Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-153/2024 12.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X6 Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış və Sabirabad rayonu Quruzma kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixli 32 nömrəli qeydli nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki, xx.xx.2017-cı il tarixdə isə Sabirabad rayonu Quruzma kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Cavabdehlə ilk vaxtlar mehriban yaşasalar da, sonradan aralarındakı normal ailə münasibətləri pisləşməyə başlamışdır. Bundan sonra ailə kimi yaşamaları qeyri mümkündür. O, boşanmaq üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya təşkilatında cavabdehlə aralarında olan nikahın pozulmasına, uşaqların onun (iddiaçının) yanında saxlanılması və uşaqların saxlanılması üçün hər uşağa görə cavabdehin ona 100 manat aliment ödəməsi barədə razılığa gəlmişlər. Nikahları məhkəmə qaydasında pozulmalı olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək nikahın pozulmasına etiraz etmədiyini bildirdi. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Sabirabad rayonu Quruzma kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ 212486 nömrəli «Nikah haqqında şəhadətnamə»dən görünür ki, X3 ilə Cavabdeh arasında nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 32 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarından görünür ki, tərəflərin xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya prosesində bağlanmış MŞS/MT- 023/2023-02291 saylı barışıq sazişindən görünür ki, Mirzəyeva X1 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya təşkilatında cavabdehlə aralarında olan nikahın pozulması, uşaqların onun (iddiaçının) yanında saxlanılması və uşaqların saxlanılması üçün hər uşağa görə cavabdehin ona 100 manat aliment ödəməsi barədə razılığa gəlmişlər. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci ildə nikahlarını rəsmi qeydə aldırmaqla evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Aralarında olan münasibətlər pozulduğuna görə tərəflər hazırda ayrıayrılıqda yaşayırlar və ər-arvad münasibətləri tamamilə kəsilmişdir. İddiaçı cavabdehlə birgə yaşamasının mümkün olmadığını nəzərə alıb, boşanmaq barədə qəti qərara gəlmiş və Sabirabad 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya təşkilatında cavabdehlə aralarında olan nikahın pozulması, uşaqların onun (iddiaçının) yanında saxlanılması və uşaqların saxlanılması üçün hər uşağa görə cavabdehin ona 100 manat aliment ödəməsi barədə razılığa gəlmişlər. Nikah məhkəmə qaydasında pozulmalı olduğundan iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı nikahın pozulmasında israrlıdır, cavabdeh isə iddianı qəbul edir. İşin hallarından aydın olur ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razıdırlar. Buna görə də iddianın təmin edilməsini xahiş edirlər. Sadalanan xususatlara əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onların nikahları pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda (ər-arvadın razılığı olduqda) nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında uşaqların valideynlərindən analarının yanında saxlanması və aliment barədə mediasiya prosesi zamanı razılıq olması və barışıq sazişinin imzalanması nəzərə alınaraq, bu hallarla bağlı mövqe bildirilməsinə zərurət yoxdur və bu hallar barədə araşdırma aparılmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə Mirzəyeva (Muradova) Zərinə Hacalı qızı arasında Sabirabad kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə qeydə alınmış 32 saylı nikah qeydi pozulsun. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-153/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-153/2024
12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver