Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-158/2024 06.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil İsgəndər oğlunun, Cavabdeh, Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik orqanının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı - Cavabdeh qarşı «uşağın atanın yanında qalmasının müəyyən edilməsi və aliment» tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə, Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «uşağın atanın yanında qalmasının müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları: xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun onun (iddiaçının) yanında qalmasının müəyyən edilməsi və uşaqların yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay qazancının, həmçinin başqa gəlirlərinin 1/3 hissəsi məbləğində, lakin 440 manatdan az olmamaq şərti ilə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1028/2021 saylı qətnaməsi ilə onların arasında olan nikahın pozulması, uşaqların ananın yanında saxlanılmaları qət edilmişdir. Lakin icra mərhələsində uşaqlar anasının yanında qalmaq istəmədiklərini qəti şəkildə bildirərək hal-hazıradək onunla birlikdə yaşayırlar. Uşaqlar hazırda onun himayəsindədirlər. Uşaqların anaları ilə qalmaq istəməmələrinə səbəb analarının onlarla kobud rəftar etməsi və onlara işgəncə verməsi olmuşdur. Sonuncu dəfə isə cavabdeh, cavabdehin atası və qardaşı onu öz uşaqlarının gözü qarşısında döyərək ona az ağır xəsarətlər yetirmişlər. Bu səbəbdən də qətnamənin icrası mümkün olmamış və uşaqlar faktiki olaraq onun (iddiaçının) himayəsində qalmışlar. Bu səbəbdən də, o , uşaqlarının rəsmi qaydada onun himayəsində və yanında qalmalarının müəyyən edilməsi, həmçinin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib və iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmçinin, uşaqların faktiki olaraq atalarının yanında qalmalarına etiraz etmədiyini, lakin rəsmi olaraq onun himayəsində saxlanmalarını və heç bir yerdə işləmədiyini, qazancının olmadığını kənd yerində, valideynlərinin yanında və yalnız onların maddı dəstəyi hesabına yaşadığını qeyd edərək aliment ödəmək imkanında olmadığını bildirdi.. Məhkəmə iclasında iştirakı etmiş Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik orqanının etibarnamə üzrə nümayəndəsi X2 göstərdi ki, Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci və 73.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun izahatlarına, yəni hər ikisinin atalarının yanında yaşamaq istəmələri barədə fikirlərinə əsaslanaraq onların ataları İddiaçı yanında qalmalarını məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında qanuni nümayəndələrinin iştirakı ilə izahatları alınmış xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızı və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlu atası İddiaçı yanında qalmaq istədiyini bildirmişlər. Məhkəmə tərəflərin və vəkilinin, həmçinin komissiyanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Qəyyumlu və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-70-4/2-129/2024 saylı rəydən görünür ki, Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci və 73.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun izahatlarına əsaslanaraq onların atası İddiaçı yanında qalmalarını məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə məhkəmə qaydasında pozulduqdan sonra, onların övladları xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızı və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlu anaları Cavabdeh himayəsində və yanında saxlanılmışdır. Lakin uşaqlar anası ilə qalmaq istəmədiyindən qətnamənin icrası təmin edilməmiş , həmçinin bu barədə icra sənədinin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya Şöbəsində qərar qəbul edilmişdir. Uşaqlar hazırda atasının yanına onunla birlikdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllə ilə qarşıya qoyulan vəzifələrdən biridir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə mübahisə tərəflərinin övladları olan, yetkinlik yaşına catmayan Babaşova Elmira Baris qızının və azyaşlı Babaşov Mirzəkişi Baris oğlunun mənafeyini və yaşını, onların hər iki valideynlərinə bərabər olan sevgisi ilə yanaşı, eyni zamanda onların atasına daha çox bağlılığı və atası ilə qalmağa üstünlük vermələri hallarını, həmçinin, onların məhkəmə iclasında elan edilmiş Sabirabad rayon Qəyyumluq və Himayəçilik komissiyasında vermiş olduqları izahat və ərizələrini, Sabirabad rayon Qəyyumluq və Himayəçilik komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, uşaqların atası İddiaçı himayəsində və yanında qalması uşaqların mənafeyi baxımından daha məqsədəuyğundur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Bundan əlavə, cavabdeh İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 440 manatdan az olmamaq şərti ilə cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəi məbləğində alimentin tutulmasını xahiş etmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanılması üçün əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Aliment öhdəliklərində tərəflər uşaq və valideyndir. Alimentin sabit pul məbləğində tutulması dedikdə, ödəmənin konkret məbləğdə təyin edilməsi başa düşülür. Alimentin sabit pul məbləğində tutulmasının mümkünlüyü xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının pisləşməsi ilə izah edilir. Sabit pul məbləğində alimentin tutulması barədə qətnamədə məhkəmə aliment verməyə borclu olan valideynin uşaqla birlikdə yaşadığı dövrdə uşağın saxlanması üçün hər ay hansı məbləğdə pul xərcləməsini nəzərə almalıdır. Eyni zamanda, hər iki valideyn birlikdə yaşadıqları vaxt onların hansının qazancı, gəlirləri olub-olmaması, ailənin maddi təminatının ödənilməsinin valideynlərdən kimin üzərinə düşməsi aydınlaşdırılmalıdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsi aliment verməyə borclu olan valideynin qazancının (gəlirinin) qeyri-müntəzəm, dəyişən olduğu təqdirdə sabit pul məbləğində müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə iclası zamanı bu hal da müəyyən edilmişdir ki, Cavabdeh hazırda hec bir yerdə işləmir, onun hər hansı gəliri yoxdur. Məhkəmə cavabdehin yəşadıgı yerin rayon mərkəzindən uzaq olmaqla işləmək imkanının olmamasını, özünün valideynlərinin hesabına yaşamasını, müstəqil qazancının olmamasını nəzərə alaraq hər ay müəyyən məbləğdə aliment ödəliyinin onun üzərinə qoyulmasını əsaslı hesab etmir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiasının alimentin tutulması hissəsində təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Ona görə də, iddia tələbi həmin hissədə əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızı və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlu atası İddiaçı yanında saxlansınlar. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən alındığı və ya rəsmi surətdə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-158/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-158/2024
06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver