Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1464/2023 18.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş ziyan tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «subroqasiya hüququ ilə pul tələbinin təmin edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 630 manat) alınaraq, İddiaçı MMCnin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh A.F Group MMC-də sürücü vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə əlavə olaraq elə həmin tarixdə tam maddi məsuliyyət barədə müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə 600 Azn məbləğində ziyan vurmuş və bu ziyan İddiaçı MMC tərəfindən qarşılanmışdır və Cavabdeh bunu akta imza etməklə etiraf edərək ödəyəcəyinə Söz vermişdir. Lakin borclu öz ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə azad edilmiş və bu günə kimi müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçıları dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh A.F Group MMC-də sürücü vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixində Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə 600 Azn məbləğində ziyan vurmuş və bu ziyan İddiaçı MMC tərəfindən qarşılanmışdır və Cavabdeh bunu akta imza etməklə etiraf edərək ödəyəcəyinə Söz vermişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh A.F Group MMC-də sürücü vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə əlavə olaraq elə həmin tarixdə tam maddi məsuliyyət barədə müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə 600 Azn məbləğində ziyan vurmuş və bu ziyan İddiaçı MMC tərəfindən qarşılanmışdır və Cavabdeh bunu akta imza etməklə etiraf edərək ödəyəcəyinə Söz vermişdir. Lakin borclu öz ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə azad edilmiş və bu günə kimi müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəymiş maddi ziyanı sığorta şəhadətnaməsinə müvafiq məbləğdə ödəmiş, ona görə də o, haqlı olaraq həmin sığorta ödənişinin əvəzinin subroqasiya qaydasında sığorta hadisəsi yerindən yayınmış Cavabdeh tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi tam təmin olunduğundan iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 manat məbləğində vurulmuş zərər və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 630 (altı yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1464/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1464/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver