Məhkəmə qərarları › İş №2(056)-1580/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1580/2024

17.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1580/2024 17.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Məhkəmənin hakimi X1, İddiaçının cavabdehlər Cavabdeh1,Cavabdeh2 ,Cavabdeh3 və Cavabdeh4 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair» iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 ,Cavabdeh3 və Cavabdeh4 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair» qətnamə qəbul edilməsini etmişdir. İddia ərizəsini araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddia ərizəsinə əlavə edilən sənədlər ksero surətdir, sənədlərin əsilləri (xüsusilə də çıxarışın, texniki pasportun və şəxsiyyəti təsdiq edən digər sənədlərin notarial tədiqi) işə əlavə edilməmişdir. Digər tərfədən cavabdehlərin şəxsiyyətini təsdiq edən sənədlər işə əlavə edilsə də, onların fatiki yaşadıqları ünvan barədə məlumatları özündə əks etdirən müvafiq sənədlər işə əlavə edilməmişdir.Bununla yanaşı iddiaçı cavabdehlə mübahisənən məhkəməyə qədər (pretenziya qaydasında) qaydada həlli üçün müvafiq addımlar atmamış və ya müraciət etdiyi halda müvafiq arayışı (rəyi) işə əlavə etməmişdir. İddiaçı bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və 151-ci maddələrinin tələblərinə əməl etməməmişdir. Həmin Məcəllənin 149.2.2-ci madəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən isə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat qeyd olunmalıdır. Azərbaycan Respublkiası Konstitusiya Məhkəməsinin Plenumunun 24 senytabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarına əsasən;

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə hesab edir ki, iddiaçı onun mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda olan, lakin faktiki olaraq həmin ünvanda yaşamayan şəxslərin mənzildən istifadə hüququna xitam verilməsindən öncə, onların həmin məzildən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etməlidir. Çünki cavabdeh qismində işə cəlb olunmuş şəxlərin həmin məzildə faktiki yaşamamaları, onların qeyd olunan mənzildən istifadə hüququnu məhdudlaşdırmır.Yalnız müvafiq inzibati orqan tərəfindən imtina edildiyi halda iddia tələbinin məhkəmə qaydasında mübahisələndirilməsi mümkündür. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçıya izah olunur ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə ərizə ilə müraciət edə bilər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 152, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldım:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya iddia ərizəsinin qaytarılması üçün əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər.

Hakim: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar