Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-16/2023 14.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1400 manat pul vəsaitinin, mediasiya prosesində iştirak etmək üçün ödənilmiş xərcin əvəzi 50 manat və iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 34 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında cavabdehə məxsus Sabirabad rayonu Moranlı kəndində yerləşən fərdi yaşayış evində alçıpan və bəzək işlərinin aparılması barədə 1 kv.m = 6 manat pul ödənilməsi şərtilə şifahi müqavilə bağlanmış və o işə başlamışdır. 3 gün işlədikdən sonra cavabdeh ona ilkin olaraq 150 manat məbləğində beh vermişdir. Daha sonra cavabdeh ona bəzəkli alçıpan işləri növləri təqdim edərək işləməyi xahiş etmiş və o, 1 kv.m = 15 manat ödənilməsi şərtilə cavabdehlə razılaşmışdır. Lakin işləri qurtardıqdan sonra cavabdehin ona 2400 manat məbləğində borcu yaranmışdır. Haq-hesab edən zaman cavabdeh ona 600 manat borcu olmasını bildirmiş, o razılaşmadığı üçün pulu götürməmiş və polisə müraciət etdikdən sonra cavabdeh üzərində olan borcundan ona 800 manat pul ödəmişdir. Bu səbəbdən də, cavabdehdən ödənilməmiş qalmış 1400 manat məbləğində pulun alınması barədə məhkəmədə iddia qaldımışdır. Məhkəmə iclasından iştirak etmiş İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənləri təkrar edərək iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri bardə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri bardə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh şifahi vəsatət verərək, idiaçının həqiqətən ona məxsus fərdi yaşayış evində işlər görməsini, lakin İddiaçı tərəfindən onun (cavabdehin) sifarişi ilə görülmüş işlərin həçmi və dəyərinin, həmçinin keyfiyyətinin müəyyən edilməsi məqsədi ilə ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5712 saylı məhkəmə tikinti-texniki eksertizası ekspert rəyindən görünür ki, Sabirabad rayonu, Mornalı kəndində yerləşən fərdi yaşayış evində görülmüş alçipan işlərinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təxminən 995 manat məbləğində müəyyən olunur. Sabirabad rayonu Moranlı kəndində yerləşən fərdi yaşayış evində İddiaçı tərəfindən alçipan işləri görülmüşdür. Baxış zamanı görülmüş işlərdə hər hansı qüsur müəyyən edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh Sabirabad rayonu Moranlı kəndində yerləşən fərdi yaşayış evində alçipan bəzək işləri aparmış, ilk əvvəl 150 manat məbləğində beh olaraq cavabdehdən almış, lakin işləri bitirdikdən sonra cavabdehdən gördüyü işlərin qarşısında 2400 manat borclu olmasını bildirdikdə cavabdeh ona 600 manat borclu qalmasını bildirmişdir. Bundan sonra iddiaçı müvafiq polis şöbəsinə müraciət etmiş və cavabdeh üzərində olan borcundan 800 manat da iddiaçıya ödəniş etmişdir. Məhkəmə cavabdeh tərəfindən İddiaçı gördüyü işlərin qarşılığına pulunu ödəməməsini və cavabdehin pulun ödənilməməsinə aidiyyəti hissəsində cavabdehin xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatından qəbul edir və məhkəmə araşdırmasını bu istiqamətdə davam etdirərək cavabdeh tərəfindən verilmiş izahatın məzmunundan aydın olur ki, tərəflər arasında tapşırıq müqaviləsi üzrə mülki hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağalana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Qeyd edilən normaların konteksində mübahisəyə yanaşdıqda məlum olur ki, İddiaçı Cavabdeh ilə şifahi tapşırıq müqaviləsi bağlamışlar. Məhkəmə iclasılarında məlum olur ki, cavabdeh iddiaçı qarşısında tapşırıq müqaviləsindən irəli gələn öhdəliyi tam icra etməmiş, nəticədə iddiaçı zərərə məruz qalmışlar. Odur ki, iddiaçı hazırki tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Tələb edilən pul məbləğində gəldikdə isə məlum olur ki, iddiaçı cavabdeh tərəfindən ona 1400 manat borclu qalmasını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5712 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X1 məxsus fərdi yaşayış evində təxminən 995 manat dəyərində alçipan və bəzək işləri görmüşdür. Beləliklə məhkəmə tələb edilən 1400 manat pulun cavabdehdən tutulması ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən məbləğdə pulun qarşılığında cavabdehin fərdi yaşayış evində iş görülməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya ödəniləcək pulun məbləği ekspert rəyi ilə müəyyən edilmiş məbləğ nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5712 saylı məhkəmə tikinti-texniki eksertizası ekspert rəyindən görünür ki, Sabirabad rayonu, Mornalı kəndində yerləşən fərdi yaşayış evində görülmüş alçipan işlərinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təxminən 995 manat məbləğində müəyyən olunur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə iclasında iddiaçı vermiş olduğu izahatında cavabdeh tərəfindən ona 150 manat və 800 manat, cəmi 950 manat pulun qaytarıldığını qeyd etmişdir. Odur ki, qeyd olunan cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 950 manat pul vəsaiti, ekspert rəyi ilə müəyyən olunmuş görülən işlərin dəyərini təşkil edən 995 manat pul vəsaitindən çıxılaraq cavabdeh tərəfindən iddiaçıya ödəniləcək pul məbləğinin 45 manat olması müəyyən edilməlidir. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Bundan başqa məhkəmə iddia tələbinin mediasiya xərclərinin əvəzində ödənilmiş 50 manat pulun və dövlət rüsumunun əvəzi 34 manat pulun cavabdehdən tutulması hissəsi üzrə hesab edir ki, iddia tələbi əsas pul məbləği ilə bağlı hissədə qismən təmin edildiyindən məhkəmə xərclərinini tutulması hisssi də qismən təmin edilməli, cavabdehdən mediasiya xərcinin 5 manat hissəsinin, dövlət rüsumunun 5 manat hissəsinin və 50 manat ekspertiza xərcinin 5 manat hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Görülən işlərin əvəzində ödənilməmiş 45 (qırx beş) manat pul vəsaiti, mediasiya xərcinin 5 manat hissəsi və dövlət rüsumunun 5 manat hissəsi, ümumilikdə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. xx.xx.2023-cü il tarixli 10/5712 saylı ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 5 manat hissəsi Cavabdeh tutulub, digər 45 manat hissəsi isə İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(056)-16/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-16/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver