Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-156/2024 07.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X4, İddiaçı5, İddiaçı4 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsindən çıxarılma» tələbi barədə mülki işə xx.xx.2024-cü il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsindən çıxarılma» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, Sabirabad rayonu Yenikənd kəndində yerləşən JN 267A KOD 90914038 nömrəli şəhadətnamədə qeyd edilən mülkiyyətlərində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin tam boşaldılması, həmin əraziyə daxil olmasının qadağan edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 saylı qərarı ilə 0,36 hektar sahədən ibarət fərdi yaşayış evinin tikilməsi üçün mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında JN267A KOD 90914038 nömrəli şəhadətnamədə tərtib edilmiş və şəhadətnamədə İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 Zaməddin (Vəliş) oğlu və X10 (əslində şəxs X8) adları mülkiyyətçi kimi göstərilmişdir. Həmin şəhadətnamədə adları göstərilən mülkiyyətçilərdən biri şəhadətnamədə texniki səhv nəticəsində X10 adı göstərilsə də, əslin də həmin şəxs X5r, o, xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Onun ölüm haqqında arayışı iddia ərizəsinə əlavə etmişlər. İşin mübahisəli tərəfi ilə bağlı bildirirlər ki, Cavabdeh tərəfindən Sabirabad rayonu Yenikənd kəndində yerləşən JN267A KOD 90914038 nömrəli şəhadətnamədə qeyd edilən mülkiyyətlərində olan torpaq sahəsinin 78 kv.m. hissəsini zəbt edərək qanunsuz olaraq istifadə edir. Dəfələrlə cavabdehə tərpaq sahəsinin boşaldılmasını və qanunsuz hərəkətlərinə son qoyulmasını bildirsələr də, cavabadeh torpaq sahəsini boşaltmamışdır. Hesab edirlər ki, Cavabdeh tərəfindən qanunvericiliklə qorunan hüquqları kobud şəkildə pozulmuşudur. Bununla bağlı Sabirabad Rayon Məhkəməsində iddia qaldırılmış, həmin məhkəmə tərəfindən (sədrlik edən hakim Bağırov Nurəddin) xx.xx.2023-cü il tarixdə 2(056)- 15/2023 saylı iddia təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu. Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin iddiaçılara qaytarılması, xx.xx.2022-ci il tarixli **********92 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı İddiaçı1 tərəfindən ödənilmiş 95 (doxsan beş) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********92 saylı mütəxəssis rəyində qeyd olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1 və digərlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha (0,42 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-270A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,45 ha (faktiki 0,60 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuş, iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. İddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m. müəyyən edilən mübahisəli torpaq sahəsi Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir. Hazırki iddia tələblərində qeyd edilən cavabdehin qanunsuz hərəkətləri və torpağın zəbt edilməsi faktı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********92 saylı mütəxəssis rəyində öz təsdiqini tapmışdır. Lakin Cavabdeh apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-856/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)15/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və qaytarılması» tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardada göstərilmişdir ki, iddia ərizəsi imzalanmadığından Sabirabad Rayon Məhkəməsinin 2(056)15/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Qeyd edilənlərə əsasən pozulmuş hüquqlarının bərpası üçün yenidən məhkəməyə müraciət edirlər. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı qızının etibarnamə üzrə nümayəndəsi X6, İddiaçı5 və İddiaçı4 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, etirazının əsası kimi iddiaçılara məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etmədiyini, zəbt edildiyi iddia edilən torpaq sahəsinin ümumi istifadədə olmuş yer olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-267A, KOD 90914038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və X3 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********92 saylı mütəxəssis rəyində qeyd olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1 və digərlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha (0,42 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-270A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,45 ha (faktiki 0,60 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuş, iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. İddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m. müəyyən edilən mübahisəli torpaq sahəsi Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-15/2023 saylı qətnaməsinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsindən Cavabdeh çıxarılsın və torpaq sahəsi iddiaçılara qaytarılması, xx.xx.2022-ci il tarixli **********92 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı İddiaçı1 tərəfindən ödənilmiş 95(doxsan beş) AZN məbləğində pul vəsaiti Cavabdeh müştərək qaydada tutulub İddiaçı1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-856/2023 saylı qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)15/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və qaytarılması» tələbinə dair iddiası baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4991 saylı Ekspert rəyindən görünür ki, Qərardadın birinci və ikinci sualları üzrə İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN- 267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. İddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi cavabdeh X1 və digər ailə üzvlərinin istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4991 saylı «Ekspertiza xərclərinə dair bildiriş»dən görünür ki, ekspertiza xərclərinin dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnaməyə əsasən iddiaçıların ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsinin mübahisəli 78 kv.m. hissəsi cavabdeh G.B.Baxşıyevin və ya hər hansı digər şəxslərin istifadəsinə verilməsi barədə hər hansı bir sənəd və ya mülkiyyətçilərin razılığı olmadığı halda, cavabdeh tərəfindən istifadə edilməklə zəbt edilmişdir. Bu səbəbdən iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçıların ümumi birgə mülkiyyəti hesab edilən Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha torpaq sahəsinin boşaldılması tələb olunan mübahisəli 78 kv.m. hissəsi iddiaçıların mülkiyyəti olduğu üçün, iddiaçılar mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdirlər, habelə bu hüququ həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçılar mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətində olan torpaq sahəsinə istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin iddiaçıya qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçıların mülkiyyətində olan Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,36 ha torpaq sahəsindən bütövlükdə deyil, zəbt edilmiş 78 kv.m. hissəsindən istifadə olunması cavabdeh tərəfindən dayandırılmalı, o, həmin torpaq sahəsindən çıxarılmalı və həmin hissə torpaq sahəsi iddiaçılara qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə ekspertə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci və 124.2-ci maddələrində qeyd olunur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə çəkilmiş ekspertiza xərci və ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsinin zəbt edilmiş 78 kv.m hissəsindən Cavabdeh çıxarılsın və torpaq sahəsi iddiaçılara qaytarılsın. Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD 90914038 nömrəli Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsinin zəbt edilmiş 78 kv.m hissəsinə daxil olma cavabdehə qadağan edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçılara ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat vəsait Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, KOD 210005; X2, VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-156/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-156/2024
07.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver