il tarixində Maraqlı şəxs1na uşaqlarla ünsiyyət hüququ tələbi ilə bağlı müraciət etmişdir. Belə ki, 2022-ci ildə Sabirabad rayon Məhkəməsinin qətnaməsi ilə Ərizəçi qızı və X6 rəsmi nigahlan pozulmuş və iki azyaşlı uşaq anasının himayəsinə verilmişdir. Cavabdeh X8 tam razılıq verir ki, iddiaçı Ərizəçi istənilən vaxt öz övladları ilə görüşə bilər. Bununla bağlı X8 rəsmi izahat təqdim etdi. Tərəflərin qəbul etdikləri qərar öz imzaları ilə təsdiq edilmişdir. (3.7) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş uşaqlarla ünsiyyət qaydasını təmin etməmişdir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda Barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin. Ərizəçi xx.xx.2013-cü ildə doğulmuş X9 və xx.xx.2011-ci ildə doğulmuş X4 ilə istənilən zaman ünsiyyətdə olması, yəni görüşməsi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1185/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1185/2023
16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver