Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-124/2025 03.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh1 58 (əlli səkkiz) manat məbləğində, cavabdeh Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh2 58 (əlli səkkiz) manat məbləğində dövlətə dəymiş zərərin əvəzi pul vəsaiti tutulub İddiaçı Sabirabad rayon filialında olan AZ23CTRE********************, vöen **********, səviyyə kodu Fond 3, təsnifat 142571 saylı hesabına ödənilməsi və X8 torpaq sahəsindən cavabdehlərin çıxardılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 3 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Şirvan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən cavabdehlər Sabirabad rayonu Güdəcühür kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayının X6 3.2 ha torpaq sahəsində biçənək və otlaq sahəni məhv edərək qeyri-qanuni olaraq əkilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında Yusif Məmmədov, Nümayəndə, Şamo Həsənov, Seymur Əmiraslanov, Adil Yahyayev və Cavabdeh2 iştirakları ilə xx.xx.2024-cü il tarixdə 007184 saylı akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çixarış və fotoşəkillər akta əlavə edilmişdir. Həmin faktla bağlı müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış materiala qərar qəbul edilərək X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasənda aparılmış hesablamalarla cavabdeh Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh2 tərəfindən ümumilikdə 58 (əlli səqqiz) manat məbləğində və cavabdeh Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh1 tərəfindən ümumilikdə 58 (əlli səqqiz) manat məbləğində cəmi 116 (yüz on altı) manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan sxemdən görünür ki, Sabirabad rayonu, Güdəcühür kənd sakini Cavabdeh1 və Cavabdeh2 Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayının X6 3.2 ha torpaq sahəsində kənd təsərüfatı məhsulları əkmişdir. İş materiallarına əlavə edilmiş Yusif Məmmədov, Nümayəndə, Şamo Həsənov, Seymur Əmiraslanov, Adil Yahyayev və Cavabdeh2 iştirakları ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 007184 saylı aktdan görünür ki, Sabirabad rayonu, Güdəcühür kənd sakini Cavabdeh1 və Cavabdeh2 Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayının X6 3.2 ha torpaq sahəsini zəbt edərək orada dənli bitkilər əkmişlər. Məhkəmədə işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayının X6 3.2 ha torpaq sahəsinin cavabdehlərin və ya hər hansı üçüncü şəxslərin istifadəsinə verilməsi barədə sənəd və ya icazə olmadığı halda, cavabdehlər tərəfindən həmin torpaq sahəsinə müdaxilə edilərək, torpaq sahəsini zəbt edərək, torpağın qanuni sahibi olan İddiaçınə torpaqdan istifadə etməsinə maneçilik və məhdudiyyətlər yaratmış və bununla da onların torpağa olan mülkiyyət, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı cavabdehlərə qarşı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər iddia tələbinə dair öz etiraz və mülahizəsini bilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 163-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdehin müdaxilə etdiyi və iddiaçının bu müdaxiləni aradan qaldırmaqla boşaldılmasını tələb etdiyi Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayının X6 3.2 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə və istifadəsinə verildiyi və torpaq üzərindəki həmin hüquqlar qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyata alındığı üçün, iddiaçı torpağın qanuni mülkiyyətçiləri və sahibləri kimi, həmin torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinə dair hüquqlar cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı torpağın qanuni mülkiyyətçiləri, sahibi və istifadəçiləri kimi, əmlaklarına qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, cavabdehlərin onun torpaq sahəsinə dair hər hansı hüquqlarının olmaması hesab edilməsini və cavabdehlərin torpaq sahəsindən çıxarılmasını, cavabdehlərin hərəkətlərinin hər hansı bir qanuni əsası olmadığından və onların həmin torpaq sahəsinə müdaxiləsi özbaşına olduğundan, həmin özbaşınalığa son qoyulmasının iddiaçı tərəfindən tələb edilməsi əsaslı və qanuni hesab olunmalıdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 3 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Salyan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh1 tərəfindən Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayının X6 3.2 ha torpaq sahəsində özbaşına olaraq kənd təsərüfatı məhsullarının əkilməsi faktı müəyyən edilmişdir. X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasənda aparılmış hesablamalarla ümumilikdə 116 (bir yüz on altı) manat məbləğində Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh1 və Cavabdeh2 tərəfindən maddi zərərin vurulması müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsini zəbt edib orada əkin işlərini həyata keçirməsi iddiaçıya maddi zərər yetirilməsinə səbəb olmuşdur ki, bu hal da yuxarıda qeyd edildiyi kimi, iş materiallarına əlavə edilmiş aktla öz təsdiqini tapmaqdadır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi maddi zərər hissəsində də əsaslı hesab edilərək təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən ayrıayrılıqda 58 manat olmaqla, cəmi 116 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sabirabad rayon Güdəcühür kənd sakini Cavabdeh1 və Cavabdeh2 Şirvan meşəbəyliyinin 3 saylı meşə dolayının X6 3.2 ha torpaq sahəsində kənd təsərüfatı məhsulları əkdiyi ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilsin. Cavabdehlər Cavabdeh1 58 (əlli səkkiz) manat məbləğində, cavabdeh Sabirabad rayonu Güdəcühür kənd sakini Cavabdeh2 58 (əlli səkkiz) manat məbləğində dövlətə dəymiş zərərin əvəzi pul vəsaiti tutularaq İddiaçı Sabirabad rayon filialında olan AZ23CTRE********************, vöen **********, səviyyə kodu Fond 3, təsnifat 142571 saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-124/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-124/2025
03.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver