Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1470/2023 30.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İlk iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən istifadənin dayandırılaraq torpağın geri qaytarılması» tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən istifadənin dayandırılaraq torpağın geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad RAİK-nın xx.xx.1998-ci il tarixli, 12-1/1 nömrəli qərarı ilə 6 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş onun mülkiyyətində olan Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 2,66 ha pay torpaq sahəsinin istifadəsinin Cavabdeh tərəfindən dayandırılaraq cavabdehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin mülkiyyətçi olaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı ilə əlaqədar Sabirabad RAİK-nın xx.xx.1998-ci il tarixli, 12-1/1 nömrəli qərarı ilə 6 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə 2,66 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Cavabdeh mülkiyyətində olan 2,66 ha torpaq sahəsindən 2015-ci ildən istifadə edir. Pay torpaq sahəsi cavabdehə satılmamış, cavabdehlə aralarında alqı-satqı müqaviləsi bağlanılmamışdır. Sabirabad RPŞ-də ərizəsi ilə bağlı araşdırılma aparılmış, cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Cavabdeh ona aid torpaq sahəsini qaytarmaqdan imtina edərək ailələrinin büdcəsinə ziyan vurmaqla yanaşı həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqularını pozur. İddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun xeyrinə torpaq almaq məqsədi ilə verdiyi 2660 manat, çəkilmiş xərclərin əvəzində 740 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 54 manat, ümumilikdə 3454 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, 2022-ci ildə cavabdehdən ona məxsus 2,66 ha torpaq sahəsini 2660 manata 2024-cü ilin noyabr ayına qədər icarəyə götürmüşdür. Həmin vaxtdan hal-hazıradək torpaq sahəsinə 740 manat xərc çəkməklə torpaq sahəsini münbitləşdirmişdir. Hazırda həmin sahədə yonca əkini əkmişdir. Məhsuldarlığın yaxşı olmasını görən cavabdeh ona satdığı torpaq sahəsinin aralarında alqısatqı müqaviləsi olmamasından istifadə edərək torpağı geri tələb edir. Cavabdehin bu hərəkəti ona maddi ziyan çəkməyinə səbəb olur. Odur ki, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirdi ki, onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən tam boşaldılaraq onlara təhvil verilmişdir. Hazırda torpaq sahəsi onun istifadəsindədir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə, cavabdeh ilə onun arasında torpaq sahəsi ilə bağlı nə yazılı alqısatqı müqaviləsi, nə də icarə müqaviləsi bağlanmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi şahidləri isə o, ilk dəfədir ki, görür və onları əsla tanımamışdır. Hazırda o, qarşılıqlı iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. İlk idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə qarşılıqlı iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilk idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirmişdir ki, 2022-ci ildə caavbadehdən ona məxsus torpaq sahəsini 2660 manata 2024-cü ilin noyabr ayına qədər icarəyə götürmüş, həmin vaxtdan bu günə kmi 740 manat xərc çəkərək torpağın münbitləşməsinə görə gübrələr vermiş və digər arqotexniki qulluqlar etmişdir. Hazırda həmin sahədə yonca kəmişdir. Məhsuldarlığın yaxşılaşmasını görən ilk iddiaçı ona satdığı torpaq sahəsini aralarında alqı-satqı müqaviləsinin olmamasından istifadə edərək geri tələb edir. O, danışıqlarına əsaslanıb torpağa xərc çəkmişdir. Ona görə də qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir Torpaq sahəsi hazırda ilk iddiaçıdadır. Hazırda o, məhkəmədən qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, Xalıq Hacıya 2022-ci ildə 1330 manat onun yanında torpağın icarəsi ilə bağlı pul vermişdir. Xalıqla həmkəndlidirlər və daimi bir yerdə olurlar. Xalıq ona torpaq arendaya götürdüyünü, yonca əkəcəyini bildirmişdir. Pambıqzavodun yanında ət mağazası vardır və pulu orada Hacıya vermişdir. Xalıq həmin torpaq sahəsinə yonca əkmişdir, məhsulu götürüb götürmədiyindən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Xalıq onun qohumudur. 10 ildir ki, əkin-bişin işlərində bir-birilərinə kömək edirlər. Hacını rayon sakini kimi tanıyır. Xalıqın torpağın arendasından 380 manat çatmadığı üçün o, köməklik edib tapıb vermişdir. Hacıdan torpağı 2022-ci ildə 1330 manata arendaya götürüb. Xalıq pulu Hacıya onun yanında verməsə də, pulu ondan alaraq Hacıya vermək üçün aparmışdır. İddia ərizəsinə əlavə olunmuş: Torpağa Mülkiyyət Hüququna dair JN 798, 90915018 KOD nömrəli Şəhadətnamədən görünür ki, Sabirabad RAİK-nın xx.xx.1998-ci il tarixli 12-1/1 saylı qərarı ilə İddiaçı, X4, X5, X3, X8 və X2 mülkiyyətinə Sabirabad rayonu Kürkəndi kəndində 2,66 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardangörünür ki, İddiaçı DİN-in 102 Xidmətinə zəng viraraq sahədə biçdirmiş olduğu 500 ədəd ot bağlarını Xalıq adlı şəxsin oğlurladığını, onun 2.65 ha torpaq sahəsini zəbt etməsini, hətta özünü də ov silahı ilə vurmaqla hədələməsini göstərmiş, araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda olan İddiaçı izahatından görünür ki, Xalıq tanışıdır və 2015-ci ildə özünə məxsus 2.65 ha torpaq sahəsini ona ilkin olaraq 500 manata icarəyə vermiş və daha sonrakı illərdə icarə haqqı artmışdır. Özü Xalıqdan qeyd edilən pulu hər il güclə alırdı. Bu proses ötən ilə qədər davam etmiş, sonuncu dəfə 2021-ci ildə 1330 manat, ötən ilin noyabr ayında isə 1330 manat pul vermişdir. O, Xalıqdan 2023-cü ilin icarə haqqını istəyən zaman Xalıq ona torpaq icarə haqqını 2022-ci ildə verməsini və noyabr ayında verilən pulun 2023-cü ilin icarə haqqı olmasını bildirmişdir. Bununla bağlı irad bildirən zaman Xalıq ona sözlə tüfənglə vuracağını bildirmişdir. Bununla bağlı təhqiqat bölməsində araşdırma aparılmış, lakin heç bir nəticə əldə edilməmişdir. 2023-cü ilin qeyd edlən torpaq sahəsində Xalıq tərəfindən əkilmiş yonca bitkisini may ayında biçdirmiş, 229 ədəd ot bağlamaları ədlə etmişdir. İkinci dəfə xx.xx.2023-cü ildə yenidən otu biçdirmiş, ot sahədə qalmışdır. xx.xx.2023-cü ildə bilmişdir ki, Xalıq və oğlu Sakit onun biçdirdiyi yonca bitkisini yığdıraraq aparmışdır. Bununla bağlı 102 Xidmətinə bildirmişdir. Tələbi Xalıqın məsuliyyətə cəlb edilməsidir. O, öz razılığı ilə 2.66 ha torpaq sahəsini Xalıq adlı şəxsə icarəyə vermişdir. Həmin torpaq sahəsində Xalıq tərəfindən yonca bitkisi əkilib və 2022-ci il tarixə qədər isə icarə haqqı zorla ödənilib. Sonuncu dəfə isə icazəsi olmadan xx.xx.2023-cü il tarixdə ot preslərini yığaraq aparmışdır. Onun Xalıqla aralarında rəsmi heç bir icarə müqaviləsi olmayıb. Sadəcə olaraq şifahi razılaşma olmuşdur. Həmin Qərarda olan Cavabdeh izahatından görünür ki, Hacı tanışıdır və onunla münasibətləri qaydasında olmuşdur. Aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2015-ci ildə Hacıya məxsus 2.65 ha torpaq sahəsini ilkin olaraq 500 manata, daha sonra isə artıq məbləğə icarəyə götürmüşdür. O, vaxtı vaxtında icarə haqqını ödəmişdir. Bu proses 2022-ci ilə qədər davam etmiş, sonucu dəfə 2021-ci ildə 1330 manat, 2022-ci ilin noyabr ayında isə 1330 manat pul vermişdir. Özü hər il qabaqcadan icarə haqqını vermiş və sonuncu dəfə 2022-ci ilin noyabr ayında 2023-cü ilin icarə haqqını vermiş və Hacı bununla razılaşmışdır. Lakin bir qədər sonra Hacı guya onun verdiyi pulun 2022-ci ilin icarə haqqı olmasını bildirmişdir. Bununla bağlı aralarında iki ay bundan qabaq sözlə mübahisə olmuş və həmin fakt üzrə araşdırma aparılmışdır. 2023-cü ilin qeyd edilən torpaq sahəsindən Hacı otu biçdirib aparmışdır. Halbuki qeyd edilən yoncanı o, əkmiş və özü bilməli imiş. İkinci dəfə xx.xx.2023-cü il tarixdə Hacı otu yenidən biçdirib aparmaq niyyətini olmasını bildiyi üçün özü həmin sahədən otu yığaraq aparmışdır. Məhkəmə ilk iddaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlir ki, ilk və qarşılıqlı iddia rədd edməlidir. Məhkəmə ilk öncə ilk iddiaya münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən olundu ki, ilk iddaçının Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 2,66 ha pay torpaq sahəsinin istifadəsinin Cavabdeh tərəfindən dayandırılaraq cavabdehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin mülkiyyətçi olaraq ona qaytarılması tələbi yekun məhkəmə aktı qəbul edilənək təmin edilmiş, ilk iddiaçı və qarşılıqlı iddiaçı bu faktı təsdiq etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, artıq ilk idia üzrə tərəflər arasında mübahisə qalmadığından ilk iddianın təmin edilməsi üçün əsaslar aradan qalxmış hesab edilməli və u xüsusda ilk iddia təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəmə aradşrıması zamanı müəyyən edildi ki, tərəflər 2015-ci ildən Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 2,66 ha pay torpaq sahəsi ilə bağlı ilk iddiaçı ilə qarşılıqlı iddiaçı arasında şifahi qaydada torpaq icarəsi müqaviləsi bağlanmış, qarşılıqlı iddiaçı həmin tarixdən 2023-cü il tarixinə kimi icraçi olaraq istifadə etmiş və ilk iddiaçıya icarə haqqı ödəmişdir. Sonucu ödəniş 2022-ci ilin noyabr ayında 1330 manat həddində həyata keçirilmiş, 2023-cü ilin icarə haqqı ilə əlaqədar tərəflər mübahisə yaranmağa başlamışdır. Belə ki, ilk iddiaçı 2023-cü ilin icarə haqqının ödənilməsini tələb etmiş, qarşılıqlı iddiaçı isə 2022-ci ilin noyabr ayında ödənilmiş vəsaitin 2023-cü ilə aid olduğunu bildirməklə 2023-cü il üçün icarə haqqını ödəməkdən imtina etmiş, bundan sonra hazırki tələblər ortaya çıxmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində torpaq sahəsini 2022-ci ildə ilk iddiaçıdan 2660 manata satın aldığını bildirmiş olsa da, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda torpaq sahəsini 2015-ci ildən icarəyə götürdüyünü, 2021 və 2022-ci illərdə 1330 manatdan icarə haqqı ödədiyini göstərmiş, 2021 və 2022-ci illərdə ödəmiş olduğu məbləği cəmləyərək qarşılıqlı iddia tələbində torpaq almaq məqsədi ilə ödədiyi həmin məbləğin geri qaytarılmasını tələb etmiş, lakin məhkəməyə ilk iddiaçı ilə aralarında hər hansı alqı-satqı barədə razılıq olmasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də qarşılıqlı iddia tələbinin ilk hissəsi olan torpaq almaq məqsədi ilə verilmiş 2660 manat pulun pulun ilk iddiaçıdan alınıb ona verilməsi hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin ikinci hissəsi olan torpağa çəkilmiş 740 manat xərcin ödənilməsi hissəsinə də münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı tələbinin bu hissəsi üzrə də hər hansı sübuta istinad edə və ya hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün tələbin bu hissəsi də əsassız hesab edilməli və təmin edilməməlidir. Hüquq ədəbiyyatında sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Qarşılıqlı iddianın ödənilmiş dövlət rüsumunun ilk iddiaçıdan tutulması hissəsnə münasibətdə isə qeyd edilməlidir ki, qarşılıqlı iddia tələbi təmin edilmədiyndən ödənilmiş dövlət rüsumunun əvəzinin ilk iddaçıdan tutulması ilə bağlı tələb də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1470/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1470/2023
30.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver