Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-161/2025 21.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “su yolunun açılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməsi, su kanalında suyun axınının bərpa edilməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, cavadeh Cavabdeh ilə Sabirabad rayonunun Dadaşbəyli kəndində qonşudur. Onun və qonşularının həyət yanı sahələrinin və ağaclarının suvarılması üçün olan su kanalı cavabdehin evinin yanından keçir. Cabadeh həmin su kanalının üzərini torpaqla örtməklə su kanalını doldurmuş, nəticədə suyun digər qonşulara və onun həyətinə gəlməsinin qarşısını almışdır. Bundan əlavə həmin o, su kanalının yerləşdiyi ərazini zəbt edərək daş hasar hörmüşdür. Həmin hasarın sökülməsi ilə bağlı dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, heç bir faydası olmamışdır. Əraziyə giriş-çıxış faktiki olaraq mümkün deyil, yay aylarında suyu başqa su kanalı vasitəsi ilə gətirməli olur ki, bu da çox uzaqdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən Cavabdeh, iddianı qəbul etməyərək bildirdi ki, İddiaçıla 30 ildir qonşudur. Bundan əlavə qohum olduqları üçün öz həyətindən Ağaverdiyə su aparması üçün icazə vermiş, Ağaverdi də o biri köhnə kanal olduğu halda həmişə bu kanal vasitəsi ilə sudan istifadə etmişdir. Hətta köhnə su kanalının üzərindən keçmək üçün körpü də düzəltdiyini və həmin kanaldan hal-hazırda suyun gəldiyini bildirərək sadəcə Ağaverdinin köhnə su kanalından istifadə etmək istəmədiyini bildirmişdir. O, su kanalına heç bir müdaxilə etmir və iddiaçının hər hansı bir hüquqlarını pozmur. Bundan əlavə cavabdeh bildirir ki, sadəcə iddiaçı, aralarında olan digər məsələ ilə bağlı məhkəmədə iddia qaldırmış, hətta onu evini də sökdürəcəyi ilə hədələmişdir. Cavabdeh mübahisələndirilən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin, onun əsasında tərtib olunmuş texniki pasportun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışın olduğunu və həmin torpaq sahəsinin zəbt edilmədiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, 0,36 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********50-10301 reyestr nömrəli texniki pasportan görünür ki, iddiaçının mübahisələndirdiyi daş hasar və su arxı X2 məxsus fərdi yaşayış evinin mövcud olduğu torpaq sahəsində yerləşir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində inşa edilmiş daş hasarın qanunsuz tikilməsini, su kanalından istifadəyə süni maneə yaratdığnı bildirsə də, bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş torpağa və yaşayış sahəsinə dair sənədlərdən də göründüyü kimi, mübahisə predmeti ola torpaq sahəsinin zəbt edilmiş ərazi olmadığı, daş hasarın isə torpaq sahəsinin rəsmi sənədlər ( fərdi yaşayış evinin texniki pasportu və onun əsasında verilmiş çıxarış) əsasında müəyyən olunmuş hüdudları daxilində tikildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “su yolunun açılaraq əvvəlki vəziyyətinə qaytarılmasına dair tələbinə dair” iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 05.11. 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “su yolunun açılaraq əvvəlki vəziyyətinə qaytarılmasına” dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(056)-161/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-161/2025
21.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver