Məhkəmə qərarları › İş №2(056)-1525/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1525/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1525/2023 31.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hаkim Allahverdiyev Səlim Məhərrəm оğlunun sədrliyi, Məhkəmə iclasının katibi X26 iclas kаtibliyi, İddiaçı X6 iştirakları ilə, İddiaçı X6 cavabdehlər X10, X2, X3 və X7 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdehlər X10, X2, X3 və X7 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla cavabdehlər arasında JN-123 saylı, Kod 90904018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlərin paylı mülkiyyətində olmuş 4.56 hektar torpaq sahəsinə dair alqı-satqısı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X14 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sabirabad rayonu Əliləmbəyli kəndində yaşayır. 2003-cü ildə həmkəndlisi X15 ailə üzvləri ilə onun JN-123 saylı, Kod 90904018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən paylı mülkiyyətində olan 4.56 hektar torpaq sahəsini Türkiyə Respublikasına daimi yaşamaq üçün köçməsi ilə əlaqədar satmış və o, həmin vaxt qeyd edilən torpaq sahəsini və Səhəddinin anası Susana məxsus olmuş fərdi yaşayış evini satın almışdır. Həmin zamandan qeyd edilən fərdi yaşayış evində yaşamaqla yanaşı, torpaq sahəsini də özü istifadə edir və torpağa dair vergiləri özü ödəyir. Həmin torpaq sahəsindən uzun müddət mülkiyyətçi kimi istifadə etsə də, rəsmi qaydada mülkiyyətçi olmadığı üçün dövlətin torpağa görə ayırdığı subsidiyanı əldə etmək imkanında deyildir ki, təsərrüfatını inkişaf etdirə bilsin. Cavabdehlər də 2003-cü ildən Azərbaycan Respublikasında olmadığından onlarla rəsmi qaydada müqavilə bağlamaq imkanında da deyildir. Bütün kənd əhalisi bilir ki, o, torpaq sahəsini və evi Səhəddin və ailə üzvlərindən dəyərini ödəməklə satın almışdır. Hazırda torpaq sahəsini öz adına sənədləşdirə bilmədiyi üçün göstərilən tələblə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən o, məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat ünvanlansa da, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, o tərəflərlə həmkəndlidir. Cavabdeh torpağı uzun müddətdir ki, Elçinə satıb və Türkiyə Respublikasında birdəfəlik yaşamaq üçün getmişdir. Torpaq sahəsi ailəvi razılıq əsasında satılmışdır. O, icra nümayəndəliyində müavin işlədiyi üçün alqı-satqı barədə məlumatı vardır. Torpaq aktında adı qeyd olunanlardan Səhəddin eşitdiyinə görə Türkiyədə ölmüş, qalan ailə üzvləri isə sağ olmaqla Türkiyədə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 və X12 digər şahid X4 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu izahat verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında göstərdi ki, X15 onun bibisinin oğludur. İddiaçı Elçin İskəndərov isə həmkəndlisidir. Təxminən 20 il bundan əvvəl Səhəddin Türkiyə Respublikasına birdəfəlik yaşamaq üçün gedən zaman yaşadığı evi və torpaq sahəsini Elçinə satıb getmişdir. 1 ildən artıq müddətdir ki, Səhəddin ölmüşdür. Onlar Bursa şəhərinə köçmüşlər. Sahəddinin arvadı Dilarə evdar qadın, qızları Gülnarə və Leyla isə tikiş fabrikində işləyirlər. Evin və torpağın neçəyə satılmasından xəbəri olmamışdır. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: JN 123 KOD 90904018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 4,56 ha torpaq sahəsi Sabirabad RAİK-nin xx.xx.1998-ci il tarixli 12-4/1 saylı qərarı ilə X16, X1, X8 və X5 mülkiyyətinə verilmişdir. Sabirabad rayon Əliləmbəyli kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03 saylı arayışdan görünür ki, X17 və ailə üzvləri 2004-cü ildə Türkiyə Respublikasına köçüb gedən zaman JN 123, KOD 90904018 nömrəli Dövlət Aktı ilə onlara məxsus olan 4,56 ha torpaq sahəsini öz aralarında olan razılaşmaya əsasən Əliləmbəyli kənd sakini İddiaçı satmışdır. Həmin torpaq sahəsi bələdiyyədə vergi ödəyicisi kimi İddiaçı istifadəsində qeydiyyata alınmış və torpaq vergisini də o, ödəyir. Hal-hazırda da həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. X22 tərəfindən yazılmış və onun imzası ilə təsdiqlənmmiş xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Əliləmbəyli kəndində yerləşən 1968-ci ildə tikilmiş divarı mişar daşından olan fərdi yaşayış evini həmin kənd sakini İddiaçı alqı-satqı yolu ilə satmışdır. Odur ki, evin sənədləşdirilməsinə heç bir narazılığı yoxdur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından, iddiaçının və şahidlərin izahatlarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2003-cü ildən yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, işə baxılarkən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin, MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən, əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında göstərilən torpaq sahəsi ilə bağlı şifahi alqı-satqı müqaviləsi olmuş, cavabdehlərin Azərbaycan Respublikasından köçüb getməsi səbəbindən müqavilənin rəsmiləşdirilməsi baş verməmişdir. Yəni cavabdehlərin hərəkəti ucbatından iddiaçı müqaviləni rəsmiləşdirmək imkanından məhrum olunmuşdur. Belə olan halda onlar arasında göstərilən torpaq sahəsi ilə bağlı bağlanmış müqavilə etibarlı hesab edilməklə bağlanmış sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İdddia təmin edilsin. JN 123 KOD 90904018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X15, X9, X8 və X13 ilə İddiaçı arasında 4.56 hektar torpaq sahəsinə dair 2003-cü ildə alqısatqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Sabirabad Rаyоn Məhkəməsi vаsitəsilə Şirvan Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar