Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1505/2025 07.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X17 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X13rşı “Əmrin ləğv edilməsi, işə bərpa və işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X13rşı “Əmrin ləğv edilməsi, işə bərpa və işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə iddia qaldıraraq cavabdeh «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X20 13 mart 2025-ci il tarixli, 1-1-70/3-1-33/2025 saylı əmirinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2025-ci il tarixdən təsdiq edildiyi vəzifəsinə- statistikanın kompyuter operatoru vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Statistikanın kompyuter operatoru vəzifəsinə təsdiq olunmuşdur. Lakin RMX-nın rəhbərliyinin təsdiq edilmiş 42 saylı əmrinə əsasən Sığortalı göndərişlər verilməsinə məsul şəxs kimi fəaliyyətini 2023-cü ilin avqust ayına kimi sığortalı göndərişlər verilməsi işini yerinə yetirmişdir. RMX-na İnzibati işlər üzrə direktor müavini təyin edilən Bayram Mikayılovun aylıq pul istəyini yerinə yetirmədiyinə görə bu işdən uzaqlaşdırılmışdır. Bu təkcə işdən uzaqlaşdırması ilə sona yetməmişdir. Bayram Mikayılov tərəfindən öyrədilmiş işçilər tərəfindən şantajlara, böhtanlara məruz qalıb aylarla prokurorluqda, məhkəmələrdə süründürməçiliklə qarşılaşmış, haqsız olaraq Sabirabad Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 3 (056)-861/2023 saylı qərarı ilə İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat cərimə olunmuşdur. Nəhayət, Şirvan Apellyasiya məhkəməsinin 3(106)-304/2023 saylı qərarı ilə haqlı olduğunu sübuta yetirmişdir. Elə 2023-cü ilin avqust ayından işdən çıxarıldığı günə qədər dəhlizdə qalmışdır. Bəzi hallarda isə işçi yoldaşlarının otaqlarında daldalanmışdır. Bu müddət ərzində aidiyyatı orqanlara, o cümlədən İmişli Rayon Regional Əmək Müfəttişliyinə, TƏBİB-ə, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinə, SİHİ Respublika komitəsinin sədri cənab E.Əfəndiyevə və eləcə də digər ali dövlət orqanlarının saytına müraciətlər etmişdir. Tədbir görülməməsinə baxmayaraq, yenə də müqəddəs qanunları əldə rəhbər tutaraq, haqq-ədalətin qalib gələcəyinə inanaraq, bu gün də hüquqlarının müdafiəsi üçün dövlət qurumlarına üz tutmağı özünə borc bilir. Məlumat üçün bildirir ki, ondan sonra sığortalı göndərişlərin verilməsinə məsul şəxs, vaxtı ilə vaksin vurulması zamanı saxtakarlıq edərək cinayətə əl atan Mahirə Qarayeva təyin edilmişdir. 2023-cü ilin sentyabr ayında RMX-nın X23i cənab Həsən Hüseynov yeni rəhbər təyin ediləndə düşünmüşdür ki, bütün bu məsələlərə son qoyulacaq. Əksinə, xx.xx.2019-cu ildən xx.xx.2025-ci il tarixə kimi RMX-nın statistikanın kompyuter operatoru vəzifəsinə təsdiq olunmasına baxmayaraq, bu sahədə yüksək bilik və bacarığı nəzərə alınmadan əmək hüquqları bilərəkdən pozularaq ştat vahidində göstərilən vəzifəsi, bu işdə səriştəsi olmayan ambardar X2 tapşırıldı. Mirfaiq Səmədov tibbi sığorta və innovasiya təşkili şöbəsinin anbar bölməsində çalışmalı olduğu bir halda, statistika bölməsində 3 nəfər xanımla bir yerdə oturaraq, rəhbərliyin razılığı və göstərişi ilə onun vəzifəsinə sahib çıxaraq icra edir. Ştatda olan işinin ona verilməsi ilə bağlı etdiyi fasiləsiz şikayətlər, onunla rəhbərlər arasında daimi konfiliktə, necə deyərlər dərin bir uçuruma səbəb olmuşdur. Dəfələrlə də onu ƏM- nin 70-ci maddəsinin “Ç” , və 72-ci maddənin “a” bəndi ilə işdən qovacaqları ilə hədələmişlər. Bu ilin 2025-ci ilin mart ayının 03-05 tarixləri üzrlü səbəbdən işdə olmamışdır. Səbəbi isə həmin vaxtlar kəskin böyrək ağrıları keçirməsi ilə bağlı olmuşdur. Belə ki, bu dözülməz ağrılar zamanı yaşadığı ünvana (İ.İsgəndərov küçəsi, ev-18) yaxın yerdə yerləşən “Omeqa” klinikasında təcili müayinədən keçdikdən sonra onda sağ tərəfli böyrək daşı aşkarlanmışdır. 06 mart 2025-ci il tarixdə işə gedəndə artıq onu yenidən işdən çıxaracaqları ilə hədələmişlər. Səbəbin rəhbərliyə bildirdikdən sonra, faktları təsdiqləmək üçün "xxxx" MMC-nin verdiyi arayışı və USM cavabını təqdim etmiş, lakin buna baxmayaraq, üstündən səkkiz gün keçəndən sonra Sabirabad RMX-sı X23i cənab Həsən Hüseynovun 13 mart 2025-ci il tarixli, 1-1-70/3-1- 363/2025 saylı əmri ilə, xəstə olduğu 03 mart-05 mart günlərini əsas tutaraq onu ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə tutduğu vəzifədən azad etmişdir. Bildirir ki, X21 məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini özü kobudcasına pozmuşdur. Yəni sadəcə 70-ci maddənin “ç” bəndinə istinad etməklə kifayətlənmək olmaz. İşəgötürən əmrdə konkret olaraq işçinin hansı vəzifə öhdəliklərini pozduğunu və bu pozuntunun iş prosesinə necə təsir etdiyini dəqiq qeyd etməlidir. Bir sözlə, qanunvericilikdə yuxarıda qeyd olunduğu kimi, əmək müqaviləsinə xitam verilmə əmri dəqiq və əsaslandırılmış olmalıdır. Həsən Hüseynov əmrdə əmək pozuntularını konkret sənədlərlə təsdiq edə bilməmişdir. Onun isə kifayət qədər sübutları var. Əvvəla, xəstəliyi haqda arayışı və Usm raporu, Ştat vahidində tutduğu vəzifənin bu günə kimi ona verilməməsi, bu səbəbdən illərdi dəhlizdə qalması (Müşahidə kameraları bunun sübutudur.) Bununla bağlı dəfələrlə etdiyi şikayətlər, onların qəbzləri, cavabsız məktublar. Bilmək istəyir ki, görəsən işdə olmamasının səbəbi arayış və Usm raporundan başqa hansı möhtəbər sənədi təqdim etməli idi ki, Həsən Hüseynov inansın, razı qalsın? Baxın, nə üçün o, işə gələndən 8 gün sonra, yəni 13 martda işdən azad edilmişdir? Bu suala özü cavab verəcəkdir : Baş həkim Elnur Əzizov və Həsən Hüseynov onu otağa çağırıb bildirmişlər ki, öz ərizənlə işdən çıxmasan, onsuz da yuxarılarla razılaşıb onu bu yaxın vaxtlarda işdən qovacaqlar. Elə də oldu .... H.Hüseynovun bu əməlinə nə ad vermək olar? Özbaşınalıq, qanunu saymamaq, müəssisə rəhbərinin diktatorluğu! Həsən Hüseynova sual etmək lazımdır ki, İlahə Azğın onu işdən azad etdiyi vaxta qədər harda otururdu və nə işi icra edirdi? Bax, onda o susacaq? İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirmişdir ki, cavabdehin nümayəndəsinin onun evinə göndərildiyini bildirdiyi məktub ona işə çıxdıqdan sonra çatmışdır. İşə çıxmadığı müddətdə əri Elnur həkimə dəfələrlə zəng etmiş, lakin Elnur həkim onun zənglərinə cavab verməmişdir. Özünün isə ağrıları çox olduğu, həmçinin rəhbər işçilər kişilər olduğu üçün iş yerinə rəsmi məlumat verməsi ağlına gəlməmişdir. Həmçinin o, ağrıyırdı deyə öz iş yerinin həkimlərinə müraciət etməmiş, taksi ilə və anası ilə birgə “Omeqa” klinikası yaşayış yerinə yaxın olduğu üçün həmin klinikaya getmişdir. O, ümumiyyətlə çalışır ki, öz xəstəxanalarının xidmətlərindən istifadə etməsin. Orada növbə çox olur. Həm də iş yerinə müraciət etmiş olsa idi belə, yenlə də özəl klinikaya müraciət edəcəkdi. Çünki o, həmişə özəli seçir. Bundan əlavə, ona digər iki günə münasibətdə də sənəd təqdim etməli olduğu bildirilməmişdir. Əgər bildirilmiş olsa idi, həmin iki günə görə də sənəd əldə edib təqdim edərdi. Hazırda o, iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavvabdeh «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X17 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırki iş üzrə iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində qeyd etdiyi müanslar absuddur. Heç bir əsası yoxdur. İddiaçı 3 gün ardıcıl işə çıxmamış, Xəstəxana rəhbərliyi tərəfindən iddiaçıya məktub ünvanlanmışdır ki, gəlib işə çıxmamasının səbəb ibarədə izahat versin. Bundan sonra iddiaçı işə gəlmişdir. Hazırda iddiaçı 3 gün işdə olmadığı halda, yalnız 1 günə münaasibətdə müvafiq sənəd təqdim edə bilmişdir ki, qalan günlərə münasibətdə isə hər hansı sənəd təqdim edə bilməmişdir. Hazırda o, iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, işə materiallarına əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 060325/OH-001 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2025-ci il tarixində Sabirabad şəhəri, H.Əliyev PR 48 ünvanında yerləşən "xxxx" MMC-də tibbi müayinələrdən keçmiş və sağ tərəfli böyrək daşı xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 3(106)-304/2023 saylı qərarının surətindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 13 iyun 2023-cu il tarixli, 3(056)-861/2023 saylı qərarından barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan şəxs İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 13 iyun 2023-cü ıl tarixli, 3(056)-861/2023 saylı qərarı ləğv olunaraq İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair inzibati işin materiallarının yenidən baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X23 "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" X23 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-70/3-1-363/2025 saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, " Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ-in Müşahidə Şurasının 29 noyabr 2022-ci il tarixli “09-Q" nömrəli qərarı ilə təsdiq edilmiş “Sabirabad Rayon Mərkəzi Xəstəxanası" X20 Nizamnaməsinin 5.5.12 yarımbəndini, Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç". və 72-ci maddəsinin “a" bəndini rəhbər tutaraq, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Sığortanın təşkili və X1 bölməsində Kompüter operatoru vəzifəsində işləyən İddiaçı xx.xx.2025-ci il tarixdə ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, işçiyə 10,5 təqvim günü müddətinə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi hesablanıb ödənilməsi, ona son hesabın ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən ünvan 2 ünvanın sakini İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-512-A-37593/2023 saylı məktubdan görünür ki, 28.08 2023-cü il tarixli, 3-17-5/1-A-25273/2023 saylı və 29 08.2023-ci il tarixli. 3-17-5/1 -A-25460/2023 saylı müraciətlərə dair onun Sabirabad rayon Mərkəzi Xəstəxanası" X23də əmək hüquqlarının pozulması barədə X12 Xidmətinin Mil- Muğan regional şöbəsinə ünvanladığı müraciətlərinə tərəflərindən baxılmışdır. Araşdırma zamanı tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsisteminə baxş keçirilərkən onun adına xx.xx.2019-cu il tarixdə ‘Sabirabad RMX" X23i tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin daxil edildiyi və hazırda qüvvədə olduğu müəyyən edilmişdir. Müraciətində və təqdim etdiyi izahatında xəstələrə digər xəstəxanalara göndərişlərin verilməsi işinin onlardan alınması, cari ilin fevral ayının əmək haqqının tam ödənilməməsı və əmək məzuniyyəti dövründə işəgötürən tərəfindən işə cəlb olunmağı barədə tələbləri ilə əlaqədar müvafiq araşdırma aparılmış, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası" X23 tərəfindən X12 Xidmətinin Mil- Muğan regional şöbəsinə təqdim edilmiş məktub və sənədlərdən müəyyən edilmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Xəstəxanada xadimə işinə qəbul edilmisiniz, xx.xx.2021-ci il tarixdə Xəstəxananın Statistika bölməsində kompüter operatoru vəzifəsinə keçirilmisinız. Hazırda həmin vəzifə üzrə aylıq əmək haqqı 633 manat olmaqla əmək münasibətləriniz davam edir və hər ay əmək müqavilənizdə nəzərdə tutulmuş əmək haqqının sizə ödənilməsi təmin edilir. Qeyd edilmişdir ki, işəgötürən tərəfindən xəstələrə digər xəstəxanalara göndərişlərin verilməsi işinin yerinə yetirilməsi ona həvalə olunmamış, həmçinin işəgötürənlə aralarında bağlanmış əmək müqavilənizdə və qarşılıqlı razılıq əsasında əmək müqavilənizə əlavə edilmiş öhdəliklərdə xəstələrə digər xəstəxanalara göndərişlərin verilməsi işi nəzərdə tutulmamışdır. Müəyyən edilmişdir ki, işlədiyi müddətdə hər il əmək məzuniyyət hüququndan istifadə etmisiniz və məzuniyyətdə olduğunuz dövrlərdə hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmədiyinizə dair təsdiqedici sənəd aşkar edilməmişdir. Məktubda işçilərin iş vaxtı uçotunun “Barmaq izi" cihazı vasitəsi ilə aparıldığı, 25 fevral 2023-cü il tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə çıxmadınız üçün sizə həmin günə görə əmək haqqı hesablanmadığı qeyd edilmişdir. Araşdırma zamanı həmçinin məlum olmuşdur ki, Xəstəxananın işəgötürəni xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Tərəflərindən Xəstəxananın yeni təyin edilmiş rəhbərliyinə əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməsi, o cümlədən işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin və öhdəliklərin vaxtında yerinə yetirilməsi, onların ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddət və qaydada baxılmasının təmin edilməsi məqsədilə rəsmi məktub göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X23 "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" X23 tərəfindən Sabirabad rayonu İ.İsgəndərov küçəsi, ev 18-də qeydiyyatda olan "Sabirabad Rayon Mərkəzi xəstəxanası" PHŞ-in Sığortanın təşkili və X1 bölməsində işləyən Kompüter operatoru X10 işə gəlməməsi barədə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-70/3-189/2025 saylı məktubdan görünür ki, o, artıq 3 iş günüdür ki, (03-xx.xx.2025 tarixləri) işə gəlmir. Xahiş edilmişdir ki, Sabirabad RMX-ya gəlib işə gəlməməyinin səbəbi barədə izahat versin. İş materiallarına əlavə olunmuş Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi 18 saylı evdə yaşayan, Sabirabad Rayon Mərkəzi xəstəxanasının işçisi İddiaçı Heydər qızı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, 03-05. 03- 2025 -ci il tarixləri işdə olmamasının səbəbi, həmin vaxtlar kəskin böyrək ağrıları keçirməyi ilə bağlı olmuşdur. Belə ki, bu dözülməz ağrı zamanı yaşadığı ünvana yaxın yerdə yerləşən “Omega” klinikasında təcili müayinədən keçdikdən sonra, onda sağ tərəfli böyrək daşı aşkarlanmışdır. Yuxarıda göstərdiyi faktları bir daha təsdiq etmək üçün “Omega-klinika" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli arayışını ona təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 124 nömrəli əmək müqaviləsindən görünür ki, Azgın X5 Rayon Mərkəzi Xəstəxanasında idarəetmə aparatına kompyuter üzrə operator vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru cənab Həsən Hüseynova “Sabirabad RMX” PHŞ-nin Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nümayəndə1 tərəfindən məlumatdan görünür ki, Sığortanın təşkili və X1 bölməsində işləyən Kompüter operatoru X15 03-05 mart 2025-ci il tarixdə (3 iş günü) heç bir səbəb göstərmədən işə gəlməmişdir. Barəsində tədbir görülməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Sabirabad Rayon Mərkəzi X4 X8 Həmkarlar təşkilatının sədri cənab X14 RMX-nın Sığortanın Təşkili və X1 bölməsinin Kompyuter operatoru İlahə Azğın tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Həmkarlar Təşkilatının üzvlüyündən azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Sabirabad rayonu SİHİ Şurası heyətinin iclası xx.xx.2024-cü il tarixli, 3 nömrəli protokoldan çıxarışdan görünür ki, X16 və X3 ərizələrinin nəzərə alınması, SİHİ Şurası üzvlüyündən azad edilməsi və əmək haqqından Həmkarlar İttifaqına tutulmaların dayandırlması üçün protokoldan çıxarışın Sabirabad RMX PHŞ mühasibatlığına təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Sabirabad RMX-nın Direktorun inzibati məsələlər üzrə müavini Tağızadə Orxan, Sabirabad RMX-nın Direktorun müavini-baş həkim Əzizov Elnur, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nümayəndə1 və Sabirabad RMXnın insan resursları şöbəsinin müdiri Nümayəndə2 birgə iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 03 mart 2025-ci il tarixdə davamiyyət yoxlaması keçirən zaman Sığortanın təşkili və X1 bölməsində işləyən X9 işdə olmadığı aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Sabirabad RMX-nın Direktorun inzibati məsələlər üzrə müavini Tağızadə Orxan, Sabirabad RMX-nın Direktorun müavini-baş həkim Əzizov Elnur, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nümayəndə1 və Sabirabad RMXnın insan resursları şöbəsinin müdiri Nümayəndə2 birgə iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 04 mart 2025-ci il tarixdə davamiyyət yoxlaması keçirən zaman Sığortanın təşkili və X1 bölməsində işləyən X9 işdə olmadığı aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Sabirabad RMX-nın Direktorun inzibati məsələlər üzrə müavini Tağızadə Orxan, Sabirabad RMX-nın Direktorun müavini-baş həkim Əzizov Elnur, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nümayəndə1 və Sabirabad RMXnın insan resursları şöbəsinin müdiri Nümayəndə2 birgə iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 05 mart 2025-ci il tarixdə davamiyyət yoxlaması keçirən zaman Sığortanın təşkili və X1 bölməsində işləyən X9 işdə olmadığı aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Sabirabad RMX-nın Direktorun inzibati məsələlər üzrə müavini Tağızadə Orxan, Sabirabad RMX-nın Direktorun müavini-baş həkim Əzizov Elnur, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nümayəndə1 və Sabirabad RMXnın insan resursları şöbəsinin müdiri Nümayəndə2 birgə iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixində Sığortanın təşkili və X1 bölməsində işləyən İddiaçı işə hansı səbəbdən gəlməməsini izah etməsi və izahat yazmağı üçün dəvət etmişlər. O isə işə gəlməməsinin səbəbi haqqında izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş Sabirabad Rayon Səhiyyə X6 Şurası tərəfindən “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X22 ünvanlanmış 12 mart 2025-ci il tarixli məktubdan görünür ki, "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nın Siğortanın Təşkili və X1 bölməsində kompüter operatoru vəzifəsində çalışan X16, Sabirabad Rayon Səhiyyə X7 şurasına üzv olmadığı üçün, müraciəti ilə bağlı münasibət bildirə bilmirlər. Çünki, Azərbaycan Respublikasının Qanunvericiliyində Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğvi zamanı, Həmkarlar İttifaqı yalnız ona üzv olan işçilərin işdən çıxarılması hallarına rəy bildirə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, hazırki iş üzrə iddiaçı 3 gün müddətində (03-05 mart 2025-ci il tarixləri) iş yerində olmamış və iş yerinə iş yerində olmamasının üzrlü səbəbdən baş verməsi barədə hər hansı rəsmi müraciət ünvanlamamış, xx.xx.2025-ci il tarixində işə gəldiyi zaman "xxxx" MMC-nin işə çıxdığı günə olan tarixli (xx.xx.2025-ci il) arayışını iş yerinə təqdim edib izahatında göstərmişdir ki, 03-05. 03- 2025 -ci il tarixləri işdə olmamasının səbəbi, həmin vaxtlar kəskin böyrək ağrıları keçirməyi ilə bağlı olmuşdur. Belə ki, bu dözülməz ağrı zamanı yaşadığı ünvana yaxın yerdə yerləşən “Omega” klinikasında təcili müayinədən keçdikdən sonra, onda sağ tərəfli böyrək daşı aşkarlanmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışında isə iddiaçının xx.xx.2025-ci il tarixində tibbi müayinədən keçməsi qeyd edilmişdir. Yəni göründüyü kimi, müvafiq Klinika iddiaçının həmin Klinikada yalnız xx.xx.2025-ci il tarixində tibbi müayinədən keçməsini göstərmiş, qalan 2 günə münasibətdə isə iddiaçı işə çıxmamasının üzrlü səbəbdən baş verməsi barədə hər hansı sübutu nə işyerinə, nə də məhkəməyə təqdim edə bilmişdir. Bununla da iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə, həmçinin üzrlü səbəb olmadan 2 bütün gün işə gəlməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinin tələblərinin pozuntusuna yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; işdən azad olunur. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanuni olmuşdur. İddiaçının digər tələblərinin müsbət istiqamətdə həlli məsələsi də əmrin qanuni olub-olmamasından asılıdır. Hazırki halda iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmr qanuni hesab edildiyindən iddia tələbi bütün hissələrdə əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1505/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1505/2025
07.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver