Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1675/2024 16.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və əvvəlki mülkiyyətçi Cavabdeh1 nəvələri xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 DƏDRX Şirvan ərazi İdarəsində adına qeydə alınmış, mülkiyyətində olan Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi, 4 saylı evin 18 saylı mənzilinin (yeni qaydalarla Sabirabad şəhəri, Anar Məmmədov küçəsi, 31, M4, m2) yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi, 4 saylı evin 18 saylı mənzili (yeni qaydalarla Sabirabad şəhəri, Anar Məmmədov küçəsi, 31, M4, m2) mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, həmin mənzilə dair adına xx.xx.2023-cü il tarixdə çıxarış verilmişdir. O, qeyd edilən mənzili əvvəlki mülkiyyətçi Cavabdeh1 rəsmi alqı-satqı yolu ilə xx.xx.2023-cü ildə almışdır. Cavabdehlər mənzil satılanadək göstərilən mənzilin sakinləri olublar, yəni bu mənzildə yaşayıblar. Ona qədərki mülkiyyətçi Cavabdeh1 olmuş, digər Cavabdeh2 onun arvadı, Cavabdeh3 isə qızının əridir. xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 isə nəvələri, yəni Cavabdeh3 övladlarıdır. Əvvəlki mülkiyyətçi və ailə üzvləri onun mənzilində faktiki olaraq yaşamasalar da, qeydiyyatdan çıxmamışlar. Onların qeydiyyatı formal xarakter daşıyır və könüllü gələrək qeydiyyatdan çıxmaq istəmirlər. Cavabdehlər və onların övladları təsadüfi şəxslər olmadığından və əvvəlki mülkiyyətçinin ailə üzvləri olduğundan və ev onun mülkiyyətinə keçənə qədər bu evdə yaşadıqlarından onların onun evində yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün iddia qaldırmışdır. Əgər onlar təsadüfi şəxslər olsa idi, inzibati məhkəmədə iddia qaldırardı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından və onların məlum olan sonuncu qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə MPM-nin 147-ci maddəsinə əsaslanaraq hesab edir ki, işə cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi, 4 saylı evin 18 saylı mənzili (yeni qaydalarla Sabirabad şəhəri, Anar Məmmədov küçəsi, 31, M4, m2) üzərində mülkiyyət hüququ İddiaçı adına tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi, 4 saylı evin 18 saylı mənzilində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 qeydiyyatdadır. Sabirabad Rayon Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixindən bu ünvanda yaşamırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi, 4 saylı evin 18 saylı mənzili (yeni qaydalarla Sabirabad şəhəri, Anar Məmmədov küçəsi, 31, M4, m2) üzərində mülkiyyət hüququ İddiaçı adına tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 həmin evdə pasport qeydiyyatda qalmaqdadırlar. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə ümumiləşdirərək hesab edir ki, iddiaçının iddia tələbi onun mülkiyyət hüququnun qorunması ilə əlaqədar olduğundan əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 mülkiyyətində olan Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi, 4 saylı evin 18 saylı mənzilindən (yeni qaydalarla Sabirabad şəhəri, Anar Məmmədov küçəsi, 31, M4, m2) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 istifadə hüququ itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi, 4 saylı evin 18 saylı mənzilindən (yeni qaydalarla Sabirabad şəhəri, Anar Məmmədov küçəsi, 31, M4, m2) yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1675/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1675/2024
16.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver